• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Küncə sıxışdırılan Makron - Fransa Nigerin uranından məhrum edilir - ŞƏRH

Gündəm / Siyasət

6-06-2024, 17:37


Fransanın xarici siyasətdəki uğursuzluqları səngimək bilmir. Getdikcə daha çox bölgə onun nüfuz dairəsindən çıxır və özünə yeni hami seçirlər. Prezident Emmanuel Makronun səriştəsiz xarici siyasət kursu ölkənin nüfuzuna, reytinqinə ciddi zərbə vurur. Nəticə də göz önündədir. Məsələn, Yeni Kaledoniyada gərginliklər fonunda hakimiyyət nə qədər sərt addımlar atsa da, bu, əks effekt verir.

Digər mühüm məsələ ondan ibarətdir ki, Afrikada keçmiş müstəmləkələrindən qovulan Fransanın yerini yeni dövlətlər tutur. Bu fonda xüsusilə Rusiya mövqeyini gücləndirir. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Rusiyanın müdafiə naziri Yunus-Bek Yevkurov Nigerin hərbi lideri Əbdülrəhman Çiani ilə görüşüb. Açıq şəkildə bildirilir ki, Moskvanın hədəfi Nigerin uran yataqlarını ələ keçirmək və Fransanı bu vacib xammaldan məhrum etməkdir. Yevkurovla eyni vaxtda xarici işlər naziri Sergey Lavrov da Afrika ölkələrinə səfərə çıxıb. Rəsmən açıqlanmasa da, hədəfdə yeni hərbi bazaların yaradılması və uran məsələsidir.

Nigerdəki hakim Milli Şuranın yaydığı xəbərə görə, Çiani və Yevkurovun görüşündə təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi qərara alınıb. Ən əsası, Moskva və Niamey uran yataqlarının təkrar satışı ilə bağlı razılığa gəlirlər. Yayılan məlumatlara görə, Rusiya Nigerdəki fransız şirkətlərinə məxsus uran aktivlərini ələ keçirməyə çalışır. Bu da tək Fransa üçün deyil, bütövlükdə Qərbin bu qitədəki maraqlarına qarşı ciddi zərbə kimi qiymətləndirilir.

Rusiyanın “Rosatom” şirkəti, həmçinin biri fəaliyyətdə olan üç uran mədəninin sahibi Fransanın Orano SA şirkətinə məxsus aktivlərin alınması ilə bağlı Niger hərbi hakimiyyət orqanları ilə əlaqə saxlayır. Maraqlıdır ki, Rusiya dövlət korporasiyası Parisin nəzarətində olan mədənlərin alınması ilə bağlı xəbərləri təkzib etməyə çalışıb, bunu “beynəlxalq uran bazarında sabitliyi pozmaq cəhdi” adlandırıb. Məlumat üçün bildirək ki, Fransa nüvə stansiyalarının istismarı üçün lazım olan uranın 15 faizini Nigerdən alır. Beşinci Respublikada elektrik enerjisi istehsalının 65 faizini onların payına düşür.

Uranın qiymətləri son 17 ilin ən yüksək səviyyəsinə qalxıb, çünki son hərbi çevriliş Nigerdən ixracı dayandırıb. Belə bir vəziyyətdə də Moskva Niger uranına çıxış əldə etməklə yanaşı, Avropaya təsir edə bilər. Rusiya və Niger arasında qarşılıqlı əlaqə potensial olaraq Fransaya və daha geniş mənada Avropa İttifaqına uran tədarükünün dayandırılmasına səbəb ola bilər və belə bir amil “Moskva üçün yeni xammal, enerji dayağı” ola bilər. Digər bir məsələ ondan ibarətdir ki, Afrikadan uran ixracında təkcə Fransa iştirak etmir - Çin, Hindistan və Səudiyyə Ərəbistanı kimi ciddi oyunçular da var. Uran təkcə Nigerdə ​​deyil, fransızların təmasda olduğu qitənin digər ölkələrində də mövcuddur. Bütün xammal mənbələrini kəsmək üçün Rusiya bir anda bir çox Afrika ölkələrində öz təsirini kütləvi şəkildə artırmalı olacaq. Bunun üçün çox böyük investisiyalar və dövlətin siyasi iştirakı lazımdır. Məsələn, Lavrovun hazırkı turu belə bir strategiyaya nümunə kimi götürülə bilər, lakin nəticə əldə etmək üçün uzun illər davamlı iş lazımdır. Hesab edilir ki, Lavrovun Qvineyaya səfərinin məqsədi boksit emalı və ya zənginləşdirilməsi üzrə birgə müəssisələrin yaradılmasıdır.

Boksit (alüminium filizi) Qvineyanın əsas əmtəə ixracı və strateji əhəmiyyətli materialdır, çünki alüminium aviasiya və raket sənayesində geniş istifadə olunur. Lavrovun növbəti turu hələ 2019-cu ildə ilk Rusiya-Afrika sammitində başlayan və keçən il Sankt-Peterburqda keçirilən analoji sammitdə birləşdirilən səylərin davamıdır. İndiki səfər çərçivəsində müəyyən müqavilələr də bağlanıb.

Yeri gəlmişkən, Yunus-Bek Yevkurov və Sergey Lavrovun Mərkəzi Afrikada görünməsi Qərb mətbuatına Kremlin qitədə hərbi təsirinin genişlənməsindən danışmağa yeni təkan verib. Le Monde Rusiyanın regionda hərbi mövcudluğunun arxasında duran amilləri sadalayır. “Keçən il Qərbi Afrikada Burkina-Faso hökuməti fransız qoşunlarını sıxışdırıb çıxardı və təhlükəsizlik dəstəyi üçün Rusiya Federasiyasına müraciət etdi. Və rus hərbi təlimatçıları yerli hakimiyyət orqanlarının oradakı Amerika qoşunlarına ölkəni tərk etmələrini əmr etdikdən bir neçə həftə sonra Nigerə gəliblər”, - materialda deyilir.

Qeyd edək ki, ABŞ qoşunları sentyabrın 15-dək ölkəni tərk etməlidir. Pentaqon minə yaxın əməkdaşını Niameydəki bazada saxlayırdı.

Beləliklə, Yelisey sarayı xarici siyasətində çox ciddi geosiyasi uğursuzluqları və yanlışlıqlarını davam etdirir. Sakit okeanda dənizaşırı vilayətlərdə, Afrikadakı bir sıra ölkələrini, ən əsası, Nigeri də geosiyasi təsir dairəsində saxlaya bilməyən Makron hökuməti uğursuzluqlar nəticəsində ölkəsini rəzalətə sürükləyir.

Afrika uğrunda "yarış", "amansız rəqabət" isə davam edir. Hansı supergücün daha üstün mövqelər qazanacağını isə zaman göstərəcək. Proseslərin gedişi onu deməyə əsas verir ki, Fransa hakimiyyətini qarşıda ciddi problemlər gözləyir. Rəsmi Paris riyakar və ikili siyasətindən əl çəkməsə, Afrikadan sonra digər bölgələrdən də onu qovacaqlar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

3-06-2024, 18:25

Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH

Gündəm / Dünya

28-05-2024, 11:52

Yeni Zelandiya vətəndaşlarını təcili olaraq Yeni Kaledoniyadan təxliyə edib

Gündəm / Siyasət

27-05-2024, 18:43

Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH

Gündəm / Siyasət

15-04-2024, 19:33

Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH

Gündəm / İdman

12-04-2024, 16:18

Gəncə MDB-nin idman paytaxtı olacaq

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:36
    Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
  • Bu gün, 16:06
    Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
  • Bu gün, 15:18
    DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib
  • Bu gün, 13:55
    "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
  • Bu gün, 13:10
    Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
  • Bu gün, 12:52
    Sabah Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:01
    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
  • Bu gün, 11:19
    Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:48
    Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 09:49
    Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
  • Bu gün, 09:19
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
  • Dünən, 19:09
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • Dünən, 18:24
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • Dünən, 17:42
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • Dünən, 16:49
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
  • Dünən, 16:01
    "Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb
  • Dünən, 15:23
    Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək
  • Dünən, 14:22
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Dünən, 12:47
    Sabah yağış yağacaq, güclü külək əsəcək
  • Dünən, 12:34
    Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 12:11
    Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb
  • Dünən, 11:29
    İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
  • Dünən, 10:43
    Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
  • Dünən, 10:07
    Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
  • Dünən, 09:33
    Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
  • Dünən, 08:56
    Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
  • 9-08-2026, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • 9-08-2026, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • 9-08-2026, 16:00
    Tehrandakı sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
  • 9-08-2026, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • 9-08-2026, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • 9-08-2026, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • 9-08-2026, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • 9-08-2026, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
  • 9-08-2026, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə