• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL

Siyasət / İdman

8-10-2024, 15:58

Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi –


Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura həftəsonu keçirilən oyunlarla yekun vuruldu. Bununla həm də 4 dövrədən ibarət çempionatda I dövrə arxada qaldı və komandalar məcburi istirahətə yollandılar. Səbəb yığmaların UEFA Millətlər Liqasında keçirəcəkləri oyunlardır. Azərbaycan millisi də qarşıdakı günlərdə iki görüşə çıxacaq.

Daha konkret desək, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv oktyabrın 11-də Tallində Estoniyanın qonağı olacaq, 14-də isə Bakıda Slovakiya ilə münasibətləri aydınlaşdıracaq.

Portuqaliyalı mütəxəssis tərəfindən dəvət edilən futbolçuların bir qismi millinin düşərgəsinə fərqli əhval-ruhiyyədə qoşulublar ki, bu da onların komandalarının Azərbaycan Premyer Liqasında çıxışı ilə bağlıdır. Hətta bir oyunu ehtiyatda olan, 8 matçdan sonra 21 xalla zirvədə qərarlaşan “Qarabağ”ın futbolçularının belə əhval-ruhiyyəsi tam qaydasında deyil. Təbii ki, səbəb ölkə çempionatı yox, Ağdam təmsilçisinin UEFA Avropa Liqasının Liqa mərhələsinə uğursuz start verməsidir. Londondakı ilk oyunda “Tottenhem”ə 0:3 hesablı məğlubiyyətdən sonra Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda gözlənilmədən “Malmö”yə (İsveç) uduzaraq azarkeşlərini xəyal qırıqlığına uğratdı. Bununla da qələbəsiz oyunlar seriyası dördə çatdı. "Qarabağ" daha öncə Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna da hər iki görüşdə yenilmişdi - 0:3, 0:2. Daxili çempionatda isə işlər yolunda gedir, komanda həmişəki kimi dominantlıq edir.

Premyer Liqanın digər iddialı iki komandası – “Zirə” və “Sabah”ın durumu isə tam qaydasında deyil. Azərbaycanı cari avrokubok mövsümündə təmsil edən kollektivlər hərəyə 15 xalla turnir cədvəlində uyğun olaraq 4-5-ci pillələrdə yer alıblar. Bu komandaları lider “Qarabağ”dan artıq 6 xal ayırması çox mətləblərdən xəbər verir. Paytaxt təmsilçiləri hələ ki, sabit çıxış qrafiki yaxalaya bilməyiblər. Fasilədən sonra necə olacağını isə zaman göstərəcək.

“Sumqayıt” da təəccübləndirənlərdəndir. Yayda Konfrans Liqasında mübarizəni erkən dayandıran “gənclik şəhəri” təmsilçisinin çempionatda durumu ürəkaçan deyil. Samir Abasovun komandası 9 oyundan sonra 7 xalla 8-ci pillədən “boylanır”. Mövsümün startı ərəfəsində büdcəsində nəzərəçarpan dərəcədə azalma baş verən “Səbail”in də hesabında 7 xal var. Amma Şahin Diniyevin rəhbərlik etdiyi komanda fasiləyə 7-ci yerdə yollanıb.

Altıncı pillədə cari mövsümün debütantı “Şamaxı” qərarlaşıb ki, bunu da xoş sürpriz saymaq lazımdır. Baş məşqçi Ayxan Abbasov tərəfindən, demək olar ki, yenidən formalaşdırılan bölgə təmsilçisi keçirdiyi 8 oyunda 12 xal toplayıb.

Ötən mövsümün yekunlarına əsasən avrokuboklardan kənarda qalan, Azərbaycan futbolunu yaxşı tanıyan, “Qəbələ” ilə uğurlara imza atan Roman Qriqorçuku yay fasiləsində “sükan araxasına” gətirən “Neftçi” I dövrədə qətiyyən özünə bənzəmədi. Flaqman arxada qalan 9 oyunda qələbə qazana bilmədi. Hesabında 5 heç-heçə, 4 məğlubiyyət olan komandanın top fərqi də bərbaddır – 6-15. Sözsüz, paytaxt təmsilçisi I dövrənin pis mənada ən çox təəccübləndirən komandasıdır! “Neftçi”nin Tovuz şəhər stadionunda keçirilən son oyunda aşkar autsayder “Kəpəz”ə uduzmasının, ümumiyyətlə, məntiqli izahı yoxdur. Qələbəyə həsrət qalan, maddi durumu çox zəif olan, ev oyunlarını məcburiyyətdən Tovuzda keçirən, əvvəlki 8 matçda cəmi 2 qol vuran Gəncə təmsilçisinin 4:3 hesablı qələbəsi aydın səmada şimşək effekti verdi. Məhz bu qarşılaşmadan sonra Roman Qriqorçukun istefası gündəmə gəldi və klub rəhbərliyi dünən bu məsələ ilə bağlı gözlənilən qərarı verdi. Beləliklə, iyunun 26-da baş məşqçi postuna təyin olunan ukraynalı mütəxəssisin "Neftçi" karyerası oktyabrın 7-də rəsmən başa çatdı...

“Turan Tovuz”la “Araz-Naxçıvan”ın I dövrədən sonra uyğun olaraq 2-3-cü pillələrdə yer alacağını cari mövsümün startı ərəfəsində kimsə desəydi, onu daş-qalaq edərdilər. Amma reallıq budur ki, bu komandalar hazırda lider “Qarabağ”ın ən yaxın izləyiciləridir. Ağdam təmsilçisinin yeganə məğlubiyyətinin altında məhz “Turan Tovuz”un imzası var. Mövsümə tanınmış mütəxəssis Kurban Berdıyevin rəhbərliyi altında başlayan Tovuz təmsilçisi 18 xala malikdir. Komanda keçirdiyi 9 oyunda cəmi 1 dəfə məğlub olub. “Araz-Naxçıvan” da Elmar Baxşıyevin rəhbərliyi altında yüksələn qrafik cızır. Söhbət təkcə 8 oyunda qazanılan 17 xaldan getmir. Müvəqqəti olaraq Bakıya sığınan bölgə təmsilçisi sabit çıxışla azarkeşlərini sevindirir.

Əlbəttə, bütün bunlar bir dövrəyə, 8-9 oyuna əsasən gəlinən qənaətdir. Azərbaycan Premyer Liqası isə 2025-ci il mayın sonuna qədər davam edəcək uzun marafondur. Yəni milli fasilədən sonraya təsadüf edəcək II dövrədə belə çox şey dəyişə bilər. Elə yanvarda açılacaq qış “transfer pəncərəsi” də dəngələrin dəyişməsinə səbəb ola bilər. Bu üzdən çempionatın finiş xəttinə çatmasını gözləmək daha doğru olar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / İdman

2-10-2024, 17:39

Santuş millinin heyətini nə vaxt açıqlayacaq?

Gündəm / İdman

8-09-2024, 11:00

Yığmamız Millətlər Liqasında növbəti oyununu keçirəcək

Gündəm / İdman

17-08-2024, 09:35

Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək

Gündəm / İdman

25-05-2024, 09:24

Azərbaycan Premyer Liqasında sonuncu tur vacib oyunlarla başlayır

Gündəm / İdman

6-05-2024, 09:12

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 10:55
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Bu gün, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Bu gün, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 00:36
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 16:30
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 15:55
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:15
    "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından
  • Dünən, 15:13
    44GUNSAVASH.az Saytının Kollektivi Adından
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 14:43
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:27
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:44
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:11
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 11:38
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 10:33
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:31
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • 6-11-2026, 17:54
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • 6-11-2026, 17:26
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • 6-11-2026, 16:55
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • 6-11-2026, 16:40
    Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
  • 6-11-2026, 16:20
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • 6-11-2026, 15:49
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • 6-11-2026, 15:14
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • 6-11-2026, 14:42
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • 6-11-2026, 14:27
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • 6-11-2026, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • 6-11-2026, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • 6-11-2026, 12:08
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • 6-11-2026, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • 6-11-2026, 11:06
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə