• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

24-04-2024, 13:59



Bakı şəhərinin Nizami rayonu, M.Şərifli 84B ünvanında yerləşən yaşayış binasının alt qatında fəaliyyət göstərən ictimai iaşə obyektində (pub) günün müxtəlif saatlarında başlayan və gecə saatlarına qədər davam edən yüksək səsli musiqi həmin ünvanda yaşayan sakinləri ciddi şəkildə narahat edir.

Bu barədə “Report”a sözügedən bina sakinlərindən müraciət daxil olub.

Şikayət məktubunda qeyd edilir ki, obyektdən gələn musiqi səsi binada yerləşən mənzillərin içərisində aydın eşidilir.

"Bu da bina sakinlərinin narazılığına səbəb olur. Qeyd olunan məsələ ilə əlaqədar obyektdə fəaliyyət göstərən sahibkara müraciət edilsə də, problem öz həllini tapmayıb", - müraciətdə vurğulanıb

Ümumiyyətlə, paytaxt Bakıda çoxmərtəbəli binaların zirzəmilərində, 1-ci və 2-ci mərtəbələrində səs-küy yaradan ictimai iaşə obyektləri ilə bağlı tez-tez vətəndaş narazılıqlarına rast gəlinir. Bu isə vətəndaşların istirahət hüquqlarının pozulması deməkdir. Bəs belə hallarda vətəndaşlar nə etməlidirlər?



Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev “Report”a açıqlamasında bildirib ki, ictimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyən edilir:

"Sənədə əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları disabellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir".

O qeyd edib ki, inzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilir.

Hüquqşünas, həmçinin vurğulayıb ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması da inzibati məsuliyyət yaradır: "İXM-nin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir".



Məsələ ilə bağlı sosioloq Nail Cəlil “Report”a bildirib ki, səs-küylü obyektlərə münasibətdə sərt və ciddi yanaşma olmalıdır: "İstənilən halda belə obyektlər həmin binalarda yaşayan sakinlər üçün narahatlıq yaradır. Qarşısını almaq üçün həm hüquqi, həm də inzibati tədbirlərin görülməsi vacibdir. Müvafiq dövlət qurumlarının və müəyyən ictimai birliklərin bu istiqamətdə təşəbbüsləri arzuediləndir. Sakinlərin özləri də bu kimi halların qarşısını almaq üçün birgə təşəbbüs göstərməlidir. Bu, doğru və məqsədəuyğun olacaq”.



Sosioloq əlavə edib ki, təkcə vətəndaşların narazılıqları yox, sahibkarlar özləri də bu məsuliyyəti dərk etməlidirlər: "Onlar müəyyən daxili qaydalarla səs-küyü azaltmağa çalışmalıdırlar. Məsələn, səsi məhdudlaşdıran yan divarların qurulması və digər səsi məhdudlaşdıran vasitələrdən istifadə ilə bunu etmək olar. Həmçinin, belə səs-küylü yerlərdə davranış meyarlarını da tənzimləmək lazımdır. Dövlətin sosial müdaxiləsi, ictimai fəallıq, vətəndaş mövqeyi bu məsələdə təşəbbüs göstərsə, problem həllini tapa bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “Report”a verilən məlumata görə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, kafe, restoran, yeməkxanaların zallarında ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti saat 06:00-dan 23:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, saat 23:00-dan 06:00-dək isə Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) də “Report”a bildirilib ki, bu kimi problemlərlə əlaqədar vətəndaşın şikayəti əsasında polis araşdırma aparmalıdır.



DİN əməkdaşı leytenant Lumu İsrəfilli "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, polis zaman-zaman bu istiqamətdə daxil olmuş müraciətlər əsasında müvafiq mübarizə tədbirləri həyata keçirir.

“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilə bilər”, - deyə məlumatda vurğulanıb.

Sonda onu da qeyd edək ki, yuxarıda bəhs olunan obyektin sosial şəbəkə hesablarında qeyd edilən nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik. Bununla belə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, sözügedən ünvanda yaranan səs-küylə bağlı monitorinq və ölçmə işləri aparılacaq. Ölçmənin nəticələrinə əsasən səs-küyün miqdarı normadan artıq olarsa, qanunamüvafiq tədbir görüləcək.(“Report”)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

24-04-2024, 21:09

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Gündəm / Cəmiyyət

18-04-2024, 15:07

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

Gündəm / Hadisə

18-04-2024, 12:18

Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı

Gündəm / Cəmiyyət

16-04-2024, 18:54

DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ

Gündəm / Hadisə

12-04-2024, 18:06

Bakıda zavod ərazisində yanğın oldu - Video

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:27
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Bu gün, 17:56
    Bakıda məktəbli bıçaqlanıb
  • Bu gün, 17:21
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:10
    Canımdan Çox Sevdiyim Əziz Oğlum Nihat
  • Bu gün, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Bu gün, 15:55
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Bu gün, 15:10
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Bu gün, 14:36
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Bu gün, 14:32
    Göyçə mahalı Basarkeçər rayonundan olan gənclərlə görüş keçirilib
  • Bu gün, 13:14
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Bu gün, 12:44
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Bu gün, 12:08
    Müəllim Adının Ucalığı
  • Bu gün, 12:07
    ELM VƏ MƏNƏVİYYATA HƏSR EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR
  • Bu gün, 12:04
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Bu gün, 11:40
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • Bu gün, 10:44
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • Bu gün, 10:06
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • Bu gün, 09:33
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Bu gün, 09:08
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:07
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 16:45
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:01
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:33
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:45
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:24
    Şagirdlərinin Uğurunda Çiçəklənən Ömür
  • 3-10-2026, 13:45
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə