Azərbaycanın Baş naziri Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru Arnout Damen ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanla "Damen Shipyards Group" arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkədə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.
Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin və tranzit potensialının daha da gücləndirilməsinin gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan ilə "Damen Shipyards Group" arasında gəmiqayırma, müasir dəniz texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev görüşdə iştirak edib.