Azərbaycan Respublikasının dövlət müstəqilliyinin növbəti ildönümü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün tam bərpası Azərbaycan xalqının sarsılmaz milli iradəsinin, yüksək vətənpərvərlik ruhunun və zəngin dövlətçilik ənənələrinə bağlılığının möhtəşəm təntənəsidir. Bu tarixi Zəfərin yaratdığı reallıqların qorunması, müstəqil dövlətimizin daha da gücləndirilməsi və əldə olunmuş nailiyyətlərin gələcək nəsillərə ötürülməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs və şərəfli vəzifəsidir. Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək ən ali zirvəyə ucalmış şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə anır, onların nurlu ruhlarına rəhmət diləyirəm.
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü,
Yazıçı-publisist.