• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü - ŞƏRH

Gündəm / Siyasət

15-06-2024, 11:45

Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü - ŞƏRH

 
Xalqımızın taleyində əhəmiyyət daşıyan günlər kifayət qədərdir. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Azərbaycan xalqı üçün bu gün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Bu tarixi bizlərə yaşadan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.

Düz 31 il əvvəl Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi. Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilməsi ilə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Bu gün əminliklə deyə bilərik ki, həmin vaxt Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Məhz Heydər Əliyev Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Ulu Öndərin xalq və dövlətçiliyimiz qarşısında olan ən böyük xidməti

Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qarşısında olan ən böyük xidməti bu dahi şəxsiyyətin məhz xilaskarlıq missiyası ilə bağlıdır. Çünki bu missiya yerinə yetirilmədən bu gün nə müstəqil Azərbaycan mövcud olmazdı, nə də hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bu gün Azərbaycan öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixin ən önəmli səhifələrini yazır. Lakin Azərbaycan tarixində təəssüf doğuran, nisbətən az müddət davam etməsinə rəğmən ölkənin inkişafını illərcə geri salan dövrlər də olub. Eynilə ötən əsrin sonlarında yeni bərpa olunmuş müstəqilliyimizin ilk iki ili Azərbaycanın müasir tarixində hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi xatırlanır. Həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdilər.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir.

Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran Ulu Öndər eyni zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu.

İslahatların əsasının qoyulduğu gün

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.

Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Heydər Əliyevin arzusu - bütöv Azərbaycan

Bir mühüm məsələ də ondan ibarətdir ki, artıq dörd ildir ki, Milli Qurtuluş Günü düşmən əsarətindən qurtulan, azad olan torpaqlarda da qeyd olunur. Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib. Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin işğalda saxladığı Azərbaycan torpaqları əsarətdən qurtulub. Düşmən əsarətindən qurtulan Azərbaycan torpaqlarında yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir.

Sonda qeyd edək ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra daha uca zirvələr fəth edəcək, Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Cəmiyyət

15-06-2024, 12:31

15 iyun Qurtuluş Günü

Gündəm / Siyasət

15-06-2024, 06:27

Azərbaycanda Milli Qurtuluş Günüdür

Gündəm / Cəmiyyət

10-05-2024, 22:59

Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müstəqil Azərbaycan

Gündəm / Cəmiyyət

10-05-2024, 16:30

Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət HEYDƏR ƏLIRZA OĞLU ƏLIYEV

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 12:47
    Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
  • Bu gün, 12:18
    İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
  • Bu gün, 11:40
    İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
  • Bu gün, 10:43
    Qaradağda yük maşını aşıb
  • Dünən, 20:38
    Eşqin Abbasov – Qəhrəmanlıqla Ucalan Bir Ömür
  • Dünən, 17:00
    Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb
  • Dünən, 15:30
    Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq - PROQNOZ
  • Dünən, 15:00
    Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
  • Dünən, 14:30
    İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 50-ni keçib
  • Dünən, 14:00
    Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib
  • Dünən, 13:00
    Yaponiyanın cənubunda zəlzələdən sonra on minlərlə təsərrüfat susuz qalıb
  • Dünən, 12:30
    İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
  • Dünən, 12:00
    İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb
  • Dünən, 11:00
    Qerrini məğlub edən Maxaçev UFC çempionu titulunu qoruyub
  • Dünən, 10:30
    İspaniya qırıcısı Rumıniyada pilotsuz uçuş aparatını vurub
  • Dünən, 10:07
    Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək
  • 15-08-2026, 19:00
    NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
  • 15-08-2026, 18:30
    İran və Tacikistan enerji sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq
  • 15-08-2026, 18:00
    Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
  • 15-08-2026, 17:30
    Rusiyada azərbaycanlı vəkilin oğlu saxlanılıb
  • 15-08-2026, 17:00
    Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib
  • 15-08-2026, 16:51
    Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA
  • 15-08-2026, 16:18
    Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 15-08-2026, 15:31
    Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib
  • 15-08-2026, 14:31
    Bardənin üç kəndində qaz olmayacaq
  • 15-08-2026, 13:12
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 12:26
    Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
  • 15-08-2026, 11:42
    ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir
  • 15-08-2026, 10:57
    Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
  • 15-08-2026, 10:07
    Azərbaycan nefti 2 %-ə yaxın ucuzlaşıb
  • 15-08-2026, 09:37
    Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR
  • 15-08-2026, 09:09
    Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək
  • 14-08-2026, 19:00
    Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
  • 14-08-2026, 18:31
    Məhərrəmlik başa çatdı - Toylar başladı
  • 14-08-2026, 17:47
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə