• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

USAİD, senator və konqresmenlər ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına qarşı – ANALİZ

Gündəm / Siyasət

18-09-2024, 19:32

USAİD, senator və konqresmenlər ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına qarşı – ANALİZ


Anti-Azərbaycan şəbəkənin önündə gedən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) çirkin və qərəzli təbliğatı dayanmır. Erməni lobbisindən aldıqları vəsaitlərin müqabilində Azərbaycana qarşı hədyanlar yağdırılır, rəsmi Bakı işğaldan azad edilən ərazilərdə sərt tədbirlər həyata keçirməkdə ittiham olunur.

Təşkilatın direktoru Samanta Pauerin sırasına USAİD administratorunun müavini İzabel Koulman da qoşulub. Ermənistanın müstəqilliyi günü ilə bağlı ABŞ-nin İrəvandakı səfirliyində keçirilən tədbirdə ölkəmizə qarşı böhtan dolu fikirlər səsləndirməsi ilə yadda qalıb. Faktları təhrif edən USAİD funksioneri separatizmə dəstək verib, revanşist qüvvələrlə həmrəylik nümayiş etdirib. Rəsmi Bakı da dərhal Koulmanın fikirlərini pisləyən bəyanatla çıxış edib. Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Ayxan Hacızadə bildirib ki, “İzabel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik. Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır. Əvvəla, Pauer və Koulmanın və onları qızışdırıb ortaya atanların korşalan yaddaşlarını növbəti dəfə yeniləmək istərdik”.

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb. Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil. USAİD-in digər bir qərəzi ondan ibarətdir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi indiyə qədər regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni yanaşmanı nümayiş etdirməyib. İndi durub regionu könüllü şəkildə tərk edən erməni sakinlərlə bağlı guya narahatlığını bildirib.

Qeyd edək ki, USAID 2024-cü maliyyə ilində öz istəkləri ilə Qarabağdan könüllü şəkildə köçən ermənilərə 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-nin 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək məqsədilə aözügedən ölkəyə 50 milyon dollar kredit ayırıb.

USAİD ilə yanaşı, erməni lobbisinin ayırdığı vəsaitlərlə canfəşanlıq edən amerikalı konqresmenlər də hərəkətə keçiblər. Frenk Pallone və senator Ed Marki ABŞ Konqresinin hər iki palatası adından ABŞ-ni “Azərbaycana insan hüquqlarına riayət edilməsi məsələsində təzyiq göstərməyə” və COP29 ərəfəsində erməni "girovlar"ın azad olunmasını tələb etməyə çağırıblar. Bu barədə Amerika Erməni Milli Komitəsi X-də məlumat yayıb. Ardınca da ABŞ-nin ATƏT-dəki keçmiş səfiri və "Karnegi" fondunun vitse-prezidenti Daniel Bayer ABŞ Konqresinin Helsinki Komissiyasının dinləmələrində çıxış edərək bildirib ki, Qərb "Ermənistanı qonşularla münasibətlərin nizamlanmasında dəstəkləməyə niyyətlidir", lakin bu proses "ağrılı" olacaq. O, əlavə edib ki, Moskva "bu səyləri pozmağa cəhd edə bilər". Bayerin sözlərinə görə, Ermənistan Moskvadan "asılılıqdan" xilas olmaq və "bir neçə soyuq qışa" hazır olmaq üçün uzun yol keçməlidir. Lakin Bayer bu ifadə ilə nəyi nəzərdə tutduğunu konkretləşdirməsə də, Vaşinqtonun İrəvana uzunmüddətli dəstəyi azaltmayacağına əmin edib.

Bəs ABŞ-nin bu canfəşanlığının səbəbi nədir? Müxtəlif institutları, qanunverici orqanlarının üzvləri vasitəsilə Ermənistana hərtərəfli dəstək verməsi nədən qaynaqlanır? Fransa ilə birlikdə erməni maraqlarını ifadə etməsinə nə vaxt son qoyacaq? Bəllidir ki, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması ilə məşğul olan hər iki ölkə 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra anti-Azərbaycan bəyanat və fəaliyyətə üstünlük veriblər. Düzdür, ABŞ Fransadan fərqli olaraq ara-sıra sülh təşəbbüsləri və obyektiv mövqe nümayiş etdirir. Məsələn, ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb. O, ölkəsinin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Lakin birbaşa onun nəzarəti altında olan təşkilatlar, məsələn, USAİD kimi bədnam ermənipərəst qurumların anti-Azərbaycan, revanşizmi dəstəkləyən addımları təəccüb doğurur. ABŞ-nin Ermənistana ciddi maliyyə dəstəyi göz önündədir. Ola bilsin, bu addımlar məhz İrəvanın Moskvadan uzaqlaşması və onun siyasi, iqtisadi, hərbi nəzarətindən çıxarılması məqsədi ilə atılır. Lakin bunun ardınca separatizmi və revanşist bəyanatları dəstəkləməsi onun ikili oyun oynamasından xəbər verir.

Eyni zamanda, torpaqları erməni vandalizmindən əziyyət çəkən Azərbaycanın yerinə, işğalı həyata keçirən Ermənistana milyonlarla dollar ayrılması ikiüzlü siyasətin bariz nümunəsidir. O baxımdan, USAID-in Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırması barədə məlumat heç də təəccüblə qarşılanmayıb. Çox güman ki, ayrılan vəsaitin ilk tranşı Ermənistanın Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmasının qarşılığında alacağı mükafatdır.
Nəticə etibarilə, USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra məcburi köçkünlərə kömək etmək məqsədi daşısa da, əslində, ABŞ Ermənistandakı revanşist qüvvələri aktivləşdirməyə çalışır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

13-09-2024, 20:37

ABŞ Konqresinin separatizm sevgisi – Pallone və Kardin yenidən "iş" başında - ŞƏRH

Gündəm / Siyasət

4-09-2024, 19:41

Makrondan Azərbaycana səyahət qadağası: səriştəsizliyin növbəti nümunəsi - ANALİZ

Gündəm / Siyasət

4-09-2024, 15:37

Rəsmi Bakı: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik

Gündəm / Siyasət

25-08-2024, 10:00

“Onlar Azərbaycana buraxılmayacaq!” - Rəsmi Bakı

Gündəm / Siyasət

17-05-2024, 12:51

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 11:38
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 10:33
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:31
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 17:54
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:26
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 16:55
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:40
    Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
  • Dünən, 16:20
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:49
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:14
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 14:42
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:27
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:08
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:06
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:46
    Masallıda Zəfər coşğusu: “Qalib xalqın qürur günü”
  • Dünən, 10:37
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 09:53
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
  • Dünən, 09:02
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 5-11-2026, 21:28
    Ümrədə yazılan şeir...
  • 5-11-2026, 20:43
    Saatlıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi və mükafatlandırma mərasimi keçirilib
  • 5-11-2026, 18:14
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • 5-11-2026, 17:45
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • 5-11-2026, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • 5-11-2026, 16:54
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • 5-11-2026, 16:24
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • 5-11-2026, 16:03
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • 5-11-2026, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • 5-11-2026, 14:53
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə