• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Paşinyanı NECƏ XİLAS ETMƏLİ?.. - Qərbin ilginc planı...

Siyasət

3-08-2024, 18:02


ABŞ-nin son dövrlər Ermənistana “xüsusi qayğı” ilə yanaşması İrəvanda hökumət tərəfdarları tərəfindən guya iki ölkə arasında strateji əlaqələrin inkişafı kimi dəyərləndirilir. Reallıqda isə heç kimə sirr deyil ki, Vaşinqton erməni dövlətindən Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün plasdarm kimi istifadə edir. Ermənistana edilən yardımlar və bu günlərdə reallaşdırılan birgə hərbi təlimlər də bu məqsədə xidmət edir.

Ermənistanın siyasi rəhbərliyi amerikalı hərbçilərlə birlikdə keçirilən “Eagle partner-2024” təlimlərini hərbi sahədə analoqu olmayan uğur kimi xalqa sırımağa çalışır. İrəvanın bəzi təbliğatçıları nə qədər gülünc olsa da iddia edirlər ki, bu təlimlər Ermənistan ordusunu gücləndirəcək və bu, guya Azərbaycanı cilovlayacaq.

Qeyd edək ki, sözügedən təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının hərbçiləri və Kanzas milli qvardiyası cəlb edilib. Təlimlərlə bağlı ilk xəbərlərdən sonra Qərbin təbliğat maşınları işə salınıb. İddia edilir ki, təlimlər ağır vəziyyətdə olan erməni ordusunu dirçəltmək, ordunu Azərbaycanın istənilən hücumuna qarşı hazırlamaq məqsədi daşıyır. Amma diqqətlə izlədikdə görünür ki, təlimlərdə erməni ordusunun bölmələrinə dəyənək və qalxanla şərti düşməni sıxışdırmaq öyrədilir. Təlimlərin odlu silahdan istifadə edilən hissələri isə daha çox antiterror əməliyyatları təəssüratı yaradır. Bu da medalyonun başqa üzünün olduğunu üzə çıxarır.

Dəyənək və qalxanlı təlim müxalifətə qarşı yönəlib

Məntiqlə yanaşsaq, Ermənistan ordusunun dəyənək və qalxanla döyüşməsi mümkünsüzdür. Çünki cəbhə xəttində adətən dəyənək və qalxan lazım olmur. Belə çıxır ki, təlimlər daha çox Paşinyanın erməni xalqının narazılığını yatırmasına yönəlib. Məqsədlərdən biri də ordu qüvvələrini kütləvi aksiyaların yatırılmasına hazırlamaqdır. Bu məntiqlə yanaşsaq, təlimlərdə niyə dəyənək və qalxanlardan istifadə edildiyi aydınlaşır. Diqqətlə izlədikdə də görürük ki, Qərb əslində Paşinyana əsas təhlükənin daxildən gəldiyini anlayır. Təsadüfi deyil ki, son illər ərzində Qərb institutları tərəfindən Ermənistanda daxili təhlükəsizlik üçün yarım milyard dollara yaxın vəsait xərclənib.

QHT-lərə və mediaya inanılmaz maddi dəstək

Avropa İttifaqı da hər il Ermənistana bu məqsədlərlə qrant şəklində 65 milyon avro ayırır. Müharibədən sonra ayrılan bu tipli vəsaitlərin həcmi 250 milyon avrodan çoxdur. Ermənistanın anti-Rusiya siyasətini davam etdirəcəyi təqdirdə əlavə olaraq daha 275 milyon dollar ayrılacağına da söz verilib. ABŞ tərəfindən vətəndaş cəmiyyətinin, medianın maliyyələşdirilməsinə təkcə bu il 30 milyon dollar xərclənib. Ümumilikdə, Aİ və ABŞ birlikdə müharibədən sonra Ermənistanda vətəndaş cəmiyyətinin yaradılması, saxlanılması, maliyyələşdirilməsi və polisin təlimi üçün 400 milyon dollardan çox vəsait yönəldiblər.

ABŞ və Aİ birlikdə Ermənistanda Polis Patrul Xidmətinin yaradılması üçün də külli miqdarda pul xərcləyiblər və proses hazırda da davam edir. Söhbət ən azı 30 milyon dollardan gedir. ABŞ və Aİ tərəfindən Polis Patrul Xidmətinə maddi-texniki dəstək də verilir. Məsələn, 2023-cü ildə Aİ Polis Patrul Xidmətinə yolsuzluq avtomobilləri də daxil olmaqla 75 “Škoda” avtomobili bağışlayıb. Sözügedən polis bölməsinin yaradılmasında şəxsən Aİ təmsilçisi Daniel İoannisyan iştirak edib.

Sülh Fondunun “tulapayı”

Bu nəhəng vəsaitlərin fonunda bu yaxınlarda Aİ Ermənistana Sülh Fondundan 10 milyon avro ayırmağa qərar verdi. Məqsəd Ermənistana silah və sursat almaqda yardımçı olmaqdır. Fonddan ayrılacaq 10 milyon avro ilə bir batalyon üçün modul tipli səhra düşərgəsi yaradılması nəzərdə tutulur.

Bütün bunları ümumiləşdirsək, əminliklə belə bir qənaətə gəlmək olar ki, hazırda Qərb üçün prioritet Ermənistan cəmiyyətini, mediasını və vətəndaş cəmiyyətini nəzarətdə saxlamaqdır. Bu mümkün olmayanda isə cəmiyyəti təzyiq altında saxlamaq lazım gələcək. Bu işdə isə polis qüvvələri, erməni-amerikan hərbi təlimlərində dəyənək və qalxanlardan istifadə edən hərbçilər yardımçı olacaqlar. Görünür, payız aylarında İrəvanda və regionlarda erməni keşişlə müxalifətin keçirməyi planlaşdırdığı etiraz aksiyaları Qərbi ciddi narahat edir.

"Kaspi" qəzeti

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

25-07-2024, 17:33

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək

Gündəm / Cəmiyyət

25-07-2024, 17:27

Azərbaycan MN xəbərdarlıq etdi

Gündəm / Siyasət

23-07-2024, 12:52

Aİ-nin Ermənistana ayırdığı milyonlar - sülhə qarşı atılan addım - ŞƏRH

Dünya

15-07-2024, 17:36

Ermənistanda ABŞ ilə birgə təlimlər başladı

Gündəm / Dünya

21-04-2024, 16:30

Litva və Polşa birgə hərbi təlimlərə BAŞLADI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 19:25
    Ölmüş İnsanlığın Solmayan Çiçəkləri
  • Bu gün, 19:12
    İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Bu gün, 18:59
    Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
  • Bu gün, 18:22
    İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib
  • Bu gün, 17:23
    Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir
  • Bu gün, 16:36
    Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
  • Bu gün, 16:10
    BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib
  • Bu gün, 14:59
    Müharibə cinayətləri törətmiş şəxsləri azad etmək çağırışları hüquq sisteminə təhdiddir
  • Bu gün, 14:56
    Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB
  • Bu gün, 14:01
    Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 12:30
    Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
  • Bu gün, 11:03
    Lənkəranın 2 kəndində qaz olmayacaq
  • Bu gün, 09:28
    Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
  • Bu gün, 08:48
    Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
  • Bu gün, 08:02
    Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
  • Dünən, 17:30
    İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir
  • Dünən, 17:00
    Mirtağı Əsədov: Naxçıvana səfərimiz və konfranslar milli-mənəvi birliyimizi gücləndirir Din
  • Dünən, 16:30
    "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
  • Dünən, 16:00
    Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır
  • Dünən, 15:30
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
  • Dünən, 15:00
    Türkiyə və Gürcüstanın din xadimləri Naxçıvanda səfərdədir
  • Dünən, 14:30
    Bakıda şimal-qərb küləyi güclənib, bir sıra rayonlara yağış yağıb
  • Dünən, 14:00
    Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq
  • Dünən, 13:30
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib
  • Dünən, 13:00
    Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
  • Dünən, 12:30
    Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
  • Dünən, 12:00
    Keniyada yağışın yaratdığı fəlakət - 10 nəfər öldü
  • Dünən, 11:00
    “Bu, İsrail üçün tələyə çevrilib”
  • Dünən, 10:30
    Arıqlamaq üçün ən effektiv məşqlər - Açıqlandı
  • Dünən, 10:00
    Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
  • 2-05-2026, 18:00
    İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var
  • 2-05-2026, 17:30
    Sahil Babayev Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək
  • 2-05-2026, 17:00
    ATU-ya yeni prorektor təyin edildi
  • 2-05-2026, 16:11
    Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 2-05-2026, 15:14
    Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə