• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var

Cəmiyyət

4-04-2025, 15:07


Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Avropanın aparıcı ölkələri ilə qurulan münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan Almaniya Federativ Respublikası üçün də cəlbedici ölkədir. Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman ailələri Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. Dövlət başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var: “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”.Bildirilib ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi olan bərpaolunan enerji sahəsində Azərbaycanın da çox böyük proqramı, planları var. Azərbaycan xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmağı nəzərdə tutub və bu enerjinin bir hissəsi Avropaya ixrac ediləcəkdir.Mətbuata bəyanatında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir”. “Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”.
O, qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var. Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”.
Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.
Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə toxunan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer həmçinin bildirib ki, Almaniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, Azərbaycan mühüm ticarət yollarının kəsişdiyi bir haba çevrilib: “Berlin nəqliyyat sahəsində əməkdaşlığın inkişafının tərəfdarıdır. Azərbaycan Mərkəzi Asiya, Uzaq Şərq və Çinlə nəqliyyat əlaqələrimizin inkişafında mühüm rol oynaya bilər. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün vacib layihədir”.
Frank-Valter Ştaynmayer, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik regionun iqtisadi inkişafına daha böyük təkan verəcək.
Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.
Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Cəmil Mütəllimov – Masallı rayon Güllütəpə kəndi

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

23-04-2025, 16:52

İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var

Gündəm / Cəmiyyət

4-04-2025, 13:47

Azərbaycan və Rusiya XİN başçıları arasında məktub mübadiləsi olub

Gündəm / Cəmiyyət

7-12-2024, 15:50

Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırıq - Gürcü deputat

Gündəm / Siyasət

26-04-2024, 16:54

Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH

Gündəm / Cəmiyyət

4-04-2024, 10:36

Rusiya səfirliyi: Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:44
    Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
  • Bu gün, 17:48
    Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib
  • Bu gün, 16:58
    Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH
  • Bu gün, 14:40
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • Bu gün, 14:11
    Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
  • Bu gün, 13:11
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
  • Bu gün, 12:32
    Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
  • Bu gün, 12:09
    Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • Bu gün, 11:32
    İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
  • Bu gün, 10:38
    "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
  • Bu gün, 10:04
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
  • Bu gün, 09:39
    Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • Dünən, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Dünən, 17:24
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • Dünən, 15:29
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • Dünən, 14:56
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • Dünən, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
  • Dünən, 14:00
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Dünən, 13:17
    Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:53
    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
  • Dünən, 11:58
    Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
  • Dünən, 11:33
    Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
  • Dünən, 10:18
    İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
  • Dünən, 10:00
    "Axios": Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif edib
  • Dünən, 09:30
    Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
  • Dünən, 09:00
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
  • 20-07-2026, 17:20
    Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
  • 20-07-2026, 12:42
    Sabah 39 dərəcə isti olacaq
  • 20-07-2026, 11:06
    Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
  • 20-07-2026, 10:31
    Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb
  • 20-07-2026, 09:39
    Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
  • 20-07-2026, 09:07
    Tramp: İranın hələ də raket və dron ehtiyatı var
  • 19-07-2026, 16:00
    İAET ABŞ-nin "Darkhovin" AES-ə hücumunu pisləyib
  • 19-07-2026, 15:30
    2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
  • 19-07-2026, 15:00
    Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə