• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İlham Əliyevin Pakistana dünya mediasında

Gündəm / Siyasət

12-07-2024, 19:42

İlham Əliyevin Pakistana dünya mediasında


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu ölkənin nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.

İngilis dilində nəşr olunan “The Express Tribune” qəzeti “Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb” sərlövhəli məqaləsində İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi barədə məlumat verilib. Oxucuların diqqətinə çatdırılıb ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramının mübadiləsi olub.

“Whenewsenenglish” nəşrinin “Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əməkdaşlıq gündəliyi ilə gəlib” və “The İnternational News” qəzetinin “Azərbaycan Prezidenti Pakistanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir” sərlövhəli məqalələrində vurğulanır ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımaları və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib. Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu, yalnız başlanğıcdır.

Pakistan dövlət radiosunun və “Associated Press of Pakistan” agentliyini saytlarında dərc olunan “Prezident İlham Əliyev Pakistan milli abidəsinə əklil qoyub” sərlövhəli xəbərlərdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı İslamabadda Pakistan xalqının milli birliyini təcəssüm etdirən monumentin önünə əklil qoyaraq qardaş xalqa dərin ehtiramını ifadə edib.

“Radio Pakistan”ın və “Associated Press of Pakistan” agentliyinin saytında, habelə “News of Pakistan” portalında Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması, həmçinin geniş tərkibdə keçirilən görüş haqqında məlumat verilib.

Materiallarda qeyd olunub ki, Baş nazir Şahbaz Şərif Pakistan xalqının Azərbaycan Prezidentinə olan ehtiramını ifadə edib, iki xalq arasında qarşılıqlı sevgi və qardaşlıq hisslərinin olduğunu bildirib. O, İslamabadın Qarabağ məsələsində Bakıya, Azərbaycanın isə Kəşmir probleminin nizamlanmasında Pakistana güclü dəstəyini xatırladıb. Prezident İlham Əliyev isə Pakistan və Azərbaycan xalqlarının çətin zamanlarda bir-birinin yanında olduğunu, 2020-ci ildə Vətən müharibəsi zamanı İslamabadın öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verdiyini qeyd edib, eyni zamanda, Bakının Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəklədiyini deyib.

“Minute Mirror” nəşrində dərc olunmuş “Şahbaz Şərif Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirir” sərlövhəli məqalədə qeyd edilib ki, Pakistanın Baş naziri qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparıldığını, noyabrda onun Azərbaycana səfəri zamanı bu sərmayəyə dair razılaşmaların imzalanmağa hazır olacağını deyib. Diqqətə çatdırılıb ki, tərəflər qarşıdakı illərdə bu rəqəmi daha da artırmağı planlaşdırır.

“İslamad Post”, “Pakistan Today” qəzetləri” və “The İnternational News”, “Mettis Qlobal” portalları da “Pakistan və Azərbaycan sərmayələrin həcmini 2 milyard dolara çatdırmaq barədə razılıq əldə ediblər” sərlövhəsi altında materiallar dərc ediblər.


Geniş oxucu auditoriyasına malik olan “Nation” qəzetində isə Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ilə bağlı analitik məqalə dərc olunub. Tanınmış pakistanlı siyasi icmalçı Tazin Axtarın müəllifi olduğu məqalədə qeyd olunur ki, Şərqlə Qərbin qovuşduğu və Avropaya qapı açan Cənubi Qafqazın inkişaf edən iqtisadi gücü olan Azərbaycan Respublikasının Prezidenti Pakistanda ikigünlük səfərdədir. O, ikitərəfli münasibətlərin əsl qurucusu olan atası, Ümummilli Lider Heydər Əliyevdən hərarətli hissləri və qardaşlıq qurmaq həvəsini miras almış lider, Pakistanın böyük dostudur.

Müəllif yazır ki, tarixən hər iki ölkə bir-biri ilə sıx bağlı olub. Qədimlərdə Multani tacirləri Bakıya səfər edirdilər. Bakının köhnə şəhərindəki Multan Saray onların bu gözəl küləklər şəhərinə ticarət səfərlərinin xatirəsidir. Pakistanın Qızılbaş icması Azərbaycandan köçərək torpaqları öz yurdlarına çevirib, sonralar burada Pakistan dövləti yaranıb.

Məqalədə diqqətə çatdırılıb ki, son bir neçə ildə liderlərin müxtəlif beynəlxalq forumlarda, xüsusən də cari ayın əvvəlində Astanada keçirilən ŞƏT-in Zirvə toplantısında görüşləri nəticəsində Azərbaycan ilə Pakistan arasında əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Pakistana səfəri bu təmasların kulminasiya nöqtəsidir. Hər iki ölkə demək olar ki, bütün istiqamətlər üzrə, o cümlədən ticarət, enerji və müdafiə sahələrində sıx, səmimi və inamlı əməkdaşlıq edir. Ona görə də Prezidentin səfəri ikitərəfli əməkdaşlıqda yeni səhifə açır.

Müəllif diqqətə çatdırır ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir və hazırda Rusiya enerjisinin Avropaya nəqlinin qadağan olunduğu bir vaxtda Avropa İttifaqı ölkələrinin tələbatını ödəyir.

Məqalənin sonunda deyilir: “Pakistan-Azərbaycan qardaşlığı təkcə onillikləri əhatə etmir, onun kökləri əsrlərə gedib çıxır. İndi iki dövlət arasında münasibətlər ideal olduğundan, hər iki ölkənin liderləri bu nəhəng potensialı onların rifahı naminə əməkdaşlığa yönəldirlər”.

Pakistanın urdu dilində nəşr olunan “Urdu.point”, “Urdu. Dunya News” qəzetlərində və “Urdu.Dunya TV” telekanalının saytında da Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü, Məhəmməd Şahbaz Şəriflə apardığı danışıqlar və liderlərin bəyanatları, həmçinin imzalanan sənədlər haqqında müfəssəl məlumatlar yer alıb.

Dövlətimizin başçısının Pakistana dövlət səfəri bu ölkənin mediası ilə yanaşı, dünyanın bir çox nüfuzlu mətbuat orqanları tərəfindən də geniş işıqlandırılıb. Səudiyyə Ərəbistanın “Arab News”, “Əl Mədinə” qəzetləri, Küveytin KUNA rəsmi agentliyi, Bəhreynin BNA rəsmi xəbər agentliyi, Qətərin QNA informasiya agentliyi, Çinin “China.org.cn” portalı, Türkiyənin “Yeni Akit”, “Akşam” qəzetləri, “24”, “Haber Türk”, EkolTV” telekanalları, Rusiyanın TASS agentliyi, “Vestikavkaza” portalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri, bu çərçivədə aparılan danışıqlar və imzalanan sənədlər, Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına investisiya qoyacağı haqqında geniş materiallar yayıb.






Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

12-07-2024, 14:00

İlham Əliyevin Pakistana dövlət səfəri başa çatdı

Gündəm / Siyasət

11-07-2024, 18:53

Azərbaycan liderinin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

10-07-2024, 10:00

İlham Əliyevin Pakistana səfəri GÖZLƏNİLİR

Siyasət

3-07-2024, 19:37

Ərdoğanla İlham Əliyevin səmimi dialoqu - VİDEO

Gündəm / Siyasət

8-06-2024, 14:23

Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 00:01
    BU GÜN MƏNİM HEKAYƏMİN BAŞLANDIĞI GÜNDÜR… BU GÜN MƏNİM DOĞUM GÜNÜMDÜR…
  • Dünən, 18:00
    “Biz regionda davamlı sülhə sadiqik” - Pezeşkian
  • Dünən, 17:30
    Baş nazir bu tarixdə hesabat verəcək
  • Dünən, 17:00
    AFFA “Sabah”ın məşqçisini niyə cəzalandırmadı?
  • Dünən, 15:51
    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Dünən, 15:02
    İran hakimiyyətində hərc-mərclik – müəyyən edilməyən ali rəhbərlik - ŞƏRH
  • Dünən, 14:20
    Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik - ƏLAVƏ OLUNUB
  • Dünən, 13:45
    İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir
  • Dünən, 13:27
    Əliyev Həzrətəli Vahid oğlu
  • Dünən, 12:55
    Sabah yağış yağacaq, külək güclənəcək
  • Dünən, 12:10
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Dünən, 11:30
    Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
  • Dünən, 11:26
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
  • Dünən, 11:00
    Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
  • Dünən, 10:33
    MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib
  • Dünən, 10:30
    CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib
  • Dünən, 10:05
    Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb
  • Dünən, 10:00
    Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
  • Dünən, 09:30
    Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
  • Dünən, 09:00
    İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
  • Dünən, 08:30
    Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
  • 5-03-2026, 20:13
    Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər
  • 5-03-2026, 19:24
    Qadın Qüruru, Vətən Həsrəti, Qələbə Sevinci
  • 5-03-2026, 19:12
    Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb
  • 5-03-2026, 18:21
    Araz danışır
  • 5-03-2026, 17:52
    İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH
  • 5-03-2026, 17:18
    İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
  • 5-03-2026, 16:58
    İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
  • 5-03-2026, 16:13
    Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir
  • 5-03-2026, 15:55
    “İranın Naxçıvana dron hücumu Azərbaycana qarşı terror aktıdır”
  • 5-03-2026, 13:43
    Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
  • 5-03-2026, 13:12
    İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
  • 5-03-2026, 12:53
    İran Naxçıvan aeroportuna dron hücumu edib
  • 5-03-2026, 12:19
    “TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi
  • 5-03-2026, 11:22
    Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə