• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 18:18

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Almaniyanın paytaxtı Berlində cinsi azlıqların paradına hücum Avropaya miqrasiya məsələsini yenidən gündəmə gətirib. Ötən gün Almaniya polisi Abdul Ballout adlı şəxsi güllələyərək öldürüb. İddiaya əsasən, o, polislərə bıçağabənzər əşya ilə hədə-qorxu gəlib, bundan sonra onlar atəş açıblar.

Almaniya Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, mövcud məlumatlara əsasən, hücumun motivi "islam terrorizmi" olub.

Abdul Ballout iyulun 25-də Berlində bir qadını öldürməkdə və 29 nəfəri yaralamaqda ittiham olunur. Onun bıçaqla parada hücum etdiyi bildirilib. Livan mənşəli, Almaniyada doğulmuş 21 yaşlı Abdul Balloutun əvvəllər də dəfələrlə məsuliyyətə cəlb edildiyi vurğulanıb. Alman hakimiyyət orqanlarının məlumatına görə, o, əvvəllər Livandan qayıtdıqdan sonra həbs olunmuş və İŞİD-ə qoşulmaq cəhdinə görə həbsxanada deradikallaşma kursunu keçməyə məcbur edilmişdi.A.Ballout bu ilin mayına qədər müvəqqəti həbsdə olub.

Almaniya DİN-in məlumatına görə, o, 1 il 10 ay müddətinə Berlində həbs cəzasına məhkum edilib. Sonradan şərti -vaxtından əvvəl azad olunub.

Çexiyanın Baş naziri Andrey Babiş hücumu "qorxaq terror aktı" adlandırıb. Onun fikirincə, bu hadisəyə səbəb Avropa İttifaqına (Aİ) nəzarətsiz miqrasiyasıdır. O, hücumun dərhal qınanılımasını vurğulayıb: "Təəssüf ki, bütün bu hücumlar nəzarətsiz miqrasiyanın və Avropa İttifaqının artıq uzun illərdir həyata keçirdiyi "Wir schaffen das!" ("Biz bunu bacarırıq!" - red.) siyasətinin nəticəsidir".

Qeyd edək ki, bu deyim 2015-ci ildə Almaniyanın ovaxtkı kansleri Angela Merkelin çıxışından sitatdır. Onda Avropa miqrasiya böhranının simvoluna çevrilmişdi. Bu ifadəni ilk dəfə o, 2015-ci il avqustun 31-də səsləndirərək Aİ ərazisinə miqrasiya etmiş çoxsaylı qaçqınların öhdəsindən gəlmək qabiliyyətinə inamını bildirmişdi. Merkel onda bununla ölkəsinin gücünü və birgə səylərin vacibliyini vurğulamışdı.


Həmin dövrdə bu açıqlama Almaniyada ictimai rəyin güclü qütbləşməsinə səbəb olmuşdu. Tərəfdarlar bunu insanlığa çağırış və uğurlu inteqrasiya kimi qəbul, tənqidçilər isə dövlətin həddən artıq yüklənməsi və yuxarı hədlərin olmaması barədə xəbərdarlıq edirdilər.

A.Merkelin o vaxt irəli sürdüyü tezis sonradan Avropa İttifaqında şara çevrildi. Onda keçmiş kansler vətəndaşlarını miqrasiya kimi çətinliklərin öhdəsindən gələcəklərinə də inandırmağa səy göstərmişdi.

Almaniyanın indiki kansleri Fridrix Merts hadisəni "nifrətamiz islamçı terror hücumu" adlandırıb: "Bu həm faciəvi bir hadisədir, həm də alçaq bir əməldir".

O vurğulayıb ki, belə cinayətkarlara, ekstremistlərə Almaniya cəmiyyətində yer yoxdur: "Biz terrorizmin bu zəhərinin və azadlığımıza qarşı yönəlmiş bu zəhərin cəmiyyətimizdə yayılmağa davam etməsinə yol verməyəcəyik. Bütün partiya, fikir ayrılıqlarından asılı olmayaraq, biz cəmiyyətimizin azadlığını qoruyacağıq".

Almaniya hüquq-mühafizə orqanları baş verənləri "islamçı motivlərlə törədilmiş terror aktı" kimi qiymətləndirib.


Belə ehtimal etmək olar ki, Berlində törədilən hadisədən sonra Afrika, Asiya, o cümlədən Yaxın Şərqdən olan qaçqınlara qarşı çağırışa daha bir əsas olar.

Yeri gəlmişkən, 2023-cü il noyabrın 18-dən 19-na keçən gecə Fransanın Roman-sür-İzer şəhərinin La-Monne məhəlləsindən olan bir qrup gənc Drom departamentinin kiçik şəhəri olan Krepolun ictimai zalındakı rəqsdə dava salıb. Hadisə zamanı 16 yaşlı Tomas Perotto adlı fransız ürəyindən bıçaq yarası alıb, xəstəxanaya aparılarkən yolda ölüb.

Bu günlərdə istintaqı aparan hakimlər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlara ağırlaşdırıcı hal olaraq irqçiliklə bağlı maddəni də əlavə ediblər. Yeni ittiham davada iştirak edənlərin "Biz buraya ağları doğramaq üçün gəlmişik!" deyə qışqırdıqlarına dair ifadələr əsasında irəli sürülüb.

Berlin ilə Roman-sür-İzer şəhərindəki hadisələr nəticəsində insan ölümü faktları kəskin qınanılasıdır. Ancaq biri ictimai rəydə çox az deyilən "ağlara qarşı irçiliyi", o biri isə "islam terroru" kimi klassik təbliğat ismarışlarıdır.

"Ağlara qarşı irqçilik" vaxtilə Zimbabvedə, Cənubi Afrika Respublikasında səslənərdi. Onda münbit torpaqları zəbt etmiş Avropa mənşəli iş adamlarının daşınmaz əmlakları müsadirə olunur, aparteidə qarşı mübarizə aparmış hərəkat iştirakçılarına verilirdi.


Hadisələrin inkişafından belə qənaətə gəlmək olar ki, Avropadakı miqrantlara qarşı mübarizə bu iki istiqamətdə davam edəcək. Çünki irəli sürülən başqa ittihamlarla qitədə yerli sakinlər arasında da mühakimə olunanlar yetərincədir.

Hökumət başçılarının məlum çağırışları günahsız, ölkələrindəki rejimlərdən qaçaraq qurtuluşu Avropa ölkələrində tapanların da deportasiya edilməsinə siqnal sayıla bilər. Deportasiya artıq yalnız cinayətkarlara deyil, başqaları üçün də təhdidlər yaradır.

Faridun Tufani adlı Əfqanıstan vətəndaşını bu günlərdə Almaniyadan deportasiya edəcəklər. 46 yaşlı bu əfqan cinayət törətməyib. O, 4 il əvvəl Əfqanıstanda hakimiyyətə gələn "Taliban"çılardan qaçaraq Almaniyaya sığınıb. Bütün bu müddət ərzində o, AFR-də yaşayaraq işləyib və dil öyrənib. Yəqin ki, belə də davam edərdi, əgər əfqanıstanlı aprelin ortalarında avtobusla Romaya qısa bir səyahətə yola düşməsəydi. O, sərhəd nəzarəti zamanı tutulub və birbaşa Münhenin müvəqqəti saxlama yerinə – deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan mərkəzə gətirilib.

Onun günahı Almaniyadan çıxış icazəsinin olmaması imiş. Bu əfqanın yalnız AFR-ə giriş və ölkədə müvəqqəti qalma icazəsi var idi ki, bu da deportasiyadan qorumurdu. İndi bu kişi 2026-cı ildə heç bir məhkumluğu olmadan və ölkənin təhlükəsizliyi üçün heç bir təhdid yaratmadığına baxmayaraq, Kabilə geri göndərilən ilk əfqanıstanlı kimi tarixə düşə bilər. İyulun 22-də onun Almaniyada sığınacaq verilməsi barədə təkrar ərizəsi qəti olaraq rədd edilib. Deportasiya gələn həftəyə planlaşdırılıb. Bildirilib ki, onu məhkum cinayətkarlarla birlikdə çarter reysi ilə Əfqanıstana göndərəcəklər.

Bu isə deportasiya zamanı insanın cinayət törədib-törətməməsinə fərq qoyulmamasını təsdiqləyir.


Avropa ölkələri Əfqanıstanda "Taliban" hökumətini rəsmi olaraq tanımasa da, onlarla əlaqə saxlayır, bu təmasın "texniki xarakter" daşıdığını iddia edirlər.

Aİ ölkələri xüsusən Asiya və Afrika ölkələrindən olan miqrantları istəmədiklərini açıq şəkildə ifadə etməsələr də, onları "islamçı terrorçu", "irqçi" kimi ifadələr əsasında deportasiya edirlər.

AFR-in Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayət törətmiş şəxslər və təhlükəsizlik üçün təhdid yaradanların Əfqanıstan və Suriyaya deportasiyaları həyata keçiriləcək. Məlumata görə, cari qanunvericilik dövrü ərzində artıq məhkumluğu olan 173 Əfqanıstan vətəndaşı bu ölkəyə geri göndərilib.

Bir vaxtlar Avropa dövlətlərinin rəsmiləri miqrantların sığındıqları ölkələrin cəmiyyətinə inteqrasiya etmədiklərini əsas göstərərək multikultural dəyərlərdən imtina edəcəklərini bildirirdilər. İndi onlar həmin çoxmədəniyyətlilikdən imtinanı "islamçı" və "irqçi" kimi ittihamlar adı altında həyata keçirirlər.

Belə ehtiyatsız açıqlamalar nəticəsində Anders Berinq Breyvik kimilər cinayət törədir. 2011-ci il iyulun 22-də, 15 il öncə o, Norveçin paytaxtı Osloda bomba partlayışı törədib, Utoya adasında gənclər düşərgəsini atəşə tutub. Həmin cinayətlər nəticəsində ümumilikdə 77 nəfər ölmüşdü.


Bu il iyulun 24-də İrlandiyanın paytaxtı Dublində türk icmasının ibadət və mədəniyyət mərkəzi kimi istifadə etdiyi Sultan Məcid Təhsil Mərkəzi və Məscidinə Cümə namazı zamanı hücum olub. Onlara mane olmaq istəyən məscidin mühafizə xidmətinin işçisi yumruqla döyülüb.

Sual yaranır: Avropaya insanlar niyə miqrasiya edirlər?

İlk növbədə, orada yaşamaq daha yaxşı görünür. Cəlbediciliyi çoxdur. Onlardan biri də rahat, hüquqların qorunmasının təmin edilməsidir. Bunlar bir qayda olaraq öz vətəndaşları üçündür.

Avropa yalnız dinc siyasi-ictimai motivli mühacirlərə sığınacaq vermir. Onların arasında Aİ-nin maraqlarına uyğun fəaliyyət göstərmiş şəxslər, hətta terrorçular da var. Məsələn, bir zamanlar ASALA, PKK, YPG/PYD kimi terror qruplaşmalarının üzvlərinə Avropa ölkələri də sığınacaq verib. Bu qruplar indi həmin dövlətlərin maraqlarına cavab vermir. Odur ki, onlara diqqəti azaldıblar, ya da diqqətdən kənarda qoyublar.

Vaxtilə Avropa ölkələri qondarma erməni soyqırımını "tanımaq" üçün az qala sıraya düzülmüşdü. İfadənin özü kimi bu tezisin də qondarma olduğunun ifşası uzun sürmədi.

Avropa ölkələri bir vaxtlar Suriya və İraqda fəallıq göstərir, rejim dəyişikliyi və antiterror əməliyyatı həyata keçirirdilər. Həmin ölkələrdən Türkiyəyə sığınan milyonlarla insanı qəbul etmirdilər. Bununla belə, rəsmi Ankaraya təzyiqlər göstərir, keçmiş PKK terror qruplaşmasına və onun qollarına hər cür yardım edir, onları Türkiyəyə qarşı qaldırırdılar. Bu haqsızlığı cümhuriyyətə NATO-dakı müttəfiqləri edirdilər.

Avropanın belə paradoksal addımları çox olub. Bu sayaq davranış indi də davam edir. Cinayətkarları "islamçı"lıqda, "irqçi"likdə ittiham etmək həmin cəmiyyətlərdə plüralizm, dözümlülük, tolerantlığa qarşı olmaqla yanaşı, islamofob təbliğatı gücləndirir.

Odur ki, cinayətkarın dini, milləti olmur. Cinayətkarı törətdiyi əmələ görə ittiham etmək daha doğru olur. Ona fərqli don geydirmək cəmiyyətdə yeni qanunsuz əməllərin törənməsinə şərait yaradır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

26-04-2024, 17:58

İlham Əliyev Berlində "XV Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB-5

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:50
    Bayrağı Zirvəyə Qaldıran Gənclik
  • Bu gün, 18:42
    Adın Qüruru
  • Bu gün, 18:34
    Zəhmətin İşıqlı Yolu
  • Bu gün, 18:18
    Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH
  • Bu gün, 17:46
    Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib
  • Bu gün, 17:06
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • Bu gün, 16:12
    Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
  • Bu gün, 15:39
    "Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib
  • Bu gün, 14:43
    Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
  • Bu gün, 14:21
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Bu gün, 13:39
    Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
  • Bu gün, 12:58
    Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib
  • Bu gün, 11:57
    Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:40
    Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb
  • Bu gün, 11:06
    MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək
  • Bu gün, 10:39
    Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
  • Bu gün, 09:59
    33 yaşlı kişi Qarabağ kanalında batıb
  • Bu gün, 09:37
    KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib
  • Bu gün, 09:16
    "Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb
  • Bu gün, 09:00
    Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
  • Dünən, 18:06
    Ruhun Bayraqla Yüksəlişi
  • Dünən, 16:00
    Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb
  • Dünən, 15:00
    Sabah 40° isti olacaq
  • Dünən, 14:00
    “İran qonşularla münasibətləri bərpa etməyə çalışır”
  • Dünən, 13:30
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 13:00
    Dənizdə batan Ümid müstəntiq işləyirmiş
  • Dünən, 11:00
    İranla bağlı həmin məsələdən narahatdır
  • Dünən, 10:30
    Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
  • Dünən, 10:00
    Xəzərdə zəlzələ oldu
  • 25-07-2026, 18:01
    Bəyaz Aslanın Qələbə Salnaməsi
  • 25-07-2026, 16:20
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 15:24
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 14:54
    Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib
  • 25-07-2026, 12:42
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • 25-07-2026, 12:20
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə