Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasına qatılıb.
Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat yayıb.
Tədbirdə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşdə müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri ilə birgə oyunlara hazırlıq məsələləri müzakirə olunub.