• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Gözlərdə Qalan Günlər

Gündəm / Cəmiyyət

3-11-2025, 11:30


İnsan ömrü bir dəftərdir — ilk səhifəsi ağ, sonuncusu qara.

Biz bu dünyaya qara saçlarla gəlirik, ürəyimizdə sonsuz suallar, gözlərimizdə ucsuz ümidlər.
Dəftərimiz boşdur — yazılacaq, yaşanacaq, yanacaq.

Yaz fəsli kimi başlayır həyat. Körpə gülüşləri, ana laylaları, ilk addımların titrək səsi...
Hər şey safdır, hər şey yeni. Dünya bir nağıl kimidir — biz isə onun qəhrəmanı.
Amma bu nağılın da bir sonu var — biz bilmədən, biz hiss etmədən.

Yay gəlir — gənclik.
Arzular göyə qalxır, sevgi ilk dəfə nəfəs alır.
Dostlar ətrafımızda, gülüşlər qulağımızda, qəhqəhələr ürəyimizdə.
Həyat bir bayramdır, biz isə onun içində sərxoş.
Amma heç kim demir ki, bu bayramın da sonu var.
Heç kim xəbərdar etmir ki, bir gün o dostlar bir-bir əbədiyyətə doğru gedəcək.
Və sənə sadəcə həmin anlardan xatirələr qalacaq.
Qulağında gülüş səsləri, gözlərinin önündə yaşanan gözəl günlər — bir film kimi keçəcək.
Sən baxacaqsan, amma toxuna bilməyəcəksən.

Payızda saçlara ilk ağlar düşür.
Qəlbin yorulur, ruhun susur.
Xatirələr daha çox danışır, insanlar daha az.
Sən özünü axtarırsan, amma tapmırsan.
Hər itki bir boşluq yaradır, hər boşluq bir sükut.
Və bu sükutda sən böyüyürsən — istəmədən, xəbərsizcə.

Qışda isə qocalıq gəlir.
Saçlar tam ağ, dəftər isə artıq dolu.
Amma doluluq həmişə dolğunluq deyil.
Bəzən o dəftər göz yaşı ilə islanmış, bəzən cızılmış, bəzən də heç yazılmamış səhifələrlə doludur.
Sən baxırsan o səhifələrə və düşünürsən: “Bunlar mənim həyatım idi?”
Sən artıq daha az danışırsan, daha çox susursan.
Çünki susmaq bəzən ən dərin danışmaqdır.

Qocaldıqca əzizlərin, sevdiklərin, dostların bir-bir əbədiyyətə doğru gedir.
Sənə sadəcə xatirələr qalır.
Və bu xatirələr bəzən elə ağır olur ki, nəfəs almaq belə çətinləşir.
Bir gülüş səsi, bir baxış, bir toxunuş — hamısı bir zamanın içində donub qalır.
Sən onları yaşayırsan, amma bir daha yaşaya bilmirsən.

İnsan ömrü bir fəsil deyil — bir çevrimdir.
Hər bahar bir doğuluş, hər yay bir ehtiras, hər payız bir peşmanlıq, hər qış bir sükut.
Və bu sükutun içində biz özümüzü tapmağa çalışırıq.

Bəzən uşaq tək ağlayırıq — səbəbsiz, izahsız, sadəcə içdən.
Çünki həyat gözəldir, amma ağrılı.
Çünki sevgi var, amma ayrılıq da.
Çünki xatirələr var, amma insanlar yox.

Və biz bu dünyaya qara saçlarla gəldik, dəftərimiz ağ idi.
Gedərkən isə saçlarımız ağ, dəftərimiz qara — yazılmış, yaşanmış, yanmış.
Həyat bir yol idi, biz yolçu. Fəvasız, keçici, amma iz buraxan.

Mövsümağa Ədalətoğlu
Yazıçı, publisist

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Mədəniyyət

5-04-2025, 15:23

İlk 3 ayda təqdim olunan Azərbaycan FİLMLƏRİ - SİYAHI

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:30
    Vətənə qələbə əzmini gətirən Əlibala Əsədov
  • Bu gün, 17:20
    Hakan Fidan Suriyada Zelenski və Əl Şaraa ilə görüşəcək
  • Bu gün, 16:30
    Azərbaycanda yağışlı hava sabah da davam edəcək
  • Bu gün, 16:00
    İsrail ordusu sutka ərzində İranda 120-dən çox hədəfə hücum edib
  • Bu gün, 15:00
    "Xatəm əl-Ənbiya": ABŞ ordusu F-35 qırıcısının pilotunu xilas edə bilməyib
  • Bu gün, 14:00
    İranın hava məkanı daha bir həftə bağlı qalacaq
  • Bu gün, 13:30
    Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
  • Bu gün, 13:00
    Ukrayna dronları LUKOIL neft emalı zavoduna zərbə endirib
  • Bu gün, 12:00
    Zori Balayan ölüb
  • Bu gün, 11:10
    İran dronları Küveytin neft sektoru kompleksinə zərbələr endirib
  • Bu gün, 11:00
    Tehran sakinləri: “İran gözlərimizin qarşısında məhv edilir”
  • Bu gün, 10:30
    İranda vurulan qırıcının digər pilotu da xilas edildi
  • Dünən, 16:10
    Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib
  • Dünən, 15:43
    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən, 15:18
    Bir Qızın Ömründə Vətən Sevgisinin Sönməz Alovu
  • Dünən, 15:06
    Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?
  • Dünən, 14:32
    KİV: İsrail İrana qarşı əməliyyatları davam etdirəcək, ABŞ qırıcı təyyarəsinin vurulmasına sərt reaksiya gözlənilir
  • Dünən, 14:19
    “Zəfər ruhlu qəhrəmanlar” çərçivəsində növbəti tədbir keçirildi
  • Dünən, 13:54
    Yol polisi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
  • Dünən, 12:40
    Ukrayna Rusiyada iki kimya zavoduna dronlarla zərbə endirib
  • Dünən, 11:55
    Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
  • Dünən, 11:25
    İraqın cənubuna dron zərbəsindən sonra yanacaq anbarları yanır
  • Dünən, 10:31
    Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 10:04
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • Dünən, 09:45
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • Dünən, 09:28
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:55
    Şahin Mustafayev Çin səfiri ilə görüşüb
  • 3-04-2026, 18:26
    Netanyahu: ABŞ və İsrail İranda polad istehsalı obyektlərinin 70 %-ni məhv edib
  • 3-04-2026, 17:53
    Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH
  • 3-04-2026, 17:17
    Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir
  • 3-04-2026, 17:00
    Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib
  • 3-04-2026, 16:00
    Yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı qərar qəbul edilib
  • 3-04-2026, 15:30
    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
  • 3-04-2026, 15:00
    SEPAH ABŞ-ın daha bir F-35 qırıcısını vurduğunu iddia edir
  • 3-04-2026, 14:30
    Növbəti dörd ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə