• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu

Gündəm / Cəmiyyət

8-04-2025, 11:39

Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu

Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyanın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Ümummilli lider Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə demişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyalarda isə 1925-ci il martın 14-də və 1978-ci ilin aprelin 21-də qəbul edilib.

Ötən 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Azərbaycan Konstitusiyasına bir sıra əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Konstitusiyaya edilən bu əlavə və dəyişikliklər nəticəsində əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi, “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu, 2023-cü ilin sentyabrında isə lokal antiterror tədbirləri zamanı ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğalçılardan azad edilməsi ilə həmin ərazilərdə yenidənqurma, bərpa işlərinə start verilib və quruculuq işləri bu gün də sürətlə davam etdirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal və yaxından iştirakı ilə işğaldan azad edilmiş şəhər və rayonlarımızda zəruri infrastrukturun yaradılması üzrə misli görünməmiş çoxşaxəli işlər həyata keçirilir ki, bu layihələr suveren dövlət anlayışının real təcəssümü olub.


Nigar Bağırova
Bakı şəhəri, Xəzər rayon qeydiyyat şöbəsinin rəisi

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-12-2024, 13:32

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

Cəmiyyət

1-08-2024, 09:37

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Cəmiyyət

18-06-2024, 10:53

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Cəmiyyət

15-06-2024, 12:31

15 iyun Qurtuluş Günü

Gündəm / Siyasət

15-06-2024, 06:27

Azərbaycanda Milli Qurtuluş Günüdür

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:33
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • Dünən, 17:56
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • Dünən, 17:11
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • Dünən, 16:39
    Qazini cərəyan vurub öldürdü - Foto
  • Dünən, 16:11
    Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb
  • Dünən, 15:47
    Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib
  • Dünən, 15:21
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Dünən, 15:09
    Türk dünyası QHT-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Dünən, 13:11
    Sabah 39 dərəcə isti olacaq
  • Dünən, 12:23
    Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
  • Dünən, 11:42
    ONDAN NÜMUNƏ GÖTÜRÜN
  • Dünən, 11:39
    Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
  • Dünən, 11:31
    Azərbaycan Dilinin Tarixi Zəfəri
  • Dünən, 11:10
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Dünən, 10:32
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb
  • Dünən, 10:09
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Dünən, 09:47
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Dünən, 09:09
    Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
  • 30-07-2026, 18:04
    Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
  • 30-07-2026, 17:23
    Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq
  • 30-07-2026, 17:03
    "Layihə çərçivəsində növbəti televiziya verilişi uğurla çəkilib" - Əkrəm Bəydəmirli
  • 30-07-2026, 15:35
    FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı
  • 30-07-2026, 14:54
    UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib
  • 30-07-2026, 14:13
    SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir
  • 30-07-2026, 11:44
    Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
  • 30-07-2026, 11:16
    Prezident Mərakeş Kralını təbrik etdi
  • 30-07-2026, 10:46
    Əhməd Davudoğlu siyasətdən getdi
  • 30-07-2026, 09:59
    Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
  • 30-07-2026, 09:31
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • 30-07-2026, 09:05
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • 30-07-2026, 08:44
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 29-07-2026, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə