• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycan xalqının xilaskar lideri, Ulu Öndər Heydər Əliyev

Cəmiyyət

10-05-2026, 18:55



Azərbaycan tarixinin taleyüklü mərhələlərində xalqın nicatına çevrilən, dövlətçiliyin qorunub saxlanılmasında müstəsna rol oynayan böyük şəxsiyyətlər yetişmişdir. Bu görkəmli dövlət xadimləri sırasında Heydər Əliyev xüsusi yer tutur. Onun adı müasir Azərbaycanın quruculuğu, milli dövlətçilik ideologiyasının formalaşması, siyasi sabitliyin təmin olunması və xalqın gələcəyə inamının bərpası ilə ayrılmaz şəkildə bağlıdır. Heydər Əliyevin fəaliyyəti təkcə müəyyən bir dövrün siyasi hadisələri ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasının əsas sütunlarından biri kimi qiymətləndirilir.
Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti sübut edir ki, güclü lider yalnız dövlət idarə edən şəxs deyil, həm də xalqın ən ağır anlarında onun taleyini öz üzərinə götürən xilaskardır. XX əsrin ikinci yarısından başlayaraq Azərbaycan xalqının milli intibahı, iqtisadi inkişafı, milli özünüdərk prosesinin güclənməsi və müstəqil dövlətçilik ideyasının formalaşması məhz Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur.
1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev qısa müddət ərzində respublikanı keçmiş ittifaqın geridə qalmış bölgələrindən birindən inkişaf edən sənaye və mədəniyyət mərkəzinə çevirməyi bacardı. O dövrdə həyata keçirilən sənayeləşmə siyasəti, kənd təsərrüfatının inkişafı, milli kadr hazırlığı, elm və təhsilə göstərilən diqqət Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını formalaşdırdı. Ulu Öndər uzaqgörənliklə anlayırdı ki, güclü dövlət ilk növbədə savadlı milli kadrlar və milli ruh üzərində qurulmalıdır. Məhz buna görə də minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı.
Lakin Heydər Əliyevin Azərbaycan qarşısındakı ən böyük xidmətlərindən biri ölkənin müstəqilliyinin qorunması və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsidir. 1990-cı illərin əvvəllərində Azərbaycan olduqca ağır və faciəli dövr yaşayırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlar işğal olunur, ölkə daxilində isə siyasi hərc-mərclik, hakimiyyət uğrunda qarşıdurmalar və iqtisadi böhran dərinləşirdi. Xalqın böyük ümidlərlə hakimiyyətə gətirdiyi AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkədə idarəçilik sistemi iflic vəziyyətinə düşmüşdü. Dövlət institutları zəifləmiş, orduda xaos yaranmış, iqtisadiyyat tənəzzülə uğramışdı. Hakimiyyət təcrübəsizliyi və daxili çəkişmələr Azərbaycanı faktiki olaraq uçuruma aparırdı.
Həmin dövrdə Azərbaycanın dövlət kimi mövcudluğu belə ciddi təhlükə altına düşmüşdü. Ayrı-ayrı bölgələrdə separatçılıq meylləri güclənir, vətəndaş müharibəsi təhlükəsi genişlənirdi. Ölkə beynəlxalq aləmdə etibarsız və zəif dövlət təsiri bağışlayırdı. Belə mürəkkəb və taleyüklü bir zamanda xalq öz xilaskarına üz tutdu. Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyi məhv olmaqdan xilas etdi.
Məhz Ulu Öndərin qətiyyəti və siyasi müdrikliyi nəticəsində ölkədə sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət idarəçiliyi gücləndirildi və milli həmrəylik təmin edildi. Heydər Əliyev çox qısa müddətdə sübut etdi ki, güclü dövlət yalnız peşəkar idarəçilik, milli birlik və uzaqgörən siyasət əsasında qurula bilər. Onun rəhbərliyi ilə qəbul edilən mühüm qərarlar Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. Bu müqavilə nəticəsində Azərbaycan beynəlxalq enerji xəritəsində strateji mövqe qazandı, ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu və iqtisadi dirçəliş başladı. Ulu Öndərin neft strategiyası Azərbaycanın gələcək siyasi və iqtisadi müstəqilliyini təmin edən ən mühüm amillərdən biri oldu.
Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli ideologiyanın müəllifi idi. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası milli birlik və dövlətçilik fəlsəfəsinin əsasını təşkil etdi. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, Azərbaycan dövlətinin ən böyük dayağı xalqın birliyi və milli-mənəvi dəyərləridir. Bu ideologiya bu gün də Azərbaycan dövlətinin əsas sütunlarından biri olaraq qalır.
Bu siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunu müasir dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirərək Azərbaycanı regionun ən güclü dövlətinə çevirmişdir. Güclü ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və milli maraqlara əsaslanan prinsipial siyasət məhz Heydər Əliyev siyasi məktəbinin davamıdır.
Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Heydər Əliyev ideyalarının təntənəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Ali Baş Komandan kimi nümayiş etdirdiyi liderlik nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bununla da Ulu Öndərin “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” ideyası reallığa çevrildi.
Bu gün Azərbaycan sabit, güclü və beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətdirsə, bunun əsasında Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməli dayanır. Ulu Öndərin həyat yolu sübut etdi ki, böyük liderlər zamanın fövqündə dayanır və xalqın taleyində əbədi iz buraxırlar. Azərbaycan xalqı Heydər Əliyevi yalnız keçmişin böyük siyasi xadimi kimi deyil, həm də müasir dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daim ehtiramla yad edir.
Heydər Əliyev ideyaları yaşayır, onun qurduğu dövlətçilik məktəbi yaşayır və müstəqil Azərbaycan bu böyük siyasi irs üzərində inamla inkişaf edir. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun Azərbaycan naminə gördüyü misilsiz xidmətlər isə tariximizin ən şərəfli səhifələri kimi gələcək nəsillərə ötürüləcəkdir.

Azər Allahverənov,
Milli Məclisin deputatı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

15-06-2024, 11:45

Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü - ŞƏRH

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Bu gün, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • Bu gün, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Bu gün, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Bu gün, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bu gün, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Bu gün, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Bu gün, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Bu gün, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Bu gün, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Bu gün, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Bu gün, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • Dünən, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Dünən, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Dünən, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Dünən, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Dünən, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • Dünən, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • Dünən, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • Dünən, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • Dünən, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Dünən, 11:11
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • Dünən, 10:44
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:27
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • Dünən, 09:35
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • Dünən, 09:10
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • 14-07-2026, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • 14-07-2026, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
  • 14-07-2026, 17:50
    Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
  • 14-07-2026, 17:23
    Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
  • 14-07-2026, 17:04
    Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə