Rusiyanın Sankt-Peterburq şəhərində anqarda 400 kv.m sahədə baş vermiş yanğın yerində dörd nəfərin meyiti aşkar edilib.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
"Hadisə yerində dağıntılar təmizləndikdən sonra dörd meyit aşkarlanıb. Onardan ikisi uçmuş hasarın altında, daha ikisi isə anqarda tapılıb", - mənbə bildirib.
Müxtəlif dərəcəli xəsarətlər almış iki nəfər xəstəxanaya yerləşdirilib.
1 500 kv.m sahəyə malik anqarda yanğın ötən gün axşam baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 15 texnikası və 64 nəfər şəxsi heyəti cəlb edilib.