Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 14 min 506 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bu müşahidəçilərdən 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı isə 99 nəfərdir.