• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Lenini basdırmaqdan çəkinən Rusiya – TASS “atan kazak” rolunda - ŞƏRH

Gündəm / Siyasət

1-08-2025, 17:47

Lenini basdırmaqdan çəkinən Rusiya – TASS “atan kazak” rolunda - ŞƏRH


Rusiyalı tanınmış rəssam İvan Ayvazovskinin (Hovannes Ayvazyan) dörd il əvvəl Xankədidə separatçılar tərəfindən qoyulan heykəli ötən gün yığışdırılıb. Azərbaycanın atdığı bu addıma qarşı Rusiyanın siyasət adamları, mədəniyyət xadimləri və aparıcı informasiya agentliyi TASS (Sovet İttifaqı Teleqraf Agentliyi - SİTA) yersiz iddialarla çıxış ediblər.

İlk baxışda heykəlin götürülməsini, buna qonşu ölkənin reaksiyasını adi qəbul edənlər də tapılar. Ancaq məsələ heykəllə bitmir. Ona görə bir sıra suallar yaranır. Heykəl nə vaxt və niyə qoyulub? SİTA niyə və nəyə hiddətlənir? Rusiyanın ənənəvi heykəl oyunu nəyin simvoludur?

Ermənistanın Rusiyanın yardımı ilə işğal etdiyi torpaqları Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə azad edib. Bu savaş 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat – kapitulyasiya aktı ilə başa çatıb. Həmin sənədə uyğun olaraq rəsmi Bakı Qarabağın ermənilər yaşayan hissəsinə Rusiya sülhməramlılarının daxil olmasına və orada beş il müddətinə qalmasına icazə verib.

Reallıqda, RF sülhməramlılarının ermənilərin "təhlükəsizliyini təmin etməsi" onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaqdan ibarət oldu. Moskva onda Azərbaycana daxildən təzyiqlər etmək məqsədi ilə separatçıları əlində saxlamaq istəyirdi. Onda Rusiya Azərbaycan ərazisinə nəzərdə tutulduğundan xeyli çox hərbi kontingent və texnika yeritmişdi. Bu azmış kimi, məramı sülh olmayan həmin qoşun işğaldan təmizlənən Qarabağda, xüsusilə, Xankəndidə qanunsuz silahlı dəstələr yaradır və ya onların fəaliyyətinə imkan verir, onları yanacaq və qida ilə təmin edirdi. Bununla da Azərbaycanın ərazi bütövlüyünü və suverenlini təhdid altında saxlayacaq öz minasını basdırmağa çalışırdı.

Rusiya bu planı ilə yanaşı, başqa ictimai, mədəni hadisələrlə də Qarabağda özünə yer eləməyə çalışırdı. Onlardan biri Qarabağda “rus icması” formalaşdırmaq cəhdi idi. Onda “icmanın” “başçısı” Aleksandr Bordov ovaxtkı separatçıların lideri, hazırda Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinərək Bakıda həbsdə olan Araik Arutyunyanla görüşlər keçirir, birgə fəaliyyət göstərmək istiqamətində planlar qururdular.

Bu bir reallıqdır ki, Azərbaycanın Qarabağ bölgəsində tarixdə heç vaxt “rus icması” adlı rəsmi və qeyri-rəsmi bir cəmiyyət olmayıb. Onda belə düşünmək olar ki, Moskva Qarabağda separatçılarla “icmanın” cütlüyünü yaradaraq Azərbaycana qarşı “erməni-rus ictimaiyyətinin” birgə fəaliyyətini həyata keçirməyi planlaşdırırmış. Bu sistemin fəaliyyətini aydın təsəvvür etmək olar; həmin cütlük Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən sülhməramlıların, onların təlimatlandırdığı qanunsuz silahlı dəstələrin yardımı ilə fəaliyyət göstərəcəkdilər.

Belə görünürdü ki, icma-separatçı cütlüyü Azərbaycana qarşı təxribat törədəcək, onları müdafiə adı altında Rusiya bölgəyə əlavə hərbi qüvvə yeridəcək, bununla da Qarabağ yenidən onun savaş meydanına çevriləcəkdi. Çünki “rus icmasını”, “bizimkiləri” müdafiə etmək adı altında Moskva keçmiş sovet respublikalarını hələ də hədələyir...

Rusiyanın Qarabağda həyata keçirmək istədiyi layihələrdən biri də mədəni ekspansiya sayılırdı. Bu məqsədlə "sülhməramlılar", Azərbaycanın təcavüzkarlardan təmizlədiyi bölgələrdə qanunsuz olaraq “Rusiyanın şöhrət xiyabanı” layihəsini reallaşdırırdı. Elə 2021-ci il dekabrın 1-də bu ideya çərçivəsində separatçılar və Rusiya "sülhməramlıları" Ayvazovskinin heykəlini qoymuşdular.

Ayvazovski ruslaşmış ermənilərdən sayılır. Ona görə də şübhə yoxdur ki, Moskva onun heykəli vasitəsilə Qarabağda rus-erməni cütlüyünün mövcudluğunu nümayiş etdirirdi. Bu baxımdan, Qarabağa yeridiləndən bir il sonra varlığını abidə ilə simvollaşdırıb.

Başqa sözlə, Ayvazyanın heykəli qoyulmaqla Rusiya sanki belə bir ismarış verirdi - “Biz burada istədiyimizi həyata keçirə bilərik”.

SİTA Rusiya dövlətinin bütün baxımlardan ideoloji informasiya siyasətinin təbliğatçısı, aparıcı ruporu, bir sıra hallarda yönləndiricidir. Bu agentlik keçmiş sovetlərdən qalma metodla fəaliyyət göstərir. O, reallığı, həqiqəti yaymaqda hələ də qərəz nümayiş etdirir. Bu baxımdan, etibarlı informasiya mənbəyi olmaq rolunu itirir.

SİTA Xankəndini “Stepanakert”, Qarabağ bölgəsini “Dağlıq Qarabağ” kimi təqdim etməklə bolşevik düşüncə sistemindən xilas ola bilmədiyini nümayiş etdirib.

1923-cü ilədək bu şəhər onun qurucusu Pənahəli xanın şərəfinə Xankəndi adlanıb. Bölgəyə bolşeviklər hakim kəsildikdən sonra - 1923-cü ilin martın 10-da şəhərə azərbaycanlıların soyqırımının təşkilatçılarından biri Stepan Şaumyanın adı verilib. Bu, 1991-ci ilədək davam edib. Başqa sözlə, Stepanakert sovet ideologiyasının törəməsi kimi Xankəndini əvəzləmişdi.

Odur ki, SİTA -TASS ənənəvi bolşevik-daşnak müttəfiqliyi ideologiyasını təbliğ edir.

Keçmiş sovet ölkələrinin hamısında, sərhədləri aşsaq, keçmiş sosialist düşərgəsinə aid bütün dövlətlərdə bolşeviklərin lideri Vladimir İliç Lenin və Naməlum əsgərin heykəli var idi. Bu, bəzilərində hələ də qalır. Bəzi respublikalarda Maksim Qorki, Lev Tolstoy, Mixail Lermontov, Aleksandr Puşkin və başqa mədəniyyət, ədəbiyyat nümayəndələrinin adı müxtəlif şəkildə əbədiləşdirilirdi.

Lenin siyasi-ideologiyanın, Naməlum əsgər hərbi qüvvənin, incəsənət xadimləri, ədiblər isə mədəni işğalın simvolları idilər.

Günümüzdə də Rusiya Leninin heykəlini uçuranlara etiraz etməkdən özünü zorla saxlayır. TASS kimi agentliyi vasitəsi ilə onlar barəsində qərəzli informasiya yayır.

Leininin heykəllərinin uçurulması prosesi günümüzdə də davam edir. Bu ilin iyununda Qırğızıstanın cənubundakı Oş şəhərindəki baş meydandan onun abidəsi sökülüb. 25 metrlik heykəlin sökülməsini Rusiya Dövlət Duması müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov təəccüblə qarşılayaraq bunu sovet irsinə qarşı mübarizə kimi dəyərləndirib.

Rusiyada sovetdən qalma izlərin silinməsini münasibətlərin pozulması və ya əlaqələrin kəsilməsi kimi həyəcanla qarşılayırlar. Çünki heykəllər Rusiyanın həmin ölkələrdə mövcudluğunun, hakimliyinin rəmzi sayılır.

Ayvazovskinin heykəlinin sökülməsinə də SİTA-TASS oxşar emosiya ilə yanaşıb. Onlar iki əsrdən çox erməni işğalı altında saxladıqları Qarabağın Rusiyanın nəzarətindən çıxdığını qəbul edə bilmədikləri üçün bu sayaq qıcıqlandırıcı, iki ölkə arasında münasibətlərə zərbə vuran xəbərlər yayıb, təhriflərə yol veriblər.

Bu, RF-nin keçmiş müttəfiq respublikalara, çar Rusiyasının əski müstəmləkə torpaqlarının hələ də işğalçı, hegemon, özündən razı yanaşmasının göstəricisidir və Azərbaycanla Federasiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun deyil. Bu, həm də Moskvanın imzasına hörmət etmədiyini göstərir.

Qarabağ Azərbaycan ərazisidir. Bunu kimsə inkar edə bilməz və etmir də. Azərbaycan onu həm də bütün mənalarda azad edib. Orada kimin heykəlinin, nə vaxt, harada qoyulmasını da rəsmi Bakı müəyyənləşdirir. Bütün beynəlxalq və yerli qanunlara əsasən, bunun SİTA-TASS-a və bu əhəmiyyətsiz məsələni şişirənlərə, "qaşınmayan yerdən qan çıxarmaq istəyənlərə" aidiyyəti yoxdur.

Torpaqları işğal altında olduğu illərdə Azərbaycanın tarixi, dini, mədəni abidləri, sosial, inzibati, yaşayış binaları, məscidləri dağıdılanda, xarabazara çevriləndə TASS başda olmaqla Rusiyanın informasiya vasitələri səslərini belə çıxarmırdılar. Ancaq indi heç bir tarixi, elmi, mədəni əsası olmayan bir heykəlin sökülməsini saxtakarcasına əldə bayraq edirlər.

Belə düşünmək olar ki, bunun bir səbəbi də məşhur “atan kazaklar” məsələsindən qaynaqlanır. Rəsmi Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli danışıqlar getdiyindən Moskva prosesdən kənarda qalıb. Yaxın zamanda sülh sazişinin imzalanacağına dair söhbətlər də yayılır. Belə bir şəraitdə Rusiya vəziyyəti qarışdırmağa, Azərbaycanla Ermənistan arasında münasibəti korlamağa cəhd göstərir. Gah Gümrüdəki 102 saylı bazasına əlavə qüvvə yerləşdirir, gah Ayvazovskinin heykəli ətrafında oyun qurmağa çalışır. Bununla da yüz iyirmi il bundan əvvəl münaqişə yaradan “atan kazak” variantını yenidən dövriyyəyə buraxır. Bu dəfə o, TASS kimi zühur edir.

Rusiya heykəlləri, sovet simvolları baxımından çox “etibarlı” sayılır. Onlardan biri də bolşeviklərin liderinin cəsədidir. Belə güman etmək olar ki, Leninin qaxacını imperiyanın, Rusiyanın maraqlarının yer altına getməməsi üçün basdırmırlar. Yəni, düşər-düşməzliyi olar. Yoxsa, Ayvazovskidən TASS-a nə var?(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

26-07-2025, 10:39

Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur

Gündəm / Siyasət

10-06-2025, 14:39

Medinskinin uğursuz müqayisəsi – niyə Ukraynanın işğal olunan əraziləri Qarabağ ola bilməz? – ŞƏRH

Gündəm / Dünya

10-04-2025, 17:09

İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr başa çatıb - YENİLƏNİB

Gündəm / Dünya

14-11-2024, 15:09

Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”

Gündəm / Cəmiyyət

21-10-2024, 11:04

Van Dammın Qəbələdəki heykəli götürüldü

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 09:06
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Bu gün, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • Dünən, 17:44
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • Dünən, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Dünən, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • Dünən, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • Dünən, 15:36
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dünən, 15:02
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • Dünən, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • Dünən, 12:12
    Sınanmış Etibarın Dərsi
  • Dünən, 11:54
    Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
  • Dünən, 11:20
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Dünən, 10:52
    Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
  • Dünən, 10:26
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 09:48
    Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
  • Dünən, 09:20
    Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
  • 8-09-2026, 19:00
    Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH
  • 8-09-2026, 18:33
    Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək
  • 8-09-2026, 17:59
    Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib
  • 8-09-2026, 17:13
    Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
  • 8-09-2026, 16:43
    Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
  • 8-09-2026, 16:05
    Daşlara qədər çatan işğal - Qarabağın məhv edilən mədəni irsi - ŞƏRH
  • 8-09-2026, 15:20
    Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
  • 8-09-2026, 14:46
    TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
  • 8-09-2026, 14:32
    Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
  • 8-09-2026, 13:06
    Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
  • 8-09-2026, 12:32
    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
  • 8-09-2026, 12:14
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • 8-09-2026, 11:40
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • 8-09-2026, 10:39
    Tanınmış generala ağır itki
  • 8-09-2026, 10:18
    İki kollecdə yeni - Təyinat
  • 8-09-2026, 10:00
    UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
  • 8-09-2026, 09:14
    Azərbaycan neftinin qiyməti 107 dolları keçib
  • 8-09-2026, 08:49
    Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə