2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:
“Digər tərəfdən, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında imzalanan Memorandum əsasında Qarabağ bölgəsində atəşkəsə nəzarət və anlaşma şərtlərinin pozulmasının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Ağdamda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına yönəlik Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır".