• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Gündəm / Siyasət

23-04-2024, 14:17

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixə qızıl hərflərlə yazılmış misilsiz hadisə idi. Bu gün Cənubi Qafqazda cərəyan edən çox mühüm proseslərin, həmçinin rəsmi Bakının beynəlxalq aləmdə öz sözünü artıq qətiyyət və əminliklə deməsinin kökündə məhz həmin 44 günlük döyüşlər və onun tarixi nəticəsi dayanır.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan uğurlu hərbi-diplomatik addımlarını eyni tempdə davam etdirdi. Həmin addımlardan biri də düz bir il əvvəl - 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu.

Bu, kifayət qədər mühüm və taleyüklü hadisə idi. Çünki 44 günlük müharibədən sonra Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə zidd olaraq, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını davam etdirirdi. Məhz bunun qarşısının alınması məqsədilə ərazidə sərhəd-buraxılış məntəqəsinin qurulması qaçılmaz zərurətə çevrilmişdi. Proseslərin sonrakı inkişafı da göstərdi ki, bu, kifayət qədər effektiv addım oldu. Hər halda, qeyd olunan sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsi sayəsində İrəvanın təxribat imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı.

Sözsüz ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın növbəti uğuru olaraq, bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu gediş idi. Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə bir neçə dəfə toxunaraq onun önəmini qeyd edib. Məsələn, dövlət başçısı bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının əhəmiyyəti barədə də danışmışdı.

“23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik”, - ölkə liderinin bu sözləri sözügedən məsələnin əhəmiyyətini bir daha göstərir.

Başqa bir məsələ ondan ibarətdir ki, məhz Laçın sərhəd-buraxılış məntəqisinin fəaliyyəti nəticəsində bəzi terrorçuların saxlanılması təmin olundu. Məsələn, Meşəli cinayətkarı, Azərbaycana qarşı vandallıq aktları törətmiş Vaqif Xaçaturyan 2023-cü il iyulun 29-da Ermənistan ərazisinə keçmək istəyərkən Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təhvil verilib. Bu, bir daha onu deməyə əsas verir ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz təhlükəsizliyini və bütövlükdə regionun təhlükəsizliyini təmin etməsi üçün son dərəcə mühüm həmlə idi.

Milli Məclisin deputatı Azər Badamov sözügedən məsələ haqqında “Report”a açıqlamasında bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar masasında oturmaqdan yayınırdı:

“Bu gün Azərbaycan dövləti suveren ərazilərinin bütövlüyünü təmin edib. Artıq Ermənistanla beynəlxalq hüquq çərçivəsində əməkdaşlığın qurulması və münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli görüşlər keçirilir. Amma Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar masasında oturmaqdan yayınırdı.

Çünki bu addımla Ermənistan yeni reallıqlarla barışmalı oldu. Başa düşdü ki, daha çıxış yolu yoxdur. Necə deyərlər, vurnuxmaq fayda verməyəcək”.

Azər Badamov
Deputat bir il əvvəl gerçəkləşən məlum hadisənin həqiqətən, çox mühüm əhəmiyyət daşıdığını deyib.

Beləliklə, deyə bilərik ki, bir il əvvəl sərhəd-buraxılış məntəqəsinin qurulması doğrudan da, mühüm tarixi əhəmiyyət daşıyırdı. Son günlər baş verən bəzi hadisələrdə, o cümlədən, Rusiya sülhməramlı kontingentinin regiondan çıxarılmasında, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasında, İrəvanla Bakı arasında sülh sazişinin heç vaxt olmadığı qədər yaxın olmasında Laçın sərhəd-buraxılış məntəqəsi mühüm rol oynayıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Cəmiyyət

22-04-2024, 14:33

Geri qaytarılan anklav olmayan 4 kəndimiz.

Gündəm / Siyasət

19-04-2024, 19:46

İlham Əliyevin xalqa növbəti müjdəsi - dörd kənd də qaytarılır - ŞƏRH

Gündəm / Siyasət

15-04-2024, 16:18

Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH

Gündəm / Siyasət

12-04-2024, 15:38

Ermənistanın etirafı - Aİ monitorinq missiyasının sükutu - ŞƏRH

Gündəm / Siyasət

12-04-2024, 11:57

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:13
    Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
  • Bu gün, 15:38
    Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
  • Bu gün, 15:04
    Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
  • Bu gün, 12:36
    Sabah 33 dərəcə isti olacaq
  • Bu gün, 11:57
    Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
  • Bu gün, 11:26
    Azərbaycan neftinin qiyməti 120 dolları keçib
  • Bu gün, 10:50
    Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
  • Bu gün, 09:30
    Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
  • Bu gün, 09:04
    "Reuters": Səudiyyə Ərəbistanına hücumlardan sonra İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır
  • Dünən, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • Dünən, 17:52
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Dünən, 17:32
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • Dünən, 16:43
    Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb
  • Dünən, 16:09
    Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
  • Dünən, 15:28
    11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH
  • Dünən, 14:49
    Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
  • Dünən, 13:15
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • Dünən, 12:39
    Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
  • Dünən, 12:05
    Qərbi Azərbaycana həsr olunan verilişdə Azərbaycan gəncliyinin baxışı və digər mövzularla bağlı təhlillər aparıldı
  • Dünən, 11:54
    Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
  • Dünən, 10:53
    Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
  • Dünən, 10:44
    ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ
  • Dünən, 10:19
    Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
  • Dünən, 09:46
    Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
  • Dünən, 09:07
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 17:25
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • 10-09-2026, 17:00
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • 10-09-2026, 16:28
    Nazir özünə yeni müşavir təyin etdi
  • 10-09-2026, 15:50
    Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
  • 10-09-2026, 15:07
    İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
  • 10-09-2026, 14:40
    Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
  • 10-09-2026, 12:40
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • 10-09-2026, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 10-09-2026, 11:32
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • 10-09-2026, 11:16
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə