• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH

Gündəm / Siyasət

27-05-2024, 18:43

 

Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH


Afrikadakı keçmiş müstəmləkələrindən qovulan Fransa dənizaşırı ərazisi hesab edilən Yeni Kaledoniyada da eyni halla üzləşə bilər. Rəsmi Paris üçün bu təhlükə hər keçən gün artır. Antifransız aksiyalar o həddə çatıb ki, Emmanuel Makron hökuməti arxipelaqda fövqəladə vəziyyət elan edib. Hətta prezident başda olmaqla nümayəndə heyəti arxipelaqda gərginliyi aradan qaldırmaq üçün ora səfər də edib.

Lakin adanı ram etmək səyləri nəticəsiz qalıb. Yerli əhali arasında antifransız əhvali-ruhiyyə azalana oxşamır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Paris zor gücünə gərginliyi azaltsa da, vəziyyət səngiməyəcək.

Səbəb də odur ki, Fransa problemlərin kökünü axtarmağa çalışmır, çıxış yolunu digər dövlətləri ittiham etməkdə görür. Məsələn, Yeni Kaledoniyada yaşanan gərginliyə görə bu ölkənin daxili işlər naziri Jerar Darmananın Azərbaycanı günahlandırmasını yada salaq. Əsassız, heç bir fakt ortaya qoymayan nazir Azərbaycanın adadakı etirazlara dəstək nümayiş etdirdiyini iddia etmişdi. Halbuki Azərbaycan, sadəcə, neokolonializmə qarşı mübarizəni prioritet elan edib, müstəmləkəçiliyə qarşı mübarizə yönündə maarifləndirmə tədbirləri keçirir.

Gəlinən əsas qənaət odur ki, demokratiya, insan hüquq və azadlıqları ilə bağlı problemləri dövlətlərin daxili işi deyil, ümumbəşəri məsələlər hesab edən Yelisey sarayının ikiüzlülüyü və riyakarlığı Yeni Kaledoniya məsələsində üzə çıxır. Adada müstəqillik tərəfdarlarına qarşı repressiv siyasət aparır, insanları həbsə atdırır, problemlərini qulaqardına vururır. Fransa bir tərəfdən dünyaya car çəkir ki, xalqların öz müqəddəratını təyin etmək kimi toxunulmaz və müqəddəs hüquqları var, ona toxunmaq olmaz. Yeni Kaledoniyada törətdikləri isə bunun əksini deyir.

Yeri gəlmişkən, uzun illərdir Qarabağda erməni separatizminə dəstək verən, Cənubi Qafqazda gərginlik yaratmaqda maraqlı olan Paris nəzarətində olan media ilə ölkəmizin ünvanına hədyanlar yağdırmağa çalışıb. “Le Point” və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyası daha da genişlənib. Azərbaycan XİN-in yaydığı cavab şərhində də bildirilib ki, Fransanın “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya onun xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir.

"Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq", - Azərbaycan XİN-in rəsmisi Ayxan Hacızadə bildirib.

Makron hakimiyyəti nəzarətində olan mediaya “hücum” əmri versə də, dünya mediasında Yelisey sarayının uğursuzluqları sərt tənqid olunur. Məsələn, Britaniyanın “Spectator” nəşrində dərc olunan materialda vurğulanır ki, Makronun imperiyası gözlər önündə dağılmaq üzrədir. Nəşrin şərhçisi Conatan Miller yazır ki, Makronun prezidentliyi dövründə ölkənin kolonial imperiyası tədricən dağılır. Makronun yeni Kaledoniyaya səfərini şərh edən ekspert vurğulayıb ki, Fransa lideri imperator rolunu oynamağa çalışır. Lakin bəlli olur ki, imperiya sözün əsl mənasında göz önündə dağılır. Onun qənaətincə, hətta optimist əhvali-ruhiyyədə olan Makron belə yeni Kaledoniyanın necə fəlakətli həddə olduğunu, oranın vətəndaş müharibəsi mərhələsinə çatdığını görməyə bilməz.

Qeyd edək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki davam edir.

Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea sazişi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.

Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.

Makronun siyasətinin nəticəsi - Avropa seçkilərində sağçılar qalib gələ bilər

Makronun yarıtmaz siyasəti tək Yeni Kaledoniya və keçmiş müstəmləkələrlə kifayətlənmir. Bu yarıtmaz siyasət artıq özünü bir çox məsələlərdə göstərir. Fransada keçirilən sorğunun nəticələri Makron üçün acınacaqlı nəticələr üzə çıxarıb. İyun ayında keçiriləcək Avropa Parlamenti seçkilərində Fransanın ifrat sağçılarının uğur qazanacağı vurğulanır. Gözlənilən uğur Avropa siyasətini yenidən formalaşdıra bilər. Təhlilçilər sağların yeni koalisiya yarada biləcəklərini və zvropayönlü partiyaları zəiflədə biləcəklərini irəli sürürlər.

“Euronews”un eksklüziv sorğusuna əsasən, Avropa Parlamentinə keçiriləcək seçkilərdə ifrat sağçı Marin Le Pen səslərin (31,1%) əksəriyyətini qazana bilər. Ondan sonra prezident Emmanuel Makronun partiyası (17,5%) və sosialistlər (12,2%) gəlir. Son proqnozlara görə, Avropa Parlamentinin yeni tərkibində avroskeptiklər və millətçilər yerlərin 25%-ni ala bilər. Bu da öz növbəsində hazırda mərkəz - sağ və solda mandatların əksəriyyətinə sahib olanların - Avropa Xalq Partiyası, sosial-demokratlar, "Yenilənən Avropa" fraksiyası və "Yaşıllar"ın vəziyyətini çətinləşdirəcək. Prezident Emmanuel Makronun “Renessans” Partiyası hazırkı parlamentdə “böyük koalisiya”da aparıcı rol oynayır, lakin seçkilərdə uğursuzluq bu siyasi ittifaqı məhv edə bilər.

Daxili problemlər artır

2017-ci ildən ölkəni idarə edən Makron üçün digər problem sosial məsələlərlə bağlıdır. Sosial gərginlik o həddə çatıb ki, hökumət ölkə prezidenti Emmanuel Makronun iqtisadi islahatları çərçivəsində işsizlik müavinətlərini azaltmaq qərarına gəlib. İslahat çərçivəsində müavinətlərin ödənilmə müddəti 18 aya endiriləcək. Hökumətin bu ilin dekabr ayının əvvəlindən dəyişikliklər edəcəyi gözlənilir.

Beləliklə, qeyd olunan faktlar müasir Fransanın necə acınacaqlı vəziyyətə salındığını təsdiqləyən az sayda faktlardan bəzisidir. Problemlər tək xarici siyasət məsələlərini əhatə etmir, bu problemlər artıq milli fəlakət həddinə çatıb. Şübhəsiz ki, Makron hökumətinin yarıtmaz siyasətinin ən ciddi fəsadı sağların güclənməsidir. Bu isə miqrantların çoxluq təşkil etdiyi ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

21-05-2024, 17:31

Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Gündəm / Siyasət

20-05-2024, 17:17

Fransanın ÇARƏSİZLİYİ – Kolonializm siyasəti iflas edən Paris niyə günahkarı başqa yerdə AXTARIR?

Gündəm / Siyasət

16-05-2024, 17:07

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Gündəm / Siyasət

17-04-2024, 16:30

Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH

Gündəm / Siyasət

15-04-2024, 19:33

Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Dünən, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Dünən, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Dünən, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Dünən, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • 19-09-2026, 17:11
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • 19-09-2026, 15:37
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 14:35
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • 19-09-2026, 13:47
    20 SENTYABR AZƏRBAYCANIN GÜC VƏ SUVERENLİK TARİXİNİN RƏMZİDİR
  • 19-09-2026, 12:44
    Bazar günü arabir yağış yağacaq
  • 19-09-2026, 11:51
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • 19-09-2026, 10:18
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • 19-09-2026, 09:20
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • 19-09-2026, 08:46
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:44
    Xalqın Duası, Vətənin Gücü
  • 18-09-2026, 17:26
    Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 18-09-2026, 16:30
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • 18-09-2026, 15:51
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • 18-09-2026, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • 18-09-2026, 14:23
    Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb, onlarla insan xəsarət alıb
  • 18-09-2026, 13:21
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:20
    Azərbaycan millisinin heyəti açıqlanıb
  • 18-09-2026, 12:12
    Adam elə darıxır hərdən…
  • 18-09-2026, 11:38
    Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb
  • 18-09-2026, 10:47
    DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 11 nəfər tutulub
  • 18-09-2026, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • 18-09-2026, 09:17
    Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
  • 18-09-2026, 09:05
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:45
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • 17-09-2026, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
  • 17-09-2026, 17:15
    Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
  • 17-09-2026, 16:15
    Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə