• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar dəyişdi

Gündəm / Cəmiyyət

8-01-2025, 18:00

Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar dəyişdi


Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib.

Sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.

Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

“Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq.

Bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

Əvvəlki təcrübədən fərqli olaraq, icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək”.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq:

“Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.

Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-11-2024, 10:43

Alimenti təkcə ata ödəməli deyil - Məbləğ necə hesablanır?

Gündəm / Cəmiyyət

7-11-2024, 13:00

Məhkəmə-Hüquq Şurasına bu səlahiyyətlər verildi

Gündəm / Siyasət

7-08-2024, 13:54

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

Gündəm / Cəmiyyət

23-05-2024, 12:12

TDT-nin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək

Gündəm / Cəmiyyət

5-04-2024, 11:08

İş yeri və gəliri olmayan valideyndən aliment tutulmalıdır?

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:35
    Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb
  • Bu gün, 15:00
    Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub
  • Bu gün, 14:01
    Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
  • Bu gün, 13:27
    Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
  • Bu gün, 13:14
    Tovuz döyüşlərinin qəhrəmanlarına həsr edilən tədbir keçirilib
  • Bu gün, 12:59
    Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
  • Bu gün, 12:38
    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:52
    İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:32
    Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir
  • Bu gün, 09:25
    DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
  • Bu gün, 09:11
    Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
  • Bu gün, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Dünən, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • Dünən, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Dünən, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Dünən, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dünən, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Dünən, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Dünən, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Dünən, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Dünən, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Dünən, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Dünən, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • 15-07-2026, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • 15-07-2026, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • 15-07-2026, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • 15-07-2026, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • 15-07-2026, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • 15-07-2026, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • 15-07-2026, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15-07-2026, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • 15-07-2026, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • 15-07-2026, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • 15-07-2026, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə