• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Gündəm / Cəmiyyət

4-08-2026, 17:03

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Azərbaycanda çimərlik mövsümü ilə bağlı dəniz sahillərinə üz tutan insanların sayının artması fonunda suda boğulma halları narahatlıq doğuran səviyyəyə çatıb. Builki mövsüm başlayandan – yəni, iyunun 15-dən qeyri-çimərlik ərazilərində 40 nəfərin meyiti aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu cür hadisələr faciə olmaqla yanaşı, ölkənin turizm imicinə mənfi təsir göstərən amildir. Təhlükəsizliklə bağlı narahatlıqların artması həm yerli, həm də xarici turistlərin seçimlərinə təsir edə, çimərlik turizminin inkişafı üçün əlavə risklər yarada bilər.

"Report" mövzu ilə bağlı ekspertlərin rəyini və aidiyyəti qurumun mövqeyini öyrənib.

Turizm eksperti Rəhman Quliyev hesab edir ki, suda boğulma hadisələri ilə bağlı xəbərlərin geniş yayılması çimərliklərə marağı azaldır, dəniz sahilində fəaliyyət göstərən sahibkarların işinə mənfi təsir göstərir: "Bəzi çimərliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Xilasedici xidmətlərin sayının artırılması, onların fasiləsiz növbətçiliyinin təmin edilməsi və müasir avadanlıqlarla təchiz olunması vacibdir. Bununla yanaşı, təhlükəli ərazilər aydın şəkildə nişanlanmalı, xəbərdarlıq lövhələrinin sayı artırılmalı və insanların həmin zonalara girişinə nəzarət gücləndirilməlidir".

Ekspert bildirib ki, vətəndaşların və turistlərin dənizdə təhlükəsiz davranış qaydaları barədə davamlı maarifləndirilməsi də boğulma hallarının azalmasına mühüm töhfə verə bilər: "Dövlət qurumları, yerli icra orqanları, bələdiyyələr və çimərlik operatorları təhlükəsizlik məsələsində daha sıx koordinasiya şəraitində fəaliyyət göstərməlidirlər. Yalnız kompleks və davamlı yanaşma həm insan həyatının qorunmasına, həm də Azərbaycanın təhlükəsiz və etibarlı turizm istiqaməti kimi nüfuzunun güclənməsinə xidmət edə bilər".

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çimərlik mövsümünə hazırlıq çərçivəsində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks hazırlıq tədbirləri həyata keçirib: "Mövsüm başlamazdan əvvəl sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər aparılıb. Monitorinqlərin əsas məqsədi istifadəyə yararsız, təhlükəli sahələrin müəyyənləşdirilməsi, çimərlik operatorlarının təhlükəsizlik tələbləri barədə məlumatlandırılması və mövcud risklərin aradan qaldırılması olub. Xidmətin nəzarətində olan çimərliklərdə dalğıclar sualtı müayinə və təmizləmə işləri aparıb, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırıb, ərazilərdə təhlükəsizlik qaydalarını əks etdirən maarifləndirici lövhələr yerləşdirib. Bununla yanaşı, xilasedici qayıqlar, xüsusi texnika, dalğıc avadanlıqları və digər xilasetmə vasitələri tam işlək vəziyyətə gətirilib. Xidmətin aidiyyəti bölmələri isə mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".

FHN vurğulayıb ki, çimərliklərdə təhlükəsizliyin təmin olunması yalnız operativ xilasetmə tədbirləri ilə məhdudlaşmır: "Nazirlik ilboyu əhalinin maarifləndirilməsi istiqamətində də ardıcıl iş aparır. Bu çərçivədə çimərlikdə təhlükəsiz davranış qaydalarına dair sosial çarxlar və maarifləndirici videolar hazırlanaraq televiziya və digər media platformalarında yayımlanır, müxtəlif yaşayış məntəqələrində məlumatlandırıcı bilbordlar yerləşdirilir. Bundan başqa, yay mövsümü ərzində maarifləndirmə tədbirləri ictimai nəqliyyatda da davam etdirilir. Belə ki, Bakı Metropoliteninin stansiya və vaqonlarında, həmçinin dənizkənarı istiqamətlər üzrə fəaliyyət göstərən avtobus marşrutlarında çimərlikdə təhlükəsiz davranış qaydalarını əks etdirən posterlər sərgilənir. Xidmətin nəzarət etdiyi çimərliklərdə quraşdırılan məlumat lövhələrində təhlükəsizlik qaydaları Azərbaycan və ingilis dillərində təqdim olunur ki, bu da ölkəyə gələn xarici turistlərin məlumatlandırılmasına xidmət edir".

Nazirlik həmçinin bəyan edib ki, nəzarət olunan çimərliklərdə təhlükəsizlik sistemi tam şəkildə təşkil olunub: "Bu ərazilərdə peşəkar xilasedicilər növbə çəkir, xilasetmə məntəqələri fəaliyyət göstərir, zəruri xilasetmə vasitələri və ilkin tibbi yardım imkanları mövcuddur. Xilasedicilər xidmət apardıqları müddətdə suda baş verə biləcək bədbəxt hadisələrin qarşısını alır, operativ xilasetmə əməliyyatları həyata keçirir və ehtiyac yarandıqda ilkin tibbi yardımın göstərilməsini fasiləsiz təmin edirlər. IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə də FHN əməkdaşları növbə çəkərək vətəndaşların təhlükəsizliyinə nəzarət edirlər".

Qurum diqqətə çatdırıb ki, nəzarətsiz çimərliklərdə və qeyri-çimərlik ərazilərində belə təhlükəsizlik infrastrukturu mövcud olmadığından fövqəladə hadisələr zamanı operativ müdaxilə imkanları xeyli məhdudlaşır: "Bu səbəbdən vətəndaşlara yalnız FHN-in nəzarət etdiyi, xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etmək tövsiyə olunur".

FHN vətəndaşları xilasedicilərin xəbərdarlıq və göstərişlərinə ciddi əməl etməyə, təhlükəli hesab olunan ərazilərdə suya girməməyə, üzmə sərhədlərini keçməməyə və təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb. Nazirlik, həmçinin, təhlükəsizlik baxımından dənizdən istifadə üçün ən münasib vaxtın səhər saat 09:00-dan axşam saat 20:00-a qədər olan dövr olduğunu xatırladıb: "Çimərliklərdə təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən profilaktik və maarifləndirmə tədbirləri mövsüm boyu davam etdiriləcək və bu sahədə aidiyyəti qurumlarla əməkdaşlıq gücləndiriləcək".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 11:29
    İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
  • Bu gün, 10:43
    Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
  • Bu gün, 10:07
    Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
  • Bu gün, 09:33
    Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
  • Bu gün, 08:56
    Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
  • Dünən, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • Dünən, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • Dünən, 16:00
    Tehrandakı sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
  • Dünən, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • Dünən, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • Dünən, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • Dünən, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
  • Dünən, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
  • Dünən, 11:00
    Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
  • Dünən, 10:30
    Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
  • Dünən, 10:00
    Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
  • 8-08-2026, 16:03
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 16:00
    Ağdamın Qüruru, Vətənin İgid Qazisi Həci Azərə Ürək Sözlərim
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:20
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:00
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:25
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 21:05
    Siyasi İradə, Bütövləşən Azərbaycan
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:22
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə