• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH

Gündəm / Siyasət

3-06-2024, 18:25


Keçmiş müstəmləkələrdən qovulma, Cənubi Qafqaz, Ukrayna və s. bölgələrdə uğursuzluqları Emmanuel Makronun prezidentliyinin əsas “nailiyyətləri” adlandırmaq olar.Həqiqətən də, Fransa 7 ildir ki, onun naşı idarəçiliyinin fəsadlarını yaşayır. Hər bir lider fəaliyyəti dövründə dövlətin möhkəmlənməsinə çalışmalı olduğu halda, Makron hər vəchlə onun nüfuzdan düşməsinə, gözdən salınmasına çalışıb. Bu kürsüyə əyləşən gündən bəri lobbi qruplarının maraqlarını ifadə edən Fransa Prezidenti əlindən gələni edir ki, ölkəsinin imicini aşağı salsın. O, baş verənlərdən nəticə çıxarmaq əvəzinə Fransanı yeni-yeni avantüralara cəlb etməkdədir. Növbəti avantürası isə fransızlara baha başa gələ bilər. Söhbət Fransanın Ukraynada yaşanan müharibəyə cəlb edilməsindən gedir.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Floriana Filippo növbəti ittihamlarla çıxış edib, Makronu xalqdan gizlin avantürist plan hazırlamaqda günahlandırıb. Onun sözlərinə görə, fransız ordusu xalqdan gizli şəkildə yaxın günlərdə Ukraynaya yerləşdirilə bilər. Fransız siyasətçi “X” sosial şəbəkəsində yazdığı statusunda Rusiya ilə mümkün müharibənin başlayacağı tarixi də açıqlayıb. Onun sözlərinə görə, bu tarix iyunun 6-sı ola bilər. Əksəriyyətin qənaətincə, bu, əslində, üçüncü dünya müharibəsinin başlanmasının anonsu kimi də qiymətləndirilə bilər. Fransalı siyasətçi hesab edib ki, Makron uğursuzluqlardan başını itirib. Ölkəsinin hərbi əməliyyatlara cəlb olunmamasının zəruri olduğuna çağırış edən “Vətənpərvər”lərin lideri “gəlin, bu qırğını dayandıraq, parlamentarilər, digər siyasi partiya və digər Avropa partiyaları yatır! Biabırçılıqdır”, - deyib.

Bütün bunların fonunda Fransanın Ukraynada hərbi əməliyyatlara qoşulmasına qarşı etirazlar da durmadan artır. Bazar günü Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub. Polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb. Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və almanəsilli şəxslər olublar.

Beləliklə, qeyri-rəsmi şəkildə Ukrayna münaqişəsində iştirak edən Fransa hərbi heyət göndərməklə bu iştirakını genişləndirə bilər. Təbii ki, Rusiyanın Ukraynada başlatdığı müharibə ədalətsiz, işğalçı müharibədir və ona son qoyulmalıdır. Fransanın Kiyevə dəstəyi də beynəlxalq hüquq baxımından düzgündür. Lakin Yelisey sarayı bu siyasətində səmimidirmi? Təbii ki yox. Atdığı bütün addımlar da bunu təsdiqləyir. Bunu sübut edən faktlar da kifayət qədərdir.

Məsələn, Rusiyanın Ukraynaya hücumu başlayanda Fransa onu dəstəkləməyə çalışsa da, sonra mövqeyini tam şəkildə dəyişdi. Buna cavab olaraq da Rusiya Fransanın Afrikadakı dayaqlarını sıxmağa başladı. Bir neçə fransayönümlü Afrika ölkəsində hərbi çevriliş baş verdi və Fransaya yaxın hakimiyyətlər devrildi. Bunların arxasında Rusiyanın olduğuna dair iddialar var. Ona görə də tərəflər arasındakı münasibətlər gərginləşib. Fransanın keçmiş müstəmləkələrində keçirilən etirazlarda Rusiya bayraqlarının qaldırılması da təsadüfi deyil. Məhz bu hallardan sonra Fransa prezidenti Emmanuel Makron Ukraynaya açıq dəstək nümayiş etdirməyə, hətta qoşunların göndərilə biləcəyinə dair bəyanatlar səsləndirməyə başladı.

Rusiya ilə Fransa arasındakı mübarizəni Cənubi Qafqazda da görmək mümkün olub. Rusiya ermənipərəst Fransadan fərqli olaraq, get-gedə Azərbaycan-Ermənistan arasındakı məsələlərdə daha neytral mövqe tutmağa çalışır. Hazırda regionda Rusiya ilə Fransanın maraqları toqquşur.

Fransanın Rusiyaya qarşı cavab tədbirləri tək qeyd olunan məsələlərlə bağlı deyil. Məsələn, götürək elə Kremlə qarşı tətbiq edilən sanksiyaları. İndiyə qədər Avropa İttifaqı və digər siyasi, iqtisadi strukturlar tərəfindən Rusiyaya qarşı 10-dan artıq sanksiya qəbul edilib. Fransa bu qurumlarda söz sahibidir, bu səbəbdən də qadağaların qəbulunda əvəzsiz rol oynayır.

Paralel olaraq, Rusiyada “Crocus City Hall”da baş verən dəhşətli terror aktı ilə bağlı Fransanın adı hallanıb. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının baş katibinin müavini, eks-prezident Dmitri Medvedevin baş verənlərdə Makronu ittiham etməsi təsadüfi sayılmamalıdır. Güman ki, Rusiyanın aidiyyəti strukturlarının terror barədə daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Yeni Kaledoniyada yaşananları götürək. Fransa iddia edib ki, baş verən etirazlarda Rusiya və Azərbaycanın əli var. Halbuki baş verənlər Fransa prezidentinin xaricdəki ərazilərin öz müqəddəratını təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir. Adada baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır. Belə ki, Fransa Milli Assambleyasında müzakirəyə çıxarılan seçki islahatları ilə bağlı qanun layihəsi iki həftə əvvəl paytaxt Numeada iğtişaşlara səbəb olub. Baş verənlərdən narahat olan Makron tələm-tələsik adaya səfər edib, müəyyən güzəştlər olacağını vəd edib. Bu vədlərin effektiv olacağını isə zaman göstərəcək.

Bəs Makronun Ukraynaya ordu göndərmək avantürası necə başa çatacaq? Ehtimal etmək olar ki, bu, sadəcə iddia olaraq qalacaq. Çox güman ki, bu iddialar qarşıdan gələn Avropa parlamentinə seçkilərlə bağlı ortaya atılıb. Sadəcə, hazırkı fransız iqtidarı bu kampaniyadan qalib çıxmağa çalışır. Lakin son sorğular və daxili ictimai rəy nəticələrin Makronun partiyası üçün uğursuz olacağından xəbər verir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

29-05-2024, 14:16

III Dünya Müharibəsini başladacaq HƏMLƏ – Fransa bu silahları Ukraynaya verməyə HAZIRLAŞIR...

Gündəm / Siyasət

24-05-2024, 20:14

FranSIZLAR...

Gündəm / Siyasət

23-05-2024, 17:28

Makronun ən böyük "nailiyyəti": Fransa Avropanın ən təhlükəli ölkəsi statusu qazanıb - TƏHLİL

Gündəm / Dünya

16-04-2024, 18:36

Rusiya Ukrayna ilə barışığı müzakirə edə bilər

Dünya

31-03-2024, 00:32

Fransa parlamentinin sədri Ukraynaya qoşun göndərilməsini istisna etmir

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 16:26
    Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
  • Dünən, 16:05
    Qanla Yazılan Sözlərin Kölgəsində Ədalət
  • Dünən, 15:54
    Tramp Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib
  • Dünən, 14:45
    KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini aşıb
  • Dünən, 14:09
    Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
  • Dünən, 13:29
    Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb
  • Dünən, 12:51
    Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
  • Dünən, 11:52
    XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub
  • Dünən, 11:18
    Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır - YENİLƏNİB
  • Dünən, 10:45
    BİZİM TƏQVİM:Yanvarın 17-də baş vermiş tarixi hadisələr
  • Dünən, 10:07
    "Kəpəz" və "Karvan-Yevlax" yoxlama oyununda üz-üzə gələcək
  • Dünən, 09:38
    Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 16-01-2026, 18:07
    “Faciənin foto yaddaşı” sərgisi açılıb
  • 16-01-2026, 17:45
    “Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr gətirildi - DOSYE
  • 16-01-2026, 17:28
    Nadejda İsmayılovaya “Şöhrət” ordeni verildi
  • 16-01-2026, 16:46
    Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir - FOTO
  • 16-01-2026, 16:10
    Assosiasiya sədri: Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər
  • 16-01-2026, 15:46
    Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
  • 16-01-2026, 12:58
    6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək
  • 16-01-2026, 12:15
    Azərbaycanda sabit internetin sürəti artıb
  • 16-01-2026, 11:37
    Milli Məclisdə uşaq hüquqlarına dair müzakirələr keçiriləcək
  • 16-01-2026, 10:00
    Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb
  • 16-01-2026, 09:30
    İtaliya parlamenti Ukraynaya yardımın uzadılmasını təsdiqləyib
  • 16-01-2026, 09:00
    Yəməndə hökumət istefa verib
  • 15-01-2026, 18:38
    KİV: Körfəz üçlüyü Trampı İrana şans verməyə inandıra bilib
  • 15-01-2026, 18:16
    Ombudsman Aparatı reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı təkliflərini dövlət qurumlarına göndərəcək
  • 15-01-2026, 17:26
    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini dəyişib
  • 15-01-2026, 16:51
    Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq
  • 15-01-2026, 15:52
    Danimarka MN: ABŞ-ın Qrenlandiyaya hücumu baş verərsə, hərbçilər atəş açacaq
  • 15-01-2026, 15:10
    Havanın temperaturu 8 dərəcə enəcək, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
  • 15-01-2026, 14:44
    Hakan Fidan Ceyhun Bayramovla TRIPP-ın icrası üzrə çərçivə sənədi ilə bağlı iki saat müzakirə aparıb
  • 15-01-2026, 14:39
    İranda sabitlik inqilabla deyil, bütün xalqların mənafeyinə uyğun islahatlar yolu ilə mümkün olar
  • 15-01-2026, 14:10
    Fərid Qayıbov IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak edib
  • 15-01-2026, 13:37
    Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
  • 15-01-2026, 13:07
    Sabah hava yağmursuz keçəcək - PROQNOZ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə