• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

ONDAN NÜMUNƏ GÖTÜRÜN

Cəmiyyət

Bu gün, 11:42


Bu sözləri onun haqqında çoxları söyləyib. Komandirləri, yüksək rütbəli zabitlər, generallar, müdafiə naziri... Bir dəfə mən şahidi oldum. 1990-cı illərin əvvəlində. Kəlbəcərə növbəti səfərim idi. Rayonun komendantı, polkovnik (daha sonra general) Zaur Rzayevin və onun başçılığı altında döyüşən ordunun sayəsində Kəlbəcər düşmənin hücumlarına layiqli cavab verir, mərd-mərdanə dayanırdı. Universitetdə hərbi hazırlıq müəllimim olmuş Zaur Rzayevlə Kəlbəcərin Qılıclı kəndindəki qərargahda artıq müəllim tələbə kimi deyil, yüksək çinli zabit və jurnalist kimi görüşürdük. Qürur hissi də yaşayırdım. Həmin o 1991-ci ilin yayında yazımın qəhrəmanı Bəhram Ağakişiyevi yaxından tanımaq fürsəti yaranmışdı. Briqada komandiri Zaur Rzayevin ilk kəlməsi bu oldu: "Məndən yazmaq lazım deyil, baxın, bu oğlandan və onun dəstəsindəki igidlərdən yazın". Qeyri-ixtiyari polkovnikin barmağını tuşladığı səmtə baxdım. Üst-başı tozun - torpağın içində, əynindəki geyimi cırıq-cırıq olmuş, üz-gözündən günlərin yorğunluğu, yuxusuzluğu sezilən, çox asta addımlarla bizə tərəf yeriyən gənc bir zabit vardı qarşımda. Bu, baş leytenant Bəhram Lətif oğlu Ağakişiyev idi. Onu sorğuladım, sual yağışına tutdum. Valideynlərindən, bacı-qardaşlarından, ailə üzvlərindən tutmuş hərbçi peşəsinə bəslədiyi sonsuz sevgiyədək. Dörd qardaşın üçü hərbçi idi. Bakıya dönən kimi çalışdığım "Azərbaycan" qəzetində Kəlbəcər səfərim və ayrıca Bəhram haqqında geniş yazı dərc etdirdim. Qusarda çıxan "Samur" qəzeti də Bəhramdan yazdığım məqaləni vermişdi. Rayon icra hakimiyyəti rəhbərliyinə onun ailəsinin qarşılaşdığı problemlərin həlli ilə bağlı xahişim oldu. Sağ olsunlar o gündən bəri Bəhramın ailəsini himayəyə götürdülər. Sonra cəbhə yazılarımdan ibarət "Vətən, səndən keçmək olmaz" adlı kitabımda ayrıca Bəhram haqqında böyük bir yazı verdim. Respublikada çıxan bir çox qəzetlər bu yazımı dərc elədi. Bütün bunlardan Bəhram xəbərsiz idi. Düşmənlə üz-üzə, səngərdə öz işinin başındaydı. Amma mən digər qəhrəmanlarım kimi həmişə, hər yerdə Bəhramdan fəxr və qürurla bəhs edirdim. Elə indinin özündə də. Amma məqsədim Bəhramın peşəkar hərbçi kimi savaş meydanında göstərdiyi şücaətləri, igidlikləri, sonsuz Vətən sevgisini, kişi qeyrətini göstərməklə yanaşı onun ədalətli, sədaqətli olduğunu, yüksək insani keyfiyyətlərini, nümunəvi xarakterini açmaqdı. Bir gün sosial şəbəkədə paylaşdığım bir statusa yazılan yorum məni düşündürdü. FB səhifəsi üzərindən aldığım mesajın mətni təxminən belə idi: "Siz 90-cı illərin əvvəllərində Kəlbəcər cəbhəsində məndən müsahibə götürmüsünüz. Həm də mənə kiçik bir Quran bağışladınız. Mən döş cibimdə gəzdirdiyimm həmin Quranla ən ağır döyüş əməliyyatlarından sağ-salamat çıxdım və bu günədək maşınımdadır, məni qada-bəlalardan qoruyur". Bəlkə də həyatımda ən gözləmədiyim, həm də məni heyrətləndirən bir etiraf. İnanın ki, mən ona Quran bağışladığımı unutmuşdum. Kəşfiyyatçıların həyatlarını risk altında qoyaraq komandanlığın tapşırıqlarını yerinə yetirdiklərini bilirdim. Hər an ölümlə üz-üzə gələcəklərindən də xəbərim vardı. Görünür bu Quranı o qorxular altında Bəhrama vermişəm. Halbuki, anam vermişdi bu müqəddəs kitabı mənə, bilirdi tez-tez cəbhəyə getdiyimi. Məni qorusun deyə dualar etmişdi. Mən isə o an Bəhram və onun döyüş yoldaşlarının daha çox təhlükədə olduqlarının fərqindəydim...
Və biz 30 ildən sonra yenidən görüşdük və səngərdə təməli atılan dostluğumuz bu günədək davam etməkdədir. Vətən bizim and yerimiz, aman yerimizdir deyir Bəhram. Vətən biz oğulların çiyinləri üzərində qərar tutur. Bunun üçün də hər birimizin Vətən yolunda qəhrəmanlıq göstərmək borcumuz, şərəf işimizdir. Mən Vətənimin bir parçasıyam, nə qədər möhkəm, sərt olsam Vətənim də o qədər tam və bütöv olacaqdır. Ana Vətən mənim kimi oğulları ilə daha möhtəşəm və vüqarlıdı. Bəhramın Vətənin vəsfinə söylədiyi fikirlər də özü kimi dəyərli və qiymətlidir. Çünki bu sözləri söylədən onun məşəl kimi yanan ürəyidir.
İndi də qəhrəmanımızın tərcümeyi-halından qısa bir tanıtım; Ağakişiyev Bəhram Lətif oğlu 01 avqust 1966 - cı ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Gündüzqala kənd orta məktəbində səkkizillik təhsilini bitirdikdən sonra 1982 - ci ildə Bakı şəhərində Texniki peşə məktəbində oxuyub. 1985-1987 - ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1990-cı ildə Rostov şəhərində Xüsusi təyinatlı komandirlər hazırlayan hərbi məktəbi bitirib. Elə həmin il məzuniyyət götürərək doğma Vətənə gəlib və rus ordusunda xidmət etməkdən imtina edib. 1991- ci ildən müstəqil Azərbaycanın Silahlı Qüvvələrinə könüllü olaraq yazılıb. 1991-1994-cü illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə, Laçın, Kəlbəcər və Ağdam istiqamətlərində vuruşub. 1991-ci ilin noyabr ayından Kəşfiyyat Tağım komandiri, 1993-cü ildə isə 701 saylı hərbi hissənin Kəşfiyyat rəisinin müavini, 1993-cü ildən 1994-cü ilə kimi 800 saylı hərbi hissə komandirinin Şəxsi Heyətlə İş üzrə müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Mərkəzlərinin rəis müavini, 177 saylı hərbi hissə komandirinin Şəxsi Heyətlə İş üzrə müavini vəzifələrində xidmət edib. 1997-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmətini davam etdirib. 1997-1998-ci illərdə Sərhəd Qoşunlarında xidmət rəisi, 1998-2000-ci illərdə Sərhəd Qoşunlarının arxa təminat üzrə rəis müavini, 2000-2005-ci illərdə Lənkəran Sərhəd Dəstəsində rəis müavini vəzifələrində xidmətini şərəflə davam etdirib. Bir sıra ağır döyüşlərin iştirakçısı olub. Bir neçə yaşayış məntəqəsinin, xüsusi ilə də Aydoğan və Hoçaz yüksəkliklərinin düşməndən azad olunmasında xüsusi igidlik və rəşadət göstərib. Məhz buna görə 10 sentyabr1992-ci ildə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına rəsmən təqdim olunub. Ulu Öndər Heydər Əliyev haqqında xoş sözlər söyləyib və onu Milli Qəhrəman adlandırıb. Təəssüflər olsun ki, bu günədək haqq etdiyi Milli Qəhrəman adını ala bilməyib. 2024-cü ilin fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunub. Bundan başqa da bir çox təşkilatlar və birliklər tərəfindən medal, diplom, təşəkkürnamə və digər mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda keçdiyi rəşadətli döyüş yolu haqqında dövlət sifarişi ilə "Cənnət Yolçusu" filmi çəkilib. Ailəlidir. Oğlu Ramil Polis Akademiyasını bitirib, mayor rütbəsində xidmət edir. Qızı Pərvanə dövlət qulluğunda çalışır.
Mən 35 il bundan qabaq ilk dəfə gördüyüm, Kəlbəcərin müdafiəsində qeyrətlə dayanan, igid kəşfiyyatçı, 25 yaşlı gənc bir oğlanı indi 60 yaşı münasibəti ilə təbrik edirəm. Yenə gözlərim önündə orta boylu, qaynar baxışlı, çəlimsiz, qəlbi Vətən sevgisi ilə döyünən o gənc canlanır. Çünki aradan keçən 35 il qəhrəmanımı zərrə qədər olsun dəyişməyib. Həmin hərbçi peşəsinə vurğun, Vətəni üçün dincliyini, istirahətini düşünməyən, ailəsini belə ikinci planda görən, "Biz məğlub olmamışıq, müvəqqəti olaraq torpaqlarımıza nəzarəti itirmişik. Amma torpaqlarımızı geri alacağıq, düşməni diz çökdürəcəyik". Bəhram bütün çıxışlarında bu fikri söyləyib, heç vaxt ruh düşkünlüyü ilə danışmayıb. Vətənin hərb zabiti hər zaman uzaqgörən olmalı, hadisələrə soyuqqanlı baxmağı bacarmalıdır. Polkovnik Bəhram Ağakişiyev də məhz bu cür düşünüb, bu cür hərəkət edib. Komandirlərinin dediyi kimi hər zaman hamıya nümunə olub, örnək göstərilib. Əsl hərbçi zabitəsi, hərbçi duruşu ilə indi də əqidəsinə, amalına sadiqdir.
Ömrünün kamillik çağında 60 illik yubileyi münasibətilə təbrik edərək sağlıqlı və uzun ömür diləyirəm xalqımın qəhrəman oğluna. Fəxrimiz, qürurumuzsunuz cənab polkovnik.

Əntiqə Qonaq, Əməkdar jurnalist









Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 12:23
    Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
  • Bu gün, 11:42
    ONDAN NÜMUNƏ GÖTÜRÜN
  • Bu gün, 11:39
    Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
  • Bu gün, 11:31
    Azərbaycan Dilinin Tarixi Zəfəri
  • Bu gün, 11:10
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Bu gün, 10:32
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb
  • Bu gün, 10:09
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Bu gün, 09:47
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Bu gün, 09:09
    Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
  • Dünən, 18:04
    Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
  • Dünən, 17:23
    Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq
  • Dünən, 17:03
    "Layihə çərçivəsində növbəti televiziya verilişi uğurla çəkilib" - Əkrəm Bəydəmirli
  • Dünən, 15:35
    FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı
  • Dünən, 14:54
    UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib
  • Dünən, 14:13
    SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir
  • Dünən, 11:44
    Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
  • Dünən, 11:16
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dünən, 10:46
    Əhməd Davudoğlu siyasətdən getdi
  • Dünən, 09:59
    Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
  • Dünən, 09:31
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dünən, 09:05
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dünən, 08:44
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 29-07-2026, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:37
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • 29-07-2026, 15:08
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • 29-07-2026, 14:51
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 29-07-2026, 13:05
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:13
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • 29-07-2026, 11:38
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • 29-07-2026, 10:17
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:43
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • 29-07-2026, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə