• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin

Gündəm / Cəmiyyət

1-05-2024, 09:06

Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin

Qoç - ön planda iş olmalıdır. Xırdalıqlar və detallara diqqətli olun. Xaosu aradan qaldırın, aldığınız məlumat və informasiyanı sistemləşdirin.

Pəhriz, orqanizmi yüngülləşdirmək, yüngül kosmetik prosedurlarda fayda var.
Ailə üzvləriniz və qohumlarınızla münasibətlərdə ciddi mövzu yarana bilər.

Qarşılıqlı anlaşmaya nail olmaq, yaşlılarla cavanların maraqlarını uzlaşdırmaq çətindir. Ailənin yaşlı üzvləri ilə münasibətlərdə həssas və şəfqətli olun.

Ciddi qərarın qəbul edilməsini müvəqqəti olaraq təxirə salın.

Yolda diqqətli olun. Hər şey barədə eyni vaxtda düşünməyin. Təhlükəsizliyə riayət edin, əşyalarınızı kontrolda saxlayın.

Buğa - günün olaylarının zahiri təzahürləri sizi gərginlikdə saxlayacaq. Səhhətinizin qayğısına qalın. Kiçik ağrıların ciddi problemlərə çevrilməsinə rəvac verməyin.

Tənha, təkbaşına çalışmaq üçün əlverişli gündür. Lakin iş çox olarsa, onu başqaları ilə bölüşməyə çalışın. Yerdə qalan işi ciddi şəkildə yerinə yetirərək başa vurun.

Ən zəruri əşyalar və ərzaqdan savayı heç nə almayın. Alış-verişi sabaha saxlayın.
Köməyinizə ehtiyacı olan insan var. Ona yardım etmək sizə xeyir verməyəcək, amma dəstəyinizi əsirgəmiəyin.

Situasiyaların energetikası dəyişir. İstəklərinizi qulaqardına vurmayın.
Ola bilər ki, həyatınızda nəyisə dəyişməyin vaxtı çatıb.

Əkizlər - rutin işlərlə məşğul olun. Hadisələrin həmişəki axarının cari istiqaməti sizdən diqqətli davranmağı tələb edir.

Profilaktiki tədbirlərə ehtiyac var. Münasibətlərdə mühüm an yaranacaq. Maraq fəaliyyətin yeni istiqamətinə meyllənəcək.

Kollektivdə intriqa, paxıllıq, başqasının işinin nəticəsini mənimsəmək cəhdləri olacaq. Əldə etdiyiniz uğur barədə məlumatı və illah da ki, planlarınızı sizinlə müqayisədə o qədər də uğurlu olmayan insanla bölüşməyin.

İşi təfərrüatlı və ciddi şəkildə görərək bitirin.
Axşam saatlarında dincəlin.

Xərçəng - maddi məsələləri ön plana çıxararaq süni məhdudiyyətlərə fikir verməyin. İstək və tələbatınızı təmin edin. Mövcud situasiyanı dəqiq qiymətləndirin, ağır problemləri çözməzdən əvvəl düşünüb-daşının. Həmkarlarla münasibətlərdə gözlənilməz çətinlkilər yarana bilər.

Ağır sonuclu münaqişənin formalaşmaması üçün təmkinli və soyuqqanlı olun.
Çətinliklərdən qorxmayın, çünki onlar yaxın gələcəkdə sizə yaxşı perspektiv vəd edən işə doğru yönləndirmə funksiyasına malikdir.

Günün ikinci yarısında bəzi işləri istədiyiniz istiqamətə yönləndirə bilərsiniz.
Planın reallaşmasında əldə edilən uğurlar isə günün xoş təəssüratlarına səbəb olacaq.

Şir - ehtiyat və resursların, imkan və vəsaitin artırılması üçün əlverişli gündür. Qənaət, xırdalıqların nəzərə alınması daha rahat, əlverişli yaşam arealı hissi yaradacaq. Gördüyünüz işlərdən razı qalmaq üçün aktiv olun, yaxşı işləyin.

Praktik davranın, amma yaradıcı ideyaları da qulaq ardına vurmayın.
Təfərrüatların təkmilləşdirilməsi, işin nəticəsinin daha yaxşı olması üçün səy göstərin.

Uşaqlara diqqət yetirin, onların özlərini əmin hiss etmədikləri, dəstəyə ehtiyac duyduqları anda yardım edin.
Səhhətinizin qeydinə qalın.

Orqanizm üçün faydalı nə isə edin.

Qız - qəfil görüş, münasibətlərdə dönüş anı istisna deyil. Yeni intriqa və qarışıq hisslər yarana bilər. Emosiyaların tarıma çəkilərək işinizə mane olmasına imkan verməyin.

Fərdiyyətçi olun, məqsədlərinizə çatmaq üçün var gücünüzlə çalışın. Bununla belə, yeni situasiyanın yaranmağa başladığı məqamlarda diqqətli olun, baş verənləri müşahidə edin. Nəticə çıxarın, təhlillər aparın. Rutin və cari işlərlə məşğul olmaqda fayda var.

Sistemləşdirməyə ehtiyac duyulan məsələlər var.
Günün ikinci yarısında fəaliyyət tempini aşağı salın.

Tələsməyin, hövsələsizlik etməyin.
Bu gün tələskənlik işlərə yalnız ziyan vura bilər.

Tərəzi - köhnəlmiş əşyalar, hisslər və planlardan qurtulun. Stress və münaqişələrlə üzləşməmək üçün iş yerini qaydaya salın, köhnə və xarab əşyaları atın. Yaşamınızda yeni insan, yeni hiss və yeni plan peyda olacaq.

Şəxsi münasibətlər müstəvisində maraqlarınızla istəklərinizi təmin etmək üçün inadkar olun. Planı reallaşdırmaq üçün bütün vasitələrdən yararlanın.

İrəliləyişə can atsanız, önəmli işlər görə bilərsiniz.

Əqrəb - asılılıq hissindən qurtulmağa tələbat duya bilərsiniz. Maraqları dəyişmək, uğurlar və perspektivləri təhlil etmək üçün əlverişli zamandır.

Yaşam süjetlərindən birinin yeni təfərrüatları ilə tanış olacaqsınız. Seçim edəndə mənfəət və üstünlükləri dəqiq dəyrələndirin. Unutmayın ki, sizinlə yanaşı, yanınızdakı insanların da diqqəti dağınıq ola bilər.

Emosional impulslara aldanmayın. Hadisələr düşündüyünüz məcrada və sürətdə inkişaf etməyə bilər.
Axşam saatlarına heç nə planlaşdırmayın. Yekunları nəzərdən keçirin, istirahət edin.

Oxatan - ipoxondriya, bədbin əhval-ruhiyyə, xroniki ağrıların kəskinləşməsinə yol vermək istəmirsinizsə, düşünülmüş addımlar atın, ətalətə qapılmayın.

Aktiv olun, yaşam tempinizi aşağı salmayın. Xəstə və qocalara yardım edin. Həssas və diqqətli olun, münaqişələri rüşeymdə boğun. Yardımınız olmadan işi çətinləşəcək insanlara dəstək olun.
Günün ikinci yarısında hisslərinizdə və işlərinizdə qayda yaradın.

Məntiqli davransanız, xeyir taparsınız. Əhvalınız heç bir səbəb və motivasiya olmadan dəyişə bilər.

Şərik, dost və ya tanışınızın əməllərində, sözlərində kiçik nöqsan tapan kimi sinirlənməyin, qıcıqlanmayın.

Oğlaq - intuisiyanıza etibar edin. Dəyişikliklər və yeniliklərin nişanələrini anlamağa çalışın. Çalışdığınız insanların məziyyətlərinin bəzilərini anlamaq imkanları yaranır.

Bundan sonra kiminlə əməkdaşlıq edəcəyinizə qərar verin. İnformasiya, faydalı təfərrüatlar, laqeyd qalınması mümkünsüz nüanslar vaxtıdır.

Yaşananlar bundan az sonra baş verəcək hadisələrdən xəbər verir. Baş verənlərin yaratdığı təəssüratlar zəif deyil.
Realist olun, əldə edə bilməyəcəyiniz nəsnəyə görə sinirlənməyin. Qıcıqlanmayın, paxıllıq etməyin.

Məsləhətləşmədə, təcrübə mübadiləsində fayda var.

Dolça - ağır, uzun və yorucu gün olacaq. Bir sıra məsələləri eyni vaxtda diqqətlə saxlamalı, işlə bağlı sualları cavablamalı, sizə ünvanlanmış suallara cavab verməli olacaqsınız.

Yeni iş gərginlik və izafi nevrozluqla müşayiət olunur. Maliyyə maraqlarınıza zərbə dəyməsinə imkan verməyin.

Təmkinli, soyuqqanlı olun, işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin.
Yaxın ətrafınızdakı insanlar sizdən onlara diqqət yetirməyinizi istəmirlərsə, rutin və cari işlərlə məşğul olun. Yaşam arealınızı qaydaya salın.

Günün ikinci yarısında yarımçıq işi başa vurun. Mühüm görüşü təxirə salın.
Axşam saatlarında passiv istirahətlə məşğul olun.

Balıqlar - gün çoxsaylı təmaslar, görüşlər, zənglər vəd edir. Tənha qalmağa çalışmayın gərəkli saydığınız işləri görün, yarımçıq heç nə saxlamayın. Səhhətinizə fikir verin, normal qidalanın. İmkan varsa, təmiz havada gəzişin.

Yaşamın keyfiyyətini düşünün. Planlarınız və məqsədlərinizdə qayda yaradın, hisslərinizi nizamlayın. Yaxın ətrafınızdakı insanlarla təmasların rutinlikdən qurtarılması gələcək işlərə və yaxın perspektivlərə müsbət təsir edə bilər.

Şəxsi münasibətlər müstəvisində etiraflar vaxtıdır. Yaxın ətrafınızadkı insanların dediklərini dinləyin, məsləhəti əsirgəməyin. Onların qayğılarından və problemlərindən hali olun.

Siz də məsləhət alaraq mürəkkəb məsələnin həllini tapa bilərsiniz.

Milli.Az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-04-2024, 08:56

Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz

Gündəm / Cəmiyyət

26-04-2024, 09:02

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Gündəm / Cəmiyyət

16-04-2024, 09:23

Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?

Gündəm / Cəmiyyət

9-04-2024, 10:26

Yol polisi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

Gündəm / Siyasət

4-04-2024, 15:57

Azərbaycan COP29-a çox ciddi hazırlaşır - İlham Əliyev

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 17:54
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:26
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 16:55
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:40
    Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
  • Dünən, 16:20
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:49
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:14
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 14:42
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:27
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:08
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:06
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:46
    Masallıda Zəfər coşğusu: “Qalib xalqın qürur günü”
  • Dünən, 10:37
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 09:53
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
  • Dünən, 09:02
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 5-11-2026, 21:28
    Ümrədə yazılan şeir...
  • 5-11-2026, 20:43
    Saatlıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi və mükafatlandırma mərasimi keçirilib
  • 5-11-2026, 18:14
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • 5-11-2026, 17:45
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • 5-11-2026, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • 5-11-2026, 16:54
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • 5-11-2026, 16:24
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • 5-11-2026, 16:03
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • 5-11-2026, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • 5-11-2026, 14:53
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • 5-11-2026, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • 5-11-2026, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • 5-11-2026, 12:25
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • 5-11-2026, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • 5-11-2026, 11:13
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə