• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Ermənistanda "beşinci kolon"un keşişləri - cəmiyyətdə yenidən vəftiz olunmaq zərurəti - ŞƏRH

Gündəm / Siyasət

17-10-2025, 16:42

Ermənistanda "beşinci kolon"un keşişləri - cəmiyyətdə yenidən vəftiz olunmaq zərurəti - ŞƏRH


Ötən gün Ermənistanda beş yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. "Müqəddəs Eçmiədzin" monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareqinin qardaşı oğlu yepiskop Mkrtıç Proşyan da var. Onların nədə şübhəli bilindikləri barədə məlumat verilməyib.

Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə axtarış aparılıb. Proşyan da daxil olmaqla altı keşiş barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yepiskopa qarşı Cinayət Məcəlləsinin "seçki hüququnun həyata keçirilməsinə və seçki komissiyalarının işinə maneçilik" və "mitinq keçirilməsinə və ya mitinqdə iştirak etməyə maneçilik, həmçinin iştirak, yaxud imtina üçün maddi həvəsləndirmə" maddələri üzrə ittiham irəli sürülüb.

Saxlanıldıqdan sonra ilk saatlarda Proşyanın olduğu yer məlum olmayıb. Vəkilləri tərəfindən bu, kobud hüquq pozuntusu kimi qiymətləndirilib.


Ermənistan KİV-in məlumatına əsasən, istintaq tədbirləri zamanı yeparxiyanın iqamətgahında, yepiskopun, keşişlərin və yeparxiya işçilərinin evlərində axtarışlar aparılıb, sənəd və kompüterləri götürülüb, ofisin binaları yoxlanılıb.

Aram Asatryan adlı keşiş bildirib ki, guya 2021-ci ildə müxalifətin mitinqlərinə öz iradəsi ilə deyil, yuxarı rütbəli ruhanilərin göstərişi əsasında qatılıb. O, bu mitinqdə iştirak etdiyi üçün həbs olunub. Araqatsotn yeparxiyasının rəhbərliyi isə Asatryanı kilsə nizamını pozmaqda ittiham edib.

Keşişlərin həbsi ilə əlaqədar Eçmiədzin baş kilsəsi açıqlama yayıb, Araqasotn yeparxiyasına qarşı hüquq-mühafizə orqanlarının hərəkətləri qanunsuz cinayət təqibi və sistematik kilsə əleyhinə kampaniyanın bir hissəsidir: "Bu cür hərəkətlər kilsənin normal fəaliyyətinə mane olmaq, onun nüfuzuna xələl gətirmək, ruhanilər, dindarlar və bütün cəmiyyət arasında qorxu, narahatlıq atmosferi yaratmaq niyyətini nümayiş etdirir. Bu cür repressiyalar vasitəsilə hakimiyyət din azadlığı hüququnu kobud şəkildə pozur və dindarların dini hisslərini təhqir edir".

Ermənilərin baş keşişi II Qaregin Araqasotn yeparxiyasının ruhaniləri ilə görüşərək, kilsə ruhaniləri və dindarları təxribatlara uymamağa, mənəvi dəyərlərin müdafiəsində möhkəm durmağa çağırıb.


Hökumət başçısı Nikol Paşinyan kilsəyə qarşı hücumlar barədə ittihamları rədd edərək deyib ki, kilsə və yepiskop eyni şey deyil: "Erməni Apostol Kilsəsinin tarixində yepiskopların cinayət təqibi halları olsa da, kilsə fəaliyyət göstərməyə davam edib. Hüquq-mühafizə orqanlarının əməliyyatları xarici bəyanatlarla əlaqəsi olmayan müstəqil istintaq tədbirləridir".

Keçmiş ombudsman və "Birlik qanadları" təşəbbüsünün rəhbəri Arman Tatoyan baş verənləri Nikol Paşinyanın kilsəyə qarşı siyasi kampaniyasının bir hissəsi adlandırıb: "O, məhkəmə, prokuror, müstəntiq və əməliyyat işçisi funksiyalarını öz üzərinə götürüb. Kilsə ilə siyasi hesablaşma ssenarisini əvvəlcə onu nüfuzdan salan hakimiyyət, indi təbliğatı konkret hərəkətlərlə həyata keçirməyə başlayıb".

Şirak yeparxiyasının başçısı Mikael Acapahyan hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Tavuşun arxiyepiskopu Baqrat Qalstanyana qarşı da "dövlət çevrilişinə hazırlıq" ittiham irəli sürülərək həbs edilib.

Keçmiş ombudsman Arman Tatoyan iddia edib ki, Ermənistanda xristianlıq hakimiyyətdən müdafiəyə ehtiyac duyur: "Paşinyan özünü erməni kilsəsinin davamçısı adlandırır, ancaq hərəkətləri ilə yalnız nifrət yayır".

Böyük Kilikiya Evinin katolikosu Aram I Ermənistanda keşişlərə qarşı cinayət işlərini pisləyərək, kilsəyə qarşı cinayət təqibini dayandırmağa çağırıb.

Onun sözlərinə görə, ölkənin, xalqın maraqları dövlətin, kilsənin birləşməsini və konsolidasiyasını tələb edir, bu sağlam olmayan atmosferi mümkün qədər tez aradan qaldırmaq lazımdır.

Son dörd ildə Ermənistanda hakimiyyət (hökumət) kilsə qarşıdurması müxtəlif istiqamətdə yozulur.


Belə ehtimal etmək olar ki, onların arasında daha məntiqisi "beşinci kolon" məsələsidir.

Çünki bunun örnəyi Ukraynada olub. Ukrayna Pravoslav Kilsəsi (UPK) Kiyev Patriarxatının keçmiş rəhbəri Filaret (Denisenko) ilə yeni yaradılmış Ukrayna Pravoslav Kilsəsinin rəhbəri mitropolit Epifani (Dumenko) arasında qarşıdurmanı xatırlamaq yerinə düşər. Onların baxışlarındakı fərqlər kilsənin idarəetmə modeli, diasporun dini xidmətlərlə təmin edilməsi, adı və nizamnaməsi ilə bağlı olub. "Fəxri patriarx" adını almış Filaret (Denisenko) "Kiyev Patriarxatı"nda mövcud olan strukturu saxlamaq, de-fakto "Kiyev və bütün Rus-Ukrayna patriarxı" titulunu daşıyaraq Ukrayna Pravoslav Kilsəsinin başçısı olaraq qalmaq istəyirdi. Epifani (Dumenko) isə özünü UPK-nin rəhbəri hesab edir, yeni nizamnamənin müddəalarının yerinə yetirilməsində israrlı idi.

Münaqişə zamanı UPK ruhanilərinin əksəriyyəti, Ukrayna hakimiyyəti, Konstantinopol Patriarxatı və ABŞ-nin Ukraynadakı səfirliyi Epifaninin tərəfini tutmuşdu. Az sayda tərəfdarla qalan Filaret (Denisenko) "Kiyev Patriarxlığı"nın bərpa olunduğunu elan edərək, faktiki olaraq UPK-dən ayrılsa da, UPK-nin istirahətdə olan ierarxı kimi siyahıda qalırdı.

2018-ci ilin aprelində isə Ukraynanın ovaxtkı Prezidenti Petro Poroşenko İstanbul Patriarxı Varfolomeydən Ukrayna kilsəsinə avtokefaliyanın verilməsi ilə bağlı müraciət göndərmişdi. Sentyabrda qurum Kiyevə iki ekzarx təyin etdi və s.

Bu, Rusiyanın təsir dairəsindən Ukraynanın çıxması addımlarından biri idi. Çünki sonradan Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan keşişlərin həbsinə dair məlumatlar yayılmışdı.

Onların bəziləri hətta, Rusiyanın Ukraynaya qarşı müharibəsini də təbliğ edib, hətta, döyüşüblər. Keşişlərdən müharibədə ölənlər də olub.


Həmin dövrdən rəsmi Kiyev Ukrayna hakimiyyətini, o cümlədən dövlət aparatı, xüsusi xidmət orqanlarını, silahlı qüvvələri, habelə kilsəni "beşinci kolon"dan daha "dərindən" təmizləməyə başladı.

Belə ehtimal edilir ki, Ukraynanın Krımı Rusiyaya döyüşsüz təhvil verməsində, cəbhədə məğlubiyyətində əsas səbəb bu "ünsürdür".

Nikol Paşinyan isə ölkəsində "beşinci kolon"a qarşı mübarizəni 2021-ci ildə ordudan başladı. O, güc strukturlarında - orduda, xüsusi xidmət orqanında, polisdə çoxsaylı dəyişikliklər etdi. 2023-cü ildə isə orduda bu kolonun olmadığını elan etmişdi.

Ermənistan parlamentinə, müxalif qüvvələrə, onların çıxış və proqramlarına diqqət edilərsə, ölkənin onlardan hələ də xilas olmadığı qənaətinə gəlmək olar.

Bu baxımdan mənzərə aydınlaşır. Ermənistan silahlı qüvvələri "beşinci"dən təmizləndiyindən rəsmi İrəvana hərbi sahədə ABŞ ilə əməkdaşlığı gücləndirir. Parlamentdə müxalifət sayılanlar isə II Qaregenin keşişləri ilə pərdə arxasında əl-ələ tutub, eyni mərkəzdən idarə olunduqlarını gizlədə bilmirlər.


Odur ki, Ermənistan indiki siyasi müxalifət və II Qaregenin keşişləri bir partiyanın "Beşinci kolon"unun nümayəndələridir. Bu "kolon" Azərbaycan və Türkiyəyə eyn dərəcədə düşmənliyi təbliğ, ərazi iddiası ilə çıxış edir. Qondarma erməni soyqırımına yas tutub, bu yolla özlərini "millət fədaisi" kimi göstərməyə səy göstərirlər.

Ona görə də Ermənistanda dini-mənəvi boşluq yaşanır. Çünki indiyədək adi insanların dini etiqadlarından Qaregen kimi keşişlər sui-istifadə ediblər. Azərbaycanın 44 gün ərzində əldə etdiyi qələbə Ermənistandakı "beşinci kolon"a da şapalaq sayıla bilər. Ümumerməni baş keşişinin (keşişlərinin) indiyədək apardıqları düşmənlik erməni cəmiyyətinin dini inanclarına da mənfi təsirsiz ötüşməyib. Onlar saxtakarcasına Türkiyə və Azərbaycan ərazilərinə iddia edirlər. Bu düşüncə sistemi hesab edir ki, ermənilər guya üç min ildir İrəvandadır və bu şəhər də onlara məxsusdur. Ancaq tarix bunun əksinin təsdiqləməkdədir.

Qaregenin iqamətgahı yerləşən Eçmiədzin kilsəsinin yerində Zərdüşt peyğəmbər, atəşsevərlərin məbədinin olduğu sirr deyil. Qriqorian kilsəsi onu söküb, dağıdaraq, yerində indiki binanı tikib. Saxtakarlıq elə o vaxtdan başlayıb. Yalan və saxtakarlıq erməni cəmiyyətinin mənəvi dayaqları olub. Ona görə də "beşincilər" keşişlə kilsəni bərabər tutmağa səy göstərir.

Belə görünür, Ermənistandakı xristianlığın bu "kolon"dan və onun keşişlərindən təmizlənməsi, müdafiə olunması günün vacib məsələsi sayılır. Belə ehtimal etmək olar ki, ermənilərin məğlubiyyətinin başlıca mənbəyi uydurma katolikos kilsəsi, onun başçısıdır. Çünki mənəvi dəyərlər qanunun aliliyinin, demokratiyanın təmin olunması üçün dayaqlardandır. O, olmayanda inancda, vicdan azadlığında çətinlik, mənəvi böhran yaşanır. Odur ki, erməni cəmiyyətinin yenidən vəftiz olunmasına (xaç suyuna salınmaq) ehtiyac var. "Beşinci kolon" onları günaha batırır...(Report

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

10-10-2025, 18:13

Anar Əsədli ilə bağlı yeni qərar verilib

Dünya

26-06-2025, 15:30

"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib

Gündəm / Hadisə

17-04-2025, 16:24

Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var

Gündəm / Hadisə

17-09-2024, 15:59

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib - EKSKLÜZİV

Gündəm / Hadisə

3-06-2024, 11:33

MN-dəki 143 milyonluq mənimsəmə: Daha iki vəzifəli şəxs HƏBS EDİLDİ

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Bu gün, 18:14
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Bu gün, 17:31
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Bu gün, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Bu gün, 16:11
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Bu gün, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Bu gün, 14:39
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Bu gün, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Bu gün, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Bu gün, 12:31
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Bu gün, 11:48
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Bu gün, 11:12
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Bu gün, 10:46
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Bu gün, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Bu gün, 09:53
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Bu gün, 09:15
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 08:54
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • Dünən, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 16:29
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:51
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Dünən, 14:58
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Dünən, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Dünən, 12:46
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Dünən, 12:09
    İranın şərqində altı silahlı öldürülüb
  • Dünən, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Dünən, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Dünən, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Dünən, 09:23
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Dünən, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • 30-09-2026, 20:30
    Deputat Azər Allahverənov Zabratdakı 21 nömrəli Şəhər Poliklinikasında aparılan əsaslı təmir işləri ilə tanış olub
  • 30-09-2026, 18:25
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • 30-09-2026, 18:00
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə