• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 15:02

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH


Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun seçkilərindəki qələbədən sonra Rusiyaya yaxın oliqarxların iqtisadi təsirini zəiflətməyə çalışan xətti əsas götürüb. Bunun üçün isə başda Qaqik Tsarukyanın biznes imperiyası olmaqla, Rusiyanın Ermənistandakı iqtisadi və strateji mövqeləri ilə, xüsusən də dəmir yolu və hərbi baza (Gümrüdəki 102-ci bazadan söhbət edir) məsələlərini yenidən gündəmə gətirir.
Bu isə göstərir ki, Paşinyan yeni hökumət dövründə Moskva ilə münasibətlərdə daha sərt siyasət yürütməyi planlaşdırır. Təbii ki, Kremlin KTMT və Aİİ ilə bağlı təhdidləri, Rosselxodnazorun qadağalarından sonra erməni siyasətçi də cavab addımları atmalı idi. Buna görə də son həftələr Ermənistanda baş verən hadisələrə təsadüfi məsələ prizmasından yox, Nikol Paşinyanın Rusiyanın Ermənistanda onilliklər ərzində formalaşdırdığı siyasi, iqtisadi və strateji təsir mexanizmlərini mərhələli şəkildə yenidən nəzərdən keçirmək cəhdinin tərkib hissəsi kimi baxmaq lazımdır. Son addımlar göstərir ki, Paşinyan artıq Rusiya ilə münasibətlərdə əvvəlki balans siyasətindən uzaqlaşaraq daha sərt və prinsipial xətt formalaşdırmağa çalışır.

Bu sərt xəttin ilk və ən nəzərəçarpan hədəfi Rusiyanın uzun illər ərzində Ermənistanda formalaşdırdığı oliqarx sistemidir. Bu səbəbdən də hökumətin ilk hədəfinin Rusiyaya yaxınlığı ilə seçilən milyarder Samvel Karapetyan olması təəccüb doğurmur. Ermənistan Apostol Kilsəsini açıq şəkildə müdafiə edən və hökumətin kilsəyə qarşı siyasətini tənqid edən Karapetyanın həbs olunması, ardınca isə onun nəzarətində olan "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi istiqamətində hüquqi proseslərin başlanması bir sıra mətləblərdən xəbər verirdi. Paşinyan həm oliqarxlara qarşı barışmaz mövqedə olduğuna, həm Rusiyanın təsirini zəiflətməkdə qərarlı olduğuna, həm də Kremlin dəstəklədiyi şəxslərin Ermənistanda hakimiyyətə yolunun qapalı olduğuna işarə edirdi. Sözügedən şirkətin milliləşdirilməsi də əslində Moskvanın təsir rıçaqlarını zəiflətməyi hədəf almışdı. Çünki belə bir strateji şirkət lazım olanda təzyiq rıçaqı kimi işə düşür, elektrik enerji qiymətlərinin artımı kütləvi narazılıqlara səbəb olurdu. Təbii ki, Karapetyandan sonra növbə Qaqik Tsarukayan çatdı və "Çiçəklənən Ermənistan" partiyasının liderinin biznes imperiyasına qarşı hərəkətə keçildi. "Multi Group" konserninə daxil olan 70-dən çox şirkətdə aparılan kütləvi axtarışlar, müəssisələrin möhürlənməsi və fəaliyyətinin dayandırılması, "Araratsement" zavodunun və "Ararat" konyak-şərab-araq kombinatının dövlət nəzarətinə keçməsi, "Multi Wellness" idman-sağlamlıq kompleksinin isə Yerevan meriyasının balansına verilməsi hakimiyyət tərəfindən korrupsiya və qanunsuz əmlaka qarşı mübarizə kimi təqdim edilir. Amma medalyonun o biri üzündə görünür ki, Paşinyan Moskvanın Ermənistanın daxilindəki iqtisadi-siyasi dayaqlarını sistemli şəkildə zəiflədir.


Hökumət Kremlin iqtisadi rıçaqlarını zəiflətməklə yanaşı, Rusiyanın Ermənistandakı strateji dayaqlarını hədəf alıb. Bunun ən bariz nümunəsi Ermənistanın ikinci ən böyük şəhəri sayılan Gümrüdə yerləşən 102-ci hərbi baza ətrafında yaranan yeni qalmaqaldır. Erməni mediasında yayılan xəbərlərə görə, Aragaçotn vilayətinin Sadunts kəndi yaxınlığında yerləşən və bazanın istifadəsində olan "Alagöz" hərbi təlim poliqonunun hüquqi statusu sual altına düşüb. Bildirilir ki, rəqəmsal kadastr sistemində həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı ərazi kimi yerli icmanın adına qeydiyyata alınıb, halbuki kağız üzərində onlar Rusiya hərbi bazasının istifadəsinə verilib. Məhz bu ziddiyyət ətrafında yaranan mübahisə Ermənistanda geniş siyasi diskussiyaya çevrilib. Sözügedən poliqon uzun illər 102-ci bazanın motoatıcı, tank, artilleriya və kəşfiyyat bölmələrinin dağlıq şəraitdə döyüş hazırlığı üçün əsas təlim məkanlarından biri hesab edilir. Buna görə də bu gün ortaya atılan torpaq mübahisəsi əslində uzun illər toxunulmaz sayılan hərbi bazanın artıq siyasi gündəliyə çevrildiyindən xəbər verir. Yeni hökumət formalaşdıran Nikol Paşinyan Moskva ilə münasibətlərdə "qırmızı xətləri" yenidən müəyyənləşdirməyə cəhd edir. Yaxın keçmişə nəzər salsaq, 102-ci baza uzun illər Moskva ilə müttəfiqliyin ayrılmaz elementi kimi qəbul edilirdi. Bu gün isə onun hüquqi əsasları, istifadə etdiyi torpaqlar kimi məsələlər müzakirə mövzusuna çevrilir. Bu isə göstərir ki, İrəvanla Kreml arasında yaranan uçurum getdikcə daha da dərinləşir.

Nikol Paşinyan Kremlin təsir rıçaqlarını zəiflətmək üçün onun strateji monopoliyasına da son qoymağa çalışır. Bunun üçün isə uzun müddətdir Ermənistandakı dəmir yolları ilə bağlı müxtəlif açıqlamalar verir. Qeyd edək ki, Ermənistan dəmir yolları 2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsi əsasında Rusiyanın dövlət şirkəti olan "Rusiya Dəmir Yolları"nın törəmə müəssisəsi sayılan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin idarəçiliyinə verilib. Həmin dövrdə bu qərar ölkəyə xarici investisiyaların cəlb olunması, infrastrukturun yenilənməsi və nəqliyyat sisteminin modernləşdirilməsi ilə əsaslandırılırdı. Amma ötən ildən başlayaraq Paşinyan bəyan edir ki, ölkənin dəmir yolu sisteminin Moskva tərəfindən idarə edilməsi Ermənistanın uzunmüddətli strateji maraqları ilə üst-üstə düşmür və milli maraqlar baxımından yenidən qiymətləndirilməlidir. Onun fikrinə görə, konsessiya müqaviləsi əslində Ermənistanın suveren hüquqlarını məhdudlaşdırmamalıdır. Siyasətçi bildirir ki, dövlət istədiyi vaxt müqavilə şərtlərini yenidən nəzərdən keçirməyi tələb edə bilər. Baş nazir açıq şəkildə bəyan edib ki, əgər mövcud model ölkənin maraqlarına cavab verməzsə, dəmir yollarının idarə olunması üçüncü dövlətə və ya beynəlxalq operatora da həvalə edilə bilər. Bu isə o deməkdir ki, İrəvan Moskvanın nəqliyyat sektorundakı monopoliyasını aradan qaldırmaq niyyətindədir. Bu açıqlamalardan sonra hökumətin mövzuya yenidən toxunması və dəfələrlə üçüncü tərəf barədə fikir səsləndirməsi, son olaraq da Rusiyadan illik 2 milyard dollar tələb etməsi bir sıra mətləblərdən xəbər verir. Birincisi, bu, əvvəlcədən planlaşdırılmış strategiyanın tərkib hissəsidir və çox güman ki, bu plan Paşinyana Avropadan təqdim edilib. İkincisi, Baş nazirin məqsədi maliyyə kompensasiyası almaq yox, Ermənistanın strateji nəqliyyat infrastrukturunun gələcək idarəçiliyini yenidən formalaşdırmaqdır. Çünki Azərbaycanla sülh müqaviləsi imzalandıqdan və regionun nəqliyyat infrastrukturu blokdan çıxdıqdan sonra Ermənistan regional layihələrə, xüsusən də Zəngəzur dəhlizi kimi iri layihəyə qoşularaq, piroqdan pay almaq, iqtisadiyyatını dirçəltmək niyyətini güdür. Üçüncüsü, Paşinyanın digər məqsədi bu sahədə Rusiyanın on illərdir sahib olduğu monopoliyaya son qoymaqdır.

Çünki hökumət başçısının fikrinə görə, dəmir yollarının Rusiyanın inhisarında olması Ermənistanın regional tranzit üstünlüklərini zəiflədir, xüsusilə Azərbaycan və Türkiyə ilə açılması nəzərdə tutulan kommunikasiya marşrutlarının gələcəyi baxımından əlavə siyasi risk yaradır. Bu isə göstərir ki, Paşinyan üçün dəmir yolu artıq sadəcə nəqliyyat infrastrukturu deyil, Ermənistanın gələcək geosiyasi kursunu müəyyənləşdirən əsas rıçaqlardan birinə çevrilib.

Yekun olaraq, deyə bilərik ki, Nikol Paşinyan üçüncü dəfə mandat aldıqdan sonra Rusiyanın uzun illər formalaşdırdığı "tabelik" modelindən imtina etdiyini açıq şəkildə ortaya qoyur. Oliqarxların zəiflədilməsi, 102-ci baza ətrafında baş verən qalmaqal, dəmir yolu şəbəkəsində Rusiya monopoliyasına son qoymaq istəyi isə göstərir ki, İrəvan rəsmi Bakının Cənubi Qafqazda formalaşdırdığı reallıqlar fonunda Moskvanın təzyiq rıçaqlarını zəiflədərək, manevr imkanları qazanmaq, layihələrə qoşulmaq istəyir. Lakin bu strategiyanın uğuru Kremlin verəcəyi cavab gedişlərindən və Paşinyan hökumətinin daxili sabitliyi nə dərəcədə qoruyub saxlaya biləcəyindən birbaşa asılı olacaq...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:34
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bu gün, 15:02
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Bu gün, 14:28
    Culfaya yeni icra başçısı təyin edilib
  • Bu gün, 13:50
    Sabah 39 dərəcə isti olacaq
  • Bu gün, 13:28
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Bu gün, 13:12
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Bu gün, 12:25
    Şahbuzda zəlzələ olub
  • Bu gün, 12:09
    UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
  • Bu gün, 11:38
    Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
  • Bu gün, 10:50
    Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
  • Bu gün, 10:06
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bu gün, 09:40
    Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
  • Bu gün, 09:06
    Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
  • Bu gün, 08:46
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 18:14
    Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
  • Dünən, 18:00
    Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
  • Dünən, 17:38
    Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
  • Dünən, 17:00
    "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
  • Dünən, 15:54
    Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər
  • Dünən, 14:40
    Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH
  • Dünən, 14:06
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Dünən, 13:42
    Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
  • Dünən, 12:57
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dünən, 12:39
    İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
  • Dünən, 12:06
    Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
  • Dünən, 11:31
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Dünən, 10:59
    Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub
  • Dünən, 10:33
    Neft qiymətləri 5 %-dən çox aşağı düşüb
  • Dünən, 10:02
    Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
  • Dünən, 09:39
    Kolleclərə ixtisas seçimi başlayıb
  • Dünən, 09:15
    Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq
  • 2-08-2026, 16:00
    Çində daşqın nəticəsində 25 nəfər ölüb
  • 2-08-2026, 15:30
    Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
  • 2-08-2026, 15:00
    İran yenidən İraqın şimalına zərbə endirib
  • 2-08-2026, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə