Bu gün Bakıda keçirilən D-8 üzv dövlətlərinin enerji nazirlərinin I görüşü çərçivəsində Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək.
Bu sənəd "təmiz enerji", enerji bağlantısı, karbohidrogenlərin səmərəli idarə edilməsi, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişaf daxil olmaqla əsas prioritetləri və ölkələr arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək.