Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14 % artacaq.
Bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Azərbaycan-Çexiya Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, hava əlaqəsi iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi baxımından da eyni dərəcədə vacibdir: "Azərbaycan Hava Yolları" QSC hazırda Bakı–Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə uçuşların ümumi sayının 194-ə çatacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə 14 % çoxdur. Bu artım işgüzar səfərləri, turizmi və insanlar arasında daha sıx əlaqələri dəstəkləyir. Biz həmçinin şəhər nəqliyyatı, o cümlədən metro infrastrukturu və sənaye həlləri sahələrində potensial əməkdaşlıq imkanları görürük. Mexanika mühəndisliyi, metal emalı və avadanlıq istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşdirmə səylərinə dəyərli təcrübə qazandıra bilərlər".