Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Abbas Araqçı arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər fevralın 17-də Cenevrədə baş tutan ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Rusiya İranın qanuni hüquqlarına hörmət edilməklə ədalətli siyasi-diplomatik həll yolu axtarışına yönəlmiş danışıqlar prosesinə dəstəyini ifadə edib.
Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran ayrı-ayrı məsələlərə toxunulub.