• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Hər ili əsrə bərabər 22 il - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 18:41

Hər ili əsrə bərabər 22 il - ŞƏRH

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu ali vəzifəyə seçilməsinin 22-ci ildönümüdür. İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi Azərbaycanın siyasi və iqtisadi həyatında yeni inkişaf dövrünün başlanğıcı sayılır. Onun ölkəyə rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyat, ordu quruculuğu, xarici siyasət, sosial siyasət kimi bütün sahələrdə önəmli addımlar atılıb, köklü islahatlar həyata keçirilib. Azərbaycan beynəlxalq səviyyəli layihələrin təşəbbüskarı və iştirakçısı olub. Bu gün Bakının iştirakı və razılığı olmadan regionda heç bir iri layihə reallaşdırılmır. Bu, İlham Əliyevin Azərbaycanın dövlət başçısı postunda yürütdüyü uğurlu xarici siyasət və iqtisadi islahatlar sayəsində mümkün olub.

22 il ərzində Azərbaycan təkcə regionda deyil, beynəlxalq arenada da böyük nüfuza yiyələnib. Ölkəmiz təkcə Qafqaz regionunda deyil, uzaq coğrafiyalarda da rəyini, münasibətini və dəstəyini həlledici amilə çevirib. Bu amil Azərbaycanın Qoşulmama Hərəkatına üzv seçildiyi və sədrlik etdiyi dövrdə özünü daha aydın göstərmiş oldu. Əhatə dairəsinə görə BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının ən səmərəli fəaliyyəti də məhz Azərbaycanın sədrliyi dövrünə təsadüf edib.

Təkcə bir faktı xatırlamaq kifayət edir. 2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi. Bu tarixi Zirvə görüşündə dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən dəstəkləndi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu daha da yüksəlib, onun beynəlxalq gündəlikdə dayanan qlobal məsələlərin həllində rolu genişlənib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir.

Prezident İlham Əliyevin qlobal səviyyədə əldə etdiyi uğurlardan biri də 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş Türk Dövlətləri Təşkilatını göstərmək mümkündür. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan Naxçıvan bəyannaməsinə əsasən qurulan bu beynəlxalq təşkilatl çərçivəsində fəaliyyətə rəsmi Bakı hər zaman xüsusi diqqətlə yanaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir.

Bu gün İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yüksək nüfuz sahibi kimi qlobal proseslərdə aktivlik nümayiş etdirir. Ölkə başçısı təkcə regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələr zamanı da qətiyyətli mövqe nümayiş etdirir. Məsələn, 2023-cü ildə yaradılan Bakı Təşəbbüs Qrupu dekolonizasiya və insan hüquqları sahələrində beynəlxalq tərəfdaşlıqların inkişafını dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatının adını çəkə bilərik. Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. Bu səpkidə Bakı bir neçə mötəbər tədbirə ev sahibliyi də edib.

Beynəlxalq miqyaslı məsələlərin həlli ilə əlaqədar müzakirələrin, dialoqların aparıldığı unikal ünvan statusu daşıyan Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir, planetimizin xilası naminə mühüm işlər gerçəkləşdirir. Bu baxımdan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi üçün dünyanın əksər ölkələrinin yekdilliklə Azərbaycan lehinə səs vermələri də təsadüfi xarakter daşımırdı.

Məhz bu sadalanan səbəblərə görə, bir sıra beynəlxalq təşkilatlar, dünya liderləri ölkəmizlə əməkdaşlığa xüsusi önəm verirlər. Məhz bu sadalanan səbəblərə görə, Prezident İlham Əliyev Avropa və dünya liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alır, yüksək tribunalardan çıxış edir, ən yüksək səviyyədə qarşılanır. Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, BMT toplantıları və digər beynəlxalq tədbirlərdə İlham Əliyevin iştirakı göstərir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir, İlham Əliyevi etibarlı tərəfdaş, önəmli lider qəbul edirlər. Təkcə oktyabr ayında Prezident İlham Əliyev 4 fərqli coğrafiyada, 4 Sammitdə iştirak edib: 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti; 6-7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammiti; 9-10 oktyabrda Düşənbədə MDB Sammiti; nəhayət, 13 oktyabrda Şarm əş-Şeyx Zirvəsi.

Bütün bu görüşlər və tədbirlər Azərbaycanın artan regional gücünü, artıq qlobal müstəvidə də söz sahibi olmasını sübut edir. Bu, İlham Əliyevin sərrast xarici siyasəti və analitik düşüncəsi sayəsində mümkün olub.

İlham Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən ordu quruculuğuna, peşəkar zabit heyətinin formalaşmasına, Azərbaycanın ən müasir silah və texnika ilə təminatına xüsusi diqqət yetirməsi 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünü göstərdi. Məhz 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla İlham Əliyev son 200 ildə işğal edilmiş torpaqların geri qaytarılmasına imza atmış ilk Azərbaycan rəhbəri, həmçinin son 80 ildə müharibəni mütləq qələbə ilə bitirmiş yeganə dünya lideri kimi adını qızıl hərflərlə tarixə yazdı.

Qalib Lider 44 gün və ondan sonrakı dövrdə də Ermənistanın havadarları ilə diplomatik kulislərdə mübarizə aparıb, onları bir-bir məğlubiyyətə uğradıb və susdurub. Bu, Azərbaycan Prezidentinin illərlə qurduğu xarici siyasətin uğurudur. Eyni zamanda qeyd etmək lazımdır ki, hakimiyyətdə olduğu dövr ərzində dövlət başçısının siyasəti nəticəsində vətənpərvər gənclik yetişib. Qələbəni də məhz bu gənclər canları, qanları bahasına əldə etdilər.

Bu illər ərzində aparılan uğurlu daxili siyasət nəticəsində Vətən müharibəsi günlərində xalq-dövlət birliyi təmin edildi və Azərbaycan vahid bir yumruq kimi işğalçıya qarşı bütün cəbhələrdə mübarizə apardı. Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azad olmasının müjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi.

Qeyd etmək yerinə düşər ki, Ali Baş Komandanın strateji düşüncəsi sayəsində Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan, heç bir itki verilmədən azad edildi. Vaxtilə bir sıra tədbirlərdə guruldayan Ermənistan rəhbərliyi isə təslim olmaqdan, Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməkdən, kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi olmadığını gec də olsa anladı.

Üç il sonra, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyat nəticəsində ölkəmizin Qarabağ bölgəsində uzun illər davam edən separatizmə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu aradan qaldırıldı və Azərbaycan Respublikasının konstitusiya quruluşu tam şəkildə bərpa edildi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin edildi.

Azərbaycan iqtisadiyyatı da məhz İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə inkişaf edib, dünya iqtisadiyyatına transformasiya edilib. Bütün parametrlər üzrə Azərbaycan iqtisadiyyatı bir neçə dəfə böyüyüb. Azərbaycan "aşağı gəlirli ölkələr" sırasından "yuxarı-orta gəlirli ölkələr" sırasına yüksəlib. Əgər 2003-cü ildə Azərbaycanda adam başına düşən ÜDM 888.6 dollar idisə, 2004-cü ildə bu rəqəm 1000 dollarlıq həddi ötüb. Hazırda bu rəqəm 7300 dollar civarındadır. Bu isə Cənab Prezidentin rəhbərliyi dövründə rəqəmin neçə dəfə artdığını sübut edir, uğurlu iqtisadi islahatların göstəricisinə çevrilib. Ölkə iqtisadiyyatının infrastrukturu tamamilə yenidən qurulub və modernləşdirilib. Bu da uzunmüddətli dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulub.

Ölkə iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, Azərbaycan borc alan ölkədən donor ölkəyə çevrilib. Ölkənin valyuta ehtiyatları xarici borcundan dəfələrlə çoxdur. Ölkənin qeyri-neft sektoruna xüsusi diqqət ayrılıb, qeyri-neft ixracı sürətlə artır. Ölkə iqtisadiyyatı ixrac yönümlü sənayeləşməyə inteqrasiya edir. Eyni zamanda Azərbaycan xarici investisiya üçün də ciddi və maraqlı ölkəyə çevrilib. Təkcə 2020-2024-cü illərdə ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 milyard dolları ötüb. Bu, Azərbaycanın etibarlı və investisiya mühiti üçün sabit bir ölkə olduğunu ifadə edir.

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti də Azərbaycana böyük iqtisadi və siyasi dividentlər qazandırır. Ölkənin inkişaf konsepsiyasında enerji siyasətinin müstəsna yer tutması əbəs deyil. Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan bu gün qlobal enerji layihələrinə imza atır və aparıcı mövqedə dayanıb, böyük uğurlar əldə edir. Məhz dövlət başçısının enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artırır. Artıq rəsmi Bakı dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Bu gün Avropa liderləri enerji təminatı üçün məhz Azərbaycanın qapısını döyür. Məhz Azərbaycan Avropa üçün etibarlı tərəfdaşa çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Məhz uğurlu enerji siyasəti ilə Avropanın enerji xəritəsini dəyişir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi layihələri reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb.

Digər tərəfdən ölkə başçısının enerji siyasətində alternativ enerji xüsusi yer tutur. Artıq Azərbaycan bu sahədə də ixracatçı ölkə qismində çıxış edir. 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından da səmərəli istifadə olunacaq. Yaxın illərdə Azərbaycan Avropanı və bir sıra dünya ölkələrini yaşıl enerji ilə də təmin edəcək. Bu isə ölkənin dünyada artan nüfuzuna böyük təkan verəcək və Azərbaycanı enerji sahəsində söz sahibinə çevirəcək...

Bütün bu sadalanan faktlar deməyə əsas verir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini şərəflə yerinə yetirib, xalqına verdiyi sözə sahib çıxıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Prezident İlham Əliyev qalib sərkərdə, müdrik lider, dahi şəxsiyyət, böyük strateq, fenomenal analitik kimi adını tarixə əbədi yazdırıb. Bu gün onun uğurlu siyasəti sayəsində Azərbaycan qüdrətli və güclü dövlətə çevrilib, regionda və dünyada söz sahibi sayılır. Rəsmi Bakının hər ötən gün beynəlxalq münasibətlər sistemində və dünya siyasətində artan nüfuzu məhz İlham Əliyevin qətiyyətli mövqeyi, liderlik qabiliyyəti, xarici siyasət kursu sayəsində mümkün olub. Əminliklə söyləmək olar ki, bu uğurlar Prezidentin xalqına bağlılığının və Azərbaycanı güclü, qüdrətli, inkişaf etmiş dövlətə çevirmək əzminin nəticəsidir. Azərbaycan Prezidentin rəhbərliyi altında bundan sonra da iqtisadi, diplomatik, enerji siyasəti, geosiyasət, dünyada söz sahibi olmaq kimi sahələrdə yeni-yeni uğurlara imza atacaq.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

Bu gün, 06:10

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

Gündəm / Cəmiyyət

26-08-2025, 15:41

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Cəmiyyət

24-12-2024, 10:03

Mövsümağa Abasov: Cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq

Gündəm / Cəmiyyət

21-11-2024, 12:00

Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək

Gündəm / Siyasət

29-09-2024, 11:00

2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik - Ceyhun Bayramov

Araşdırma
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:41
    Hər ili əsrə bərabər 22 il - ŞƏRH
  • Bu gün, 18:29
    Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb
  • Bu gün, 18:09
    NUFA3 iştirakçılarına Şuşada tanıtım turu təşkil olunub
  • Bu gün, 17:43
    Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək
  • Bu gün, 17:32
    Pakistan və "Taliban" 48 saatlıq atəşkəs barədə razılaşıblar - YENİLƏNİB
  • Bu gün, 16:43
    Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək
  • Bu gün, 16:22
    Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib – YENİLƏNİB
  • Bu gün, 16:08
    Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir
  • Bu gün, 15:52
    İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib
  • Bu gün, 15:04
    Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək
  • Bu gün, 14:55
    Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
  • Bu gün, 14:29
    Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
  • Bu gün, 14:20
    Zelenski Odessada hərbi administrasiya yaradıb
  • Bu gün, 14:00
    Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb
  • Bu gün, 13:27
    Prezident: Azərbaycanın şəhərsalmada təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır
  • Bu gün, 13:10
    İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb
  • Bu gün, 12:57
    "Haber Global": Azərbaycan Qarabağdakı yenidənqurma təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür
  • Bu gün, 12:39
    Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib
  • Bu gün, 12:29
    İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:00
    Ekvadorda ticarət mərkəzinin yaxınlığında partlayış baş verib, ölənlər və yaralananlar var
  • Bu gün, 09:30
    Durov fransızlara məxfilik hüquqlarını itirmə təhlükəsi barədə xəbərdarlıq edib
  • Bu gün, 09:30
    Azərbaycanın beynəlxalq dərəcəli hakimləri təyinat alıblar
  • Bu gün, 09:00
    DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutub
  • Bu gün, 08:30
    KİV: Yaponiyada yeni baş nazirin seçilməsi üçün keçiriləcək səsvermə ertələnə bilər
  • Bu gün, 06:10
    İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
  • Dünən, 19:00
    AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
  • Dünən, 18:32
    AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub
  • Dünən, 18:22
    Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı
  • Dünən, 17:51
    Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO
  • Dünən, 17:32
    İsrail fələstinlilərin meyitlərini təhvil verib
  • Dünən, 17:15
    DTX-nin saxladığı Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
  • Dünən, 17:07
    Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib
  • Dünən, 16:55
    Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib
  • Dünən, 16:39
    Bahar Muradova Gədəbəydə vətəndaşları qəbul edəcək
  • Dünən, 16:06
    Son 8 ayda ölüm sayı açıqlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə