• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Gündəm / Siyasət

16-05-2026, 11:28

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH


Qazaxıstanın Türküstan şəhəri mayın 15-də mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dünyasının gələcək rəqəmsal inkişaf vektorunu müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə reallaşan bu sammit TDT üzvlərinin birliyi, həmrəyliyi və qlobal arenada vahid güc mərkəzinə çevrilməsi yolunda atılan növbəti strateji addımdır. Görüşün ana xəttini "Süni intellekt və rəqəmsal inkişaf" təşkil edib.

Prezident İlham Əliyevin Türküstana səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə reallaşıb və bir daha göstərir ki, Bakı-Astana münasibətləri regional tərəfdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu iki dost ölkənin əlaqələri Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanı müəyyən edən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, son beş il ərzində Prezident İlham Əliyevin Qazaxıstana 8 rəsmi və işgüzar səfəri, həmçinin K.Tokayevin Azərbaycana 6 qarşılıqlı səfər liderlər arasındakı yüksək səviyyəli siyasi dialoqun, şəxsi etimadın və sarsılmaz iradənin bariz dinamikasını əks etdirir. Bu intensiv, məqsədyönlü təmasların məntiqi və hüquqi zirvəsi olaraq dörd il əvvəl imzalanmış Birgə Bəyannamə, Bakı ilə Astana arasındakı əlaqələri rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bu sənəd qlobal güc mərkəzlərinin rəqabət meydanına çevrilən regionumuzda həm siyasi, həm iqtisadi, həm də xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tam gücü ilə işə düşməsini şərtləndirən nəqliyyat-logistika sahəsində dərin, institusional inteqrasiyanı nəzərdə tutur. Paralel olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan-Qazaxıstan müttəfiqliyi iqtisadi maraqlar və rəsmi protokollar üzərində qurulmayıb. İki dost və qardaş xalq arasında uzun əsrlərə dayanan tarixi əlaqələr, sarsılmaz mənəvi bağlar mövcuddur. 2020-ci ildə Azərbaycan şanlı Zəfəri ilə işğal altındakı ərazilərini azad etdikdə Şuşa ilə qardaşlaşan ilk şəhər də məhz Türküstan oldu. Bu da öz növbəsində çoxəsrlik qardaşlığın və münasibətlərin dərinliyini nümayiş etdirir.

Prezident İlham Əliyev Türküstan sammitində geniş və olduqca strateji məzmunlu çıxış edib. Dövlət başçısı çıxışında həm Azərbaycanın rəqəmsal hədəflərinə, həm də türk dünyasının gələcək geosiyasi çəkisinə dair çox mühüm mesajlar verib. İlham Əliyevin irəli sürdüyü fundamental tezis Türk dünyasının XXI əsrdə qlobal arenada rəqabətədavamlı, nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi hədəfini ehtiva edir. Bu isə öz növbəsində Azərbaycan liderinin sadəcə birlik çağırışı deyil, həm də yeni dünya nizamının arxitekturasını müəyyən edən strateji doktrinadır. Azərbaycan Prezidenti çıxışında bu gün formalaşan çoxqütblü geosiyasi konyukturda türk dövlətlərinin müstəqil güc amili kimi möhkəmlənməsini xüsusilə vurğulayıb. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, TDT-yə üzv dövlətlər iqtisadi, rəqəmsal, nəqliyyat-logistika potensialını vahid mexanizm şəklində birləşdirməsi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Bakı və Astananın həyata keçirdiyi layihələr, xüsusilə "Orta Dəhliz"in rəqəmsal seqmentini təşkil edən Transxəzər fiber-optik kabel xəttinin inşası və Zəngəzur dəhlizinin perspektivləri türk dünyasını təkcə coğrafi baxımdan deyil, həm də qlobal ticarət və rəqəmsal data axınları səviyyəsində qovşaq nöqtəsinə çevirir. Yəni Prezidentin təklif etdiyi bu baxış, əslində, TDT-ni yalnız mədəni-tarixi platforma olmaqdan çıxararaq onu Şərqlə Qərb arasında yeni iqtisadi müvazinət yaradan, rəqəmsal suverenliyi təmin olunmuş və qlobal siyasi qərarların qəbuluna birbaşa təsir göstərən strateji tərəfdaşlıq ittifaqına çevirmək iradəsini nümayiş etdirir. Bu baxışın TDT platformasında təqdim edilməsi də səbəbsiz deyil. Çünki məhz Azərbaycanın TDT-yə sədrliyi dövründə real, icraolunan və genişmiqyaslı layihələrə keçid müşahidə edilib. Prezidentin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan türk dünyasının inteqrasiyasının sadəcə bir diplomatik hədəf olmadığını sübut edərək üzv dövlətlərin "ailə birliyi" fəlsəfəsinə söykənən fundamental geosiyasi reallığa çevirib. Azərbaycanın TDT-yə sədrliyi dövründə iqtisadi əməkdaşlığın genişlənməsi, gömrük və logistik prosedurların sadələşdirilməsi, rəqəmsal ekosistemin birgə inkişafı kimi təşəbbüslər reallaşıb. Bu isə üzv dövlətlərə qlobal böhranlar qarşısında vahid cəbhədən çıxış edən bir ailə ittifaqı kimi operativ qəbul və icra olunan qərarlar verməyə imkan yaradır.

Yuxarıda da qeyd edildiyi kimi, bu gün türk dünyasında birlik və vahid ailə modeli sadəcə bəyanatlarla məhdudlaşmır. Xüsusilə də Azərbaycanın moderatorluğu ilə qlobal miqyaslı nəhəng infrastruktur layihələri reallaşdırılır. Məsələn, Avropa və Asiyanı bir-birinə bağlayan tarixi İpək Yolunun "Rəqəmsal İpək Yolu" layihəsinin ana seqmenti Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər Fiber-Optik Kabel xəttinin artıq yaxın aylarda istifadəyə verilməsi Avrasiyanın geosiyasi xəritəsində yeni bir səhifə açacaq. Azərbaycan və Qazaxıstanın birgə səyi nəticəsində reallaşan bu layihə regionda rəqəmsal infrastrukturun inkişafı baxımından çox önəmlidir. Eyni zamanda, bu, TDT-yə üzv ölkələrin qlobal data axınlarında və rəqəmsal tranzitdə müstəqil operatora çevrilməsini təmin edir. Qərbə uzanan ənənəvi nəqliyyat və enerji dəhlizlərini rəqəmsal infrastrukturla tamamlayan bu layihə türk dünyasını qlobal rəqəmsal iqtisadiyyatın yeni mərkəzinə çevirir və Bakı ilə Astananın regionda yaratdığı texnoloji suverenliyin rəmzi kimi özünü göstərir.

Bu gün dünyada, əsasən də Yaxın Şərqdə gedən proseslər ənənəvi tranzit yollarında yaşanan təhlükəsizlik problemləri, qlobal tədarük zəncirlərinin qırılması fonunda Orta Dəhliz Şərqlə Qərb arasında ən qısa, təhlükəsiz və səmərəli marşruta çevrilir. Bu nəhəng logistik arxitekturanın tam gücü ilə fəaliyyət göstərməsi və rəqabət üstünlüyünün maksimallaşdırılması isə reallaşmaqda olan Zəngəzur dəhlizi layihəsini sadəcə regional deyil, qlobal miqyaslı geosiyasi zərurət kimi önə çıxarır. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Zəngəzur dəhlizinin böyük əhəmiyyətini dəfələrlə qeyd etməsi bir sıra ölkələrdə bu marşruta ciddi maraq yaradıb. Bu gün də ölkə başçısı Türküstanda bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən kritik və tamamlayıcı seqmentidir. Bundan əlavə, sözügedən marşrut türk dünyasının coğrafi bütövlüyünü təmin edir, nəqliyyat xərclərini azaldır və Asiyadan Avropaya daşınan yüklərin hərəkət dinamikasını sürətləndirir. Logistik və nəqliyyat infrastrukturunun fiziki baxımdan tamamlanması ilə yanaşı, bu nəhəng marşrutun rəqabət qabiliyyətinin qorunması Orta Dəhliz boyunca gömrük və inzibati prosedurların radikal şəkildə sadələşdirilməsindən və rəqəmsallaşdırılmasından birbaşa asılıdır. Bu məqsədlə də TDT-nin rəqəmsal doktrinasına uyğun şəkildə inteqrasiya edilən və tətbiq olunan "e-Permit", yəni elektron icazə sistemi transsərhəd daşımalarda bürokratik maneələri aradan qaldıran bir təşəbbüsdür. Quru yolu ilə yükdaşımalar zamanı tələb olunan icazə blanklarının elektron qaydada doldurulması və operativ rejimdə təqdim edilməsi öz növbəsində gömrük-keçid məntəqələrində vaxt itkisini minimuma endirir. Paralel olaraq isə xərcləri azaldır, şəffaflığı maksimum səviyyəyə yüksəldir. TDT-yə üzv dövlətlərin gömrük orqanlarının vahid rəqəmsal ekosistemdə birləşdirilməsi Orta Dəhlizi təkcə coğrafi deyil, həm də inzibati cəhətdən qlobal ticarət üçün ən cəlbedici marşruta çevirir. Beləliklə, innovativ texnologiyaların gömrük idarəçiliyinə tətbiqi yükdaşımaların sürətini qat-qat artırmaqla, Prezident İlham Əliyevin bəyan etdiyi "türk dünyasının rəqəmsal və iqtisadi potensialının birləşdirilməsi" hədəfinin ən uğurlu və praktiki mexanizmlərindən biri kimi çıxış edir.

Türküstan sammiti göstərdi ki, bu gün Türk dünyası rəqəmsal dünyaya sürətli adaptasiyanı özünə əsas prioritet kimi seçib. Məsələn, təşkilatın rəqəmsal doktrinasında süni intellekt texnologiyalarının məsuliyyətli, etik və təhlükəsiz istifadəsi, ondan qanunazidd məqsədlər üçün istifadənin qarşısının alınması kimi prioritetlər artıq müəyyənləşib. Bu kibertəhlükəsizlik və rəqəmsal suverenlik çərçivəsi, türk dünyasının qlobal texnoloji yarışda təkcə bir istehlakçı deyil, həm də milli dəyərlərə və beynəlxalq hüquqa əsaslanan təhlükəsiz rəqəmsal ekosistemin qurucusu olduğunu nümayiş etdirir. Qlobal səviyyədə qəbul edilən bu strateji hədəflərin və gələcək yol xəritəsinin praktiki icrası baxımından yaxın perspektivdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqunun təşkili, həmçinin bu ilin iyun ayında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş "Türk Dünyası Həftəsi"nin reallaşdırılması Azərbaycanın bu birliyə verdiyi çoxşaxəli töhfənin bariz nümunəsidir. Beləliklə, Bakının həm rəqəmsal, həm modern şəhərsalma, həm də köklü elmi-mədəni irs platformalarına ev sahibliyi etməsi Türküstan sammitində verilən qərarların effektli icrasında Azərbaycanın lokomotiv rolunu və türk dünyasının intellektual, rəqəmsal və mənəvi mərkəz missiyasını bir daha təsdiqləyir…(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

22-10-2025, 17:15

Azərbaycan-Qazaxıstan münasibətləri: Türk dünyasında sıx əməkdaşlığa doğru - ŞƏRH

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

21-05-2025, 18:37

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

2-10-2024, 12:36

Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:31
    Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
  • Bu gün, 15:18
    Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yolun bir hissəsi təmir olunacaq
  • Bu gün, 14:51
    Putin: Rusiya 2030-cu ilədək Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayacaq
  • Bu gün, 12:58
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 12:28
    Husilərin Ər-Riyad aeroportuna hücumlarında 3 nəfər ölüb
  • Bu gün, 11:43
    Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:40
    İlham Əliyev: Laçında keçirilən tədbirlər bu diyarın zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan yaradıb
  • Bu gün, 10:11
    Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır
  • Bu gün, 09:23
    İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
  • Bu gün, 08:53
    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • Dünən, 18:24
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 17:48
    Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
  • Dünən, 16:52
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Dünən, 16:19
    Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək
  • Dünən, 15:58
    Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
  • Dünən, 15:09
    Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb
  • Dünən, 14:31
    Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
  • Dünən, 13:05
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Dünən, 12:29
    Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq
  • Dünən, 12:17
    Deputat Azər Allahverənov Nardaran qəsəbəsində “Azərxalça” filialında səyyar qəbul keçirib
  • Dünən, 12:07
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Dünən, 11:33
    İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir
  • Dünən, 11:16
    Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır
  • Dünən, 10:47
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Dünən, 09:59
    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
  • Dünən, 09:38
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Dünən, 09:12
    Paytaxtın Nizami rayonunun dörd küçəsində qaz olmayacaq
  • 7-10-2026, 18:39
    Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
  • 7-10-2026, 18:03
    Sabah Masallının 5 kəndində qaz olmayacaq
  • 7-10-2026, 17:24
    Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb
  • 7-10-2026, 16:55
    HƏMAS-ın məğlubiyyəti – yeni Fələstinin, Yaxın Şərqin qurulması - ŞƏRH
  • 7-10-2026, 16:27
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:29
    Azərbaycanda ötən ay avtobuslardan istifadə edən sərnişinlərin sayı 16 %-dən çox artıb
  • 7-10-2026, 15:00
    Paşinyanın Aİİ-Aİ oyunu Ermənistanı hara aparır? - geosiyasi manevr iqtisadi reallığa təslim olur
  • 7-10-2026, 13:02
    Sabah Bakıda hava yağmursuz olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə