Gürcüstanın sabiq dövlət başçısı Salome Zurabişvili “prezident funksiyalarını” icra etməyə davam edəcəyini açıqlayıb.
Zurabişvili bu barədə Tbilisidə brifinqdə danışıb.
O, həmçinin işləyəcəyi ofisi təqdim edib: “Bu gün sizi Orbeliani sarayının (prezident iqamətgahı - red.) davamı olan yeni ofisdə qəbul etmək istəyirəm. Bu məkan Orbeliani sarayına bənzəməyə bilər, lakin burada prezidentin funksiyaları davam edəcək”.
Xatırladaq ki, ötən ilin dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib.