Bakı Metropolitenində ilk dəfə gediş haqqının bank kartları ilə təmassız ödənilməsi sistemi test rejimində istifadəyə verilib.
Metropolitendən bildirilib ki, hazırda layihə pilot versiyada “TələbəPlus” kartları ilə həyata keçirilir və ilk gündə 21 min uğurlu keçid qeydə alınıb.
Açıqlamada bir sıra xəbərdarlıqlar da edilib:
- Balansı olmayan kartlardan istifadə edildikdə kart bloklana bilər, keçiddən əvvəl balansınızı yoxlayın.
- Sınaq mərhələsində texniki problem yaranarsa, digər ödəniş üsullarından (məsələn, "BakıKart" ) istifadə tövsiyə olunur.
- Sual və rəylərinizi info@metro.gov.az ünvanına və ya Bakı Metropoliteninin sosial media hesablarına yaza bilərsiniz.