Ata olmaq — yalnız dünyaya uşaq gətirmək deyil, kölgə verən bir ağaca çevrilməkdir. Mən evladlarıma hər zaman deyirəm: həyat bir səhradır, günəş bəzən çox qızmar olar. Amma əgər bir ağacın kölgəsində durursansa — o ağacın kökü sağlamdırsa — sən bu qızmar günəşin altında yanmazsan.
Bu kök — ailədir, tərbiyədir, vicdandır, dürüstlükdür. Mən istəyirəm ki, övladlarım bu kökün üzərində böyüsünlər. Çünki kökü çürük olan ağac tez yıxılar, kökü dərin olan isə fırtınada belə dayanar. Həyatdakı hər sınaq bir küləkdir — övladım, səni dayaqda saxlayacaq olan mənim sənə verdiyim dəyərdir, tərbiyədir, yol göstərişidir.
Mən öz kölgəmi sizə verirəm ki, siz əziyyət çəkməyəsiniz. Amma bir gün bu kölgədən çıxıb öz ağacınız olacaqsınız. Elə yaşayın ki, sizin kölgəniz də sabah kiminsə qızmar günəşdən qorunacağı yeri olsun.
Səbuhi Həsənov.