Gürcüstan Respublikasının vətəndaşı, SOCAR Energy Georgia şirkətinin əməkdaşı, "Maarif" Təşkilatının Rəhbəri, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyini ziyarət edib.
Azərbaycan xalqının qəhrəman oğlu Rahib Məmmədovun qardaşı - Muzeyin rəhbəri Sahib Məmmədov qonağa muzeydə qorunub saxlanılan eksponatlar, Gürcüstandan göndərilmiş teleqramlar və kitablar, eləcə də Rahib bəyin həyat və qəhrəmanlıq yolunu əks etdirən tarixi materiallar haqqında ətraflı məlumat verib.
Söhbət zamanı Rahib Məmmədovun adını daşıyan məktəbin fəaliyyəti, qəhrəmanın əziz xatirəsinin yaşadılması və Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin qorunub saxlanılmasında onun həyat nümunəsinin əhəmiyyəti barədə də söhbət açılıb.
Ziyarət zamanı qəhrəmanın xatirəsinə ehtiram ifadə olunub, onun göstərdiyi şücaətin gələcək nəsillər üçün vətənpərvərlik və insanlıq nümunəsi olduğu vurğulanıb.
Rahib Məmmədovun qəhrəmanlıq salnaməsini yaşadan muzeyə göstərilən diqqət onun əziz xatirəsinin yaşadılması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Şamil Sabiroğlu,
Sahib Məmmədov.
Bakı, 11.10.2026.