• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

“Xarici agent qanunu”na paradoksal yanaşma - ABŞ özü bundan imtina edə bilərmi?

Gündəm / Siyasət

2-05-2024, 18:30


Gürcüstanda qarşıdurma pik həddə çatıb. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istəyirlər. Aprelin 15-dən etibarən vüsət alan aksiyalar getdikcə  alovlanır,  cəmiyyəti  qütblərə  bölür, qarşı-qarşıya qoyur. 

2 gün öncə aksiya iştirakçıları parlamenti mühasirəyə almağa cəhd göstərdilər. Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil edərək  hökumət evinin, xarici işlər nazirliyinin yerləşdiyi mərkəzi rayonlarda gündəlik iş rejimini pozdular. Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri prosesə müdaxilə etmək məcburiyyətində qaldı. 

Proseslərin qızışmasının əsas səbəbi qeyd olunan aksiyaların ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsindədir.  Qərb mediası aksiyaya informasiya dəstəyi verir. Onu “demokratların avtokratlar üzərinə yürüşü” kimi təqdim edir. Təsvirləri  belədir ki, Gürcüstanda avtokrat idarəçiliyə meyl edənlər  “xarici agent qanunu”nu dəstəkləyirlər;  demokratiya tərəfdarları isə qanunun qəbuluna etiraz edirlər. 

Etirazçılar Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc alırlar. “Gürcü Arzusu” partiyası  "xarici agentlər" haqqında qanun layihəsini parlamentə təqdim etdiyi ilk gündən-aprelin 3-dən  etibarən ABŞ-dən təpgi görüb. Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatlıq keçiririk”, deyib.  Sonrakı günlərdə də bu dəstək davam edib, aksiyanın güclənməsinə səbəb olub. 

ABŞ-la yanaşı  Avropa İttifaqı da bənzər mövqe sərgiləyib. İttifaq adından yayılmış bəyanatda vurğulanır ki, “xarici agentlər haqqında qanun” qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvülüyü yönündə aparılan danışıqlara zərbə vuracaq. 

Problemin əsl mahiyyəti də bu nöqtədən başlayır. Qərb institutları hadisənin mahiyyətini  kontekstdən çıxarırlar, onu öz maraqları çərçivəsindən şərh edərək ictimai rəyi çaşdırırlar.
Əslində Gürcüstan parlamentində müzakirəyə çıxarılan qanun layihəsinin adı və motivi fərqlidir.    
Onun gerçək adı "Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi”dir. Qərb mediası isə fərqli təqdimat seçib, layihəni beynəlxalq ictimai rəydə qıcıq doğuran 2 fərqli adla tanıdıb. Bəzən “xarici agent qanunu”, bəzən də “Rus qanunu” kimi adlandırıb. 

Məqsədləri bəllidir. Yanlış təqdimatlar verməklə  beynəlxalq ictimai rəyi çaşdırmaq, Gürcüstan hakimiyyətinə qarşı təzyiqləri artırmaq, fakt qarşısında qoyub  layihənin qəbul etdirilməsindən yayındırmaq istəyirlər. Necə ki, bunu keçən ilin mart ayında etmişdilər. Qanun layihəsi 2023-cü ildə ilk dəfə gündəmə gətiriləndə Qərb institutları beynəlxalq kampaniya keçirmiş, hakim partiyaya təzyiq göstərmiş, məsələni gündəmdən çıxarmışdılar. İndi də eynisini edirlər. Elə rəy yaradırlar ki, guya bu qanun qəbul edilərsə, Gürcüstan Rusiyanın təsir dairəsinə düşəcək, Avropaya inteqrasiyadan üz döndərəcək, demokratik inkişaf yolundan yayınacaq. Beləliklə, emosiyaları coşdurur, etiraz aksiyalarını qızışdırırlar.

Hansı ki, qanun layihəsinin müzakirəyə çıxarılmasının fərqli səbəbləri vardır. Dövlət öz funksiyalarına uyğun olaraq, ərazisində şəffaflıq yaratmaq, təhlükəsizlik naminə  xarici təsirləri müəyyənləşdirmək istəyir. Gürcüstanın son illərdə bu mövzuya diqqət ayırmasının ciddi səbəbləri vardır. Bu istək birdən -birə yaranamıyb. Məsələn,  2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti müəyyən edib ki, Tbilisidəki “İbis” otelində dörd gün ərzində qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “hökuməti  devirmək, polisə müqavimət göstərmək” mövzusunda təlimlər keçirilib. CANVAS və “Şərq-Qərb İdarəetmə İnstitutu” vasitəsilə təşkil edilmiş həmin təlimlər USAİD tərəfindən maliyyələşdirilib. Qeyri-adilik ondadır ki, USAID bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirib. Məqsəd hüquq-mühafizə orqanlarının diqqətini yayındırmaq,  gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş  təlimlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına “zorakı etirazlar, nəqliyyatın hərəkətinin pozulması, hökumət binalarının nəzarətə götürülməsi” ilə bağlı dərslər veriblər.

Bu, Gürcüstanda USAİD-in və digər  Qərb donor institutlarının adlarının qarışdığı ilk qalmaqallı hadisə deyil. Qeyd edilən “donor institutların” müdaxiləsi ilə Gürcüstanda siyasi vəziyyət dəfələrlə qarışıb, kataklizmlər yaşanıb. Gürcüstan hökuməti indi  bu problemi birdəfəlik həll etmək istəyir. “Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi” qəbul edilərsə, imkan yaranacaq ki, ölkəyə daxil olan xarici “yardımların” təyinatı müəyyənləşdirilsin. “Humanitar yardımlar” adı altında dövlət çevrilişi üçün təlimlər keçirilməsinin qarşısı alınsın və sair. 

Amma bu, ABŞ və regionda marağı olan digər beynəlxalq güc mərkəzləri üçün əlverişli deyil. Şəffaflaşma  onların Gürcüstandakı qeyri-leqal əlaqələrini kəsir, QHT və KİV-lərdən sui-istifadə hallarının qarşısını alır. Bu baxımdan güclərini ortaya qoyur, qanun layihəsinin qəbul edilməsini əngəlləmək istəyirlər. 

Bu arada qeyd edək ki, ABŞ-nin “xarici agent qanunu”na qarşı çıxması başqa bir paradoksal halı ortaya çıxarır. Məsələ ondadır ki, “Xarici agentlər haqqında qanunun” qlobal ideya  müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Bu qanun  ilk nümunə kimi  1938-ci ildə məhz ABŞ-ın özündə qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı”  (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. Həm də onun əhatə dairəsi indi daha da  genişləndirilib. 

Maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Xarici təsisatlarla maliyyə əlaqəsi olan şəxs və qurumlar ABŞ  Ədliyyə Departamentində qeydiyyatdan keçməli, fəaliyyətlərini  bu əsasda qurmalıdırlar. Nə iş gördükləri, hansı hədəflər uğrunda çalışdıqları bilinməlidir. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi  ABŞ-ın nəzarətində  olmalıdır. Bu çərçivəni aşanlar qeyd edilən qanun əsasında sərt şəkildə cəzalandırılırlar. 

 “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın son dövrlərdə ABŞ-da  həm  tətbiq dairəsi genişlənidirilib, həm də  onun icrasına nəzarət gücləndirilib. Qanundan irəli gələn prinsiplərin qorunması üçün ABŞ Ədliyyə Departamenti,  Milli Təhlükəsizlik Departamenti (NSD), Daxildə Əks-Kəşfiyyat və İxrac Nəzarəti Bölməsi  (CES) tərəfindən paralel nəzarət həyata keçirilir.  

Həmçinin, təsir dairəsi genişləndirilən Qanun indi ictimaiyyətlə əlaqələr, reklam, informasiya fəaliyyəti, fandreyzinq, lobbiçilik və sair kimi ən müxtəlif sahələri,  geniş spektrli fəaliyyətləri əhatə edir. 
Təqdimat formasından asılı olmayaraq, xarici agent qanunu ABŞ-ın xarici və daxili siyasət kursunun qorunmasına xidmət edir. Bu kursdan kənara çıxanlar, müəyyənləşdirilmiş prinsiplərin ziddinə hərəkət edənlər xarici agent qanununun müddəaları üzrə cəzalandırılırlar.  

2022-ci ilin aprel ayında  ABŞ Konqresinin Hüquq Komitəsi “Xarici Agentlərin Qeydiyyatı Aktı” üzrə mövcud olan problemləri müzakirəyə çıxarıb.  Müzakirəyə qatılmış VCT-lər tərəfindən qanun sərt şəkildə tənqid edilib. Məsələn,  Amerika Hüquqşünaslar Assosiasiyası təklif edib ki, heç olmasa qanunda istifadə edilən  terminlər,  ifadələr dəyişdirilsin: “Ən azı “agent” sözü “nümayəndə/təmsilçi” sözü ilə  əvəzlənsin. Çünki “agent” ifadəsi yanlış təəssürat yaradır. Bu ad altında Ədliyyə Departamentində qeydiyyatdan keçənləri ləkələyir, cəmiyyətin gözündən salır”. 

Çıxışçılar  bəhs edilən qanunun KİV və QHT sektoruna, ifadə azadlığına neqativ təsirindən də narazılıq  ediblər: “Bu qanundan siyasi məqsədlər üçün sui-istifadə edilir, tənqidi səslər  susdurulur. KİV-lər məcbur edilirlər ki, bu qanun əsasında qeydiyyata düşmək üçün özlərinin fəaliyyətləri ilə bağlı bütün təfərrüatları,  o cümlədən məlumat mənbələrini açıqlasınlar. Hansı ki, demokratik mühitlərdə KİV-lər məlumat mənbəyini açıqlamağa məcbur edilə bilməzlər. Məlumat mənbəyini açıqlamaq yalnız məhkəmə hökmü ilə istisna hallarda olmalıdır”. 

ABŞ-ın “Xarici Agentlərin Qeydiyyatı Aktı”nda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı xüsusi müddəalar  vardır. Həmçinin, qanunun tətbiq edilməsinə nəzarəti həyata keçirən Ədliyyə Departamentinin bu məsələ üzrə əlavə şərtləri də mövcuddur.  Həmin şərtlərə əsasən, “Amerika siyasətinə təsir etməyə cəhd göstərən dövlətlərin ərazisində təsis edilmiş, ABŞ-da müxbir postu açmaq istəyən KİV qurumları da “xarici agent” kimi qeydiyyatdan keçməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar”.

Məhz bu şərtə uyğun olaraq, Çinin “Sinxua” Xəbər Agentliyi, Çin Mərkəzi Televiziyası, “China Daily” qəzeti ABŞ-da “xarici agent qanunu” çərçivəsində hərəkət edirlər. Eyni prinsip  Rusiyanın RİA Novosti , “Sputnik”,  “Russia Today”, Koreyanın KBS telekanalına və digər bir sıra ölkələrin  KİV-lərinə tətbiq edilib.  2019 -2020-ci illərdə isə  Ədliyyə Departamenti Türkiyə dövlət televiziyasının da xarici agent kimi qeydiyyata alınmasının zəruriliyi barədə rəy verib . Qanuna əsasən, Amerika ictimai rəyinə və siyasətinə təsir etmək məqsədi ilə aparılan bütün fəaliyyətlər bu qanuna tabe olmalıdırlar. 

Paradoks budur ki,  “Xarici agentlər”  haqqında qanun ABŞ-nin özündə mövcud olsa da, buna bənzər qanunlar digər  ölkələrdə- Rusiyada, Macarstanda, Bolqarstanda, Kanadada, Avstraliyada, Ukraynada  qəbul edilərkən və ya qəbul edilməsinə təşəbbüs göstərilərkən, hər dəfə ABŞ tərəfindən etirazla qarşılanır. Yerli  və beynəlxalq səviyyəli kampaniyalar keçirilir. Bənzər qanunu qəbul etmək istəyən dövlətlərə ciddi təzyiq göstərilir və onların öz fikrindən döndərilməsi təmin edilir. Gürcüstanda baş verənlər də bu qəbildəndir. 

Tarixi müqayisə aparsaq görərik ki, ABŞ-də “Xarici agentlər haqqında qanun” 1938-ci ildə, Rusiyada isə 2011-ci ildə qəbul edilib. Yəni,  bu məzmunda qanunun qlobal ideya  müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Amma Qərb institutları Gürcüstan əleyhinə kampaniya apararkən, onu  “Rus qanunu” adlandırırlar. Bu məzmunda qanunun demoratik dəyərləri təhdid etdiyini vurğulayırlar. ABŞ-ın isə nə adını tutan var, nə də onu qınaq hədəfinə çevirən. 

Əgər bu qanun mahiyyəti üzrə azadlıqların ziddinədirsə, ABŞ özü  nümunə göstərərək “xarici agent qanunu”ndan imtina edə bilməzmi?  

Xeyr, etməz. ABŞ üçün sərfəli variant budur ki, onun öz ərzisində belə qanun mövcud olsun, başqalarında isə yox.  Çünki, faktlar sübut edir ki, ABŞ İkinci Dünya müharibəsindən sonra ötən 80 il ərzində dünyanı bu cür  mexanizmlərlə idarə edib, nəticədə “super dövlətə” çevrilib. Hər bir ölkədə yüzlərlə “milli QHT” və “KİV-lər” vardır  ki, onlar öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edirlər. Okeanın o tayından gələn tapşırıqları istisnasız olaraq yerinə yetirirlər. Bu cür peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə gətirmək üçün ABŞ milyonlarla dolar məbləğində vəsait ayırır. Həmin vəsaiti “donor institutlar” və “qrant layihələri” adı altında ayrı-ayrı ölkələrdəki tərəfdaş QHT və KİV-lərə ötürür. Əslində bu cür “qrantların” xərclənməsi ABŞ üçün xüsusi bir ağırlıq yaratmır. Çünki,  bu QHT və KİV-lərə “qarant” adı altında  sərf olunan hər bir sent mahiyyət etibarilə milyonlara dönüb ABŞ-ın özünə qayıdır. Belə ki, ABŞ-ın hər hansı bir ölkədə maraqları təhlükəyə düşəndə, həmin ölkədəki ABŞ yönlü  peyk QHT və KİV-lərin “prinsipiallıq duyğusu” baş qaldırır. Onlar aksiyalar, kampaniyalar təşkil etməklə milli hökumətləri fakt qarşısında qoyur, ABŞ-ın maraqlarına uyğun formada güzəştlərə sövq edirlər. Yəni, aldıqları “qrantlar” qarşılığında  ABŞ-nin maraqlarının təmin edilməsi üçün səfərbər olunurlar. ABŞ həmin ölkələrdəki “marağının” maddi qarşılığı isə milyonlarla deyil, milyardlarla  dollar məbləğində ölçülür. 

Hər hansı bir ölkədə “Xarici agent qanunu” və ya "Xarici təsirin şəffaflığı haqqında qanun” qəbul edilirsə, bu o deməkdir ki, ABŞ həmin ölkədəki qanunsuz qrant dövriyyəsi, siyasi proseslərə qanunsuz müdaxilə alətlərini itirmiş olur. Hansı ki, belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. ABŞ ciddi cəhdlə təkid edir ki, heç bir ölkədə “xarici agentlər haqqında qanun” qəbul edilməsin. Nəticə etibarilə onun qurduğu imperiya dağılmasın.(Qafqazinfo)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

18-04-2024, 11:02

Gürcüstanda "xarici agentlər" qanunu və etirazlar - Proses nə yerdədir?

Gündəm / Dünya

17-04-2024, 19:03

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel

Gündəm / Dünya

17-04-2024, 18:20

Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ

Gündəm / Siyasət

15-04-2024, 10:45

Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb

Gündəm / Dünya

4-04-2024, 18:55

Aİ Gürcüstana xəbərdarlıq etdi

Araşdırma
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Bakıda Formula-2 yarışında sərbəst yürüş başa çatdı
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:44
    ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
  • Dünən, 18:32
    BƏƏ Prezidentinin Azərbaycana səfəri başa çatdı - GÖRÜNTÜLƏR
  • Dünən, 18:22
    Sabah Pirallahı qəsəbəsində qaz kəsiləcək
  • Dünən, 18:08
    Spiker Malayziyada işgüzar səfərdədir
  • Dünən, 17:53
    BƏƏ Prezidenti: Azərbaycanla Ermənistan arasında sülh istiqamətində nailiyyətlərin davamını gözləyirik
  • Dünən, 17:39
    İlham Əliyev həmkarına “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO
  • Dünən, 17:19
    Həqiqəti qəbul edən Ermənistan – xilaskar, yoxsa satqın Paşinyan? - ŞƏRH
  • Dünən, 16:17
    "Qarabağ" UEFA Gənclər Liqasında Portuqaliya klubuna böyük hesabla məğlub olub
  • Dünən, 15:57
    Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
  • Dünən, 15:30
    Cəlilabadda məktəblilər arasında bıçaqlaşma - Ölən var
  • Dünən, 14:52
    Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
  • Dünən, 14:38
    Sorğu: Ukraynalıların 76 %-i ölkələrinin müharibədə qələbə qazana biləcəyinə inanır
  • Dünən, 14:27
    Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • Dünən, 14:11
    Azərbaycan və BƏƏ prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
  • Dünən, 13:55
    Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib
  • Dünən, 12:39
    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 12:32
    Prezident və Birinci xanım xalq artistinin vida mərasiminə əklil göndərdilər
  • Dünən, 12:14
    Rusiyanın Ukraynaya hücumlarında 2 nəfər ölüb, 13 nəfər yaralanıb
  • Dünən, 11:54
    Bakıda vəzifəli şəxslərin həbsi tələb edildi
  • Dünən, 11:42
    Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirilib
  • Dünən, 10:47
    Çempionlar Liqasında əsas mərhələ başlayır - Bu gün 6 oyun var
  • Dünən, 10:29
    Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
  • Dünən, 10:12
    Müəllimlərin maaşına əlavələr edilir - RƏSMİ
  • Dünən, 09:39
    Neftin bu günə olan qiyməti
  • Dünən, 09:26
    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən, 09:13
    Beş ölkə İsrailin “Eurovision”da iştirakına qarşı çıxdı - ADLAR
  • Dünən, 09:05
    "Qarabağ" üçün önəmli gün
  • 15-09-2025, 19:09
    Türkiyə Prezidenti Azərbaycanı təbrik edib
  • 15-09-2025, 18:47
    Sahibə Qafarova: Çindən olan parlamentarilərlə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir
  • 15-09-2025, 18:25
    Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
  • 15-09-2025, 18:02
    Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
  • 15-09-2025, 17:38
    Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
  • 15-09-2025, 17:26
    Bolqarıstan Rusiyaya etiraz edib
  • 15-09-2025, 17:20
    Cənnətdən Baxan Atalar, Məktəbə Gedən Fidanlar
  • 15-09-2025, 17:04
    Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə