• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycan-Qazaxıstan münasibətləri: Türk dünyasında sıx əməkdaşlığa doğru - ŞƏRH

Gündəm / Siyasət

22-10-2025, 17:15

Azərbaycan-Qazaxıstan münasibətləri: Türk dünyasında sıx əməkdaşlığa doğru - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri, müzakirə edilən mövzular, əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Səfər regionla yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri Azərbaycanın artan nüfuzunu, rəsmi Bakının qlobal oyunçuya çevrildiyini sübut edən önəmli faktorlardan biri sayılır. Astana hava limanında Prezidentin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevin İlham Əliyevi şəxsən qarşılaması və səfər bitdikdən sonra hava limanından yola salması Azərbaycan liderinin nüfuzundan xəbər verir. Bu, Azərbaycan liderinin dünyada və regionda artan nüfuzunun, rəsmi Bakının bir sıra regional məsələlərdə həlledici rolunun, İlham Əliyevin xarici siyasət prioritetlərinin əsas istiqamətinin TDT üzv ölkələri olmasının növbəti təzahürüdür.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciətində Azərbaycan və Qazaxıstanı dost dövlətlər olmaqla yanaşı, qardaş xalq və millətlər adlandırması rəsmi Bakının və məhz İlham Əliyevin TDT çərçivəsində atdığı uğurlu addımlar, birgə layihələri koordinasiya etməsi, bir çox sahədə əməkdaşlığı dərinləşdirməsinin bariz nümunəsidir. Eyni zamanda qazax prezidentin İlham Əliyevin güclü liderliyi altında Azərbaycanın mövqelərini xeyli möhkəmləndirməsi, beynəlxalq arenada nüfuzunu artırması və dünyada regional güc kimi çox mühüm rol oynaması barədə fikrinə də bu prizmadan yanaşmaq lazımdır.


Türk dünyasının iki dövlətinin prezidentlərinin görüşü zamanı Orta Dəhlizin inkişafı birgə layihəsi də təqdim edilib. Layihə Avropa dövlətləri ilə yanaşı, digər türkdilli cümhuriyyətlərinin də Çin və Mərkəzi Asiya ölkələri ilə birləşdirən əsas nəqliyyat-loqistika marşrutudur. Bu layihə regional və qitələrarası ticarəti möhkəmləndirməklə yanaşı, türk dövlətləri arasında da ticarəti asanlaşdırır, TDT-nin strateji və geosiyasi çəkisini artırır. Azərbaycan isə bu yolda əsas və kilid ölkə mövqeyinə malikdir. Türkiyənin və Avropanın Mərkəzi Asiya, Çinlə rabitəsində Azərbaycanın rolu əvəzsizdir. Bu, ölkəmizin strateji mövqeyini gücləndirməklə yanaşı, regional oyunçudan qlobal oyunçuya çevrilməsini sürətləndirir.

Oktyabrın 21-də Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasda çıxış edən Tokayev Prezident İlham Əliyevin səfərinin vacibliyini və mühümlüyünü bir daha vurğulayaraq, strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin, iki ölkə və qardaş xalq arasında dostluğun möhkəmlənməsi baxımından çox böyük önəmə sahib olduğunu qeyd edib. Qazaxıstan Prezidenti eyni zamanda qeyd edib ki, İlham Əliyevin səfərinin Azərbaycan-Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. İki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin Prezident İlham Əliyevin sayəsində baş tutduğunu vurğulayan Kasım-Jomart Tokayev qeyd edib ki, bu gün Azərbaycanın bütün möhtəşəm nailiyyətləri İlham Əliyevin qurucu və güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır.

Qazaxıstan lideri hətta bu mövzuda ABŞ Prezidenti Donald Trampdan da sitat gətirib. Donald Tramp tərəfindən haqlı olaraq qeyd edilib ki, Azərbaycan Liderinin çox güclü mövqeyə malik olmağına rəğmən belə bir çox mühüm sənəd imzalanıb. Tramp bildirib ki, "Bu, Azərbaycanın və Sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir".

İclasda Azərbaycanın Türkiyə ilə Mərkəzi Asiya arasında əlaqə rolu vurğulanıb və Orta Dəhliz regionun inteqrasiyası üçün əsas alət kimi səciyyələndirilib.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, Kasım-Jomart Tokayev keçirilən mətbuat konfransında da Prezident İlham Əliyevi tarixi miqyasda görkəmli dövlət xadimi adlandırıb, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə bəxş etdiyi töhfələrdən söz açıb. Bütün bunlar ondan xəbər verir ki, xarici siyasətini peşəkarcasına quran İlham Əliyev rəsmi Bakının regionda və dünyada nüfuzunu və təsirini dəfələrlə artırıb. İqtisadi islahatlar, enerji siyasəti, logistika layihələri ölkənin inkişafına və rifah səviyyəsinin artmasına böyük təkan verib. Bu gün Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından birinə çevrilib.

Ölkə başçısının Qazaxıstana dövlət səfəri və əldə edilən razılaşmalar, müzakirə edilən mövzular bir daha sübut edir ki, Azərbaycan bir çox sahədə əməkdaşlıq üçün məhz türkdilli dövlətləri üstün tutur. Müdafiə sənayesi, hərbi təlimlər, media sahəsində əməkdaşlıq, elmi-tədqiqat, ticarət və iqtisadiyyat, logistika kimi sahələrdə TDT üzv ölkələr arasında bir fəaliyyət və əməkdaşlıq böyük nəticələr verə bilər. Eyni zamanda türk dünyasında inteqrasiyanı daha da gücləndirə bilər. Prezidentin də Qazaxıstana səfəri Azərbaycanın Mərkəzi Asiyada mövqelərini daha da möhkəmləndirdiyini sübut edir. Eyni zamanda Prezident İlham Əliyev türk dünyası arasında yaxınlaşmanın bələdçisi rolunda çıxış edir, iqtisadi və nəqliyyat layihələrinin inkişafını təmin edir. Bu layihələr TDT üzv ölkələrinin iqtisadi imkanlarını artırmaqla yanaşı, dünyada qurumun nüfuzunu daha da artırmağa xidmət edir.

Astanada İlham Əliyev və Kasım-Jomart Tokayev "Alem.AI" Beynəlxalq Süni İntellekt Mərkəzinə baş çəkib, burada onlara süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdirilib. Bu, Türk Dövlətləri Təşkilatı ölkələri üçün ortaq texnoloji çərçivənin qurulmasında növbəti addım kimi qiymətləndirilməlidir. Oktyabr ayında Qəbələdə keçirilən TDT sammitində Tokayev Astana Beynəlxalq Süni İntellekt Mərkəzinin bazasında Kibertəhlükəsizlik Şurası və Rəqəmsal İnnovasiya Mərkəzinin yaradılmasını təklif edib. O, bəyan edib ki, yeni strukturlar iştirakçıların səylərini səfərbər etməli və hərəkətlərin əlaqələndirilməsini təmin etməlidir. Tokayevin rəqəmsal təşəbbüslər və kibertəhlükəsizlik üçün koordinasiya platformasına çevrilməsini təklif etdiyi mərkəz "Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası"nın özəyinə çevrilə bilər.

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr innovasiya və texnoloji tərəfdaşlıq ilə yeni qarşılıqlı fəaliyyət sistemi qurur. Süni intellekt, kibertəhlükəsizlik sahələrində birgə layihələr üzv ölkələr arasında inteqrasiya və əməkdaşlığı daha da gücləndirəcək, vahid texnoloji sxemin yaradılmasını dəstəkləyəcək. Alyansa üzv ölkələr artıq bu sahə üzrə aktiv fəaliyyətə başlayıblar. Bir müddət əvvəl Bakıda keçirilən media forumda rəqəmsal transformasiya layihələri də müzakirə edilib. Beləliklə, TDT ölkələri tədricən hərtərəfli əməkdaşlıq qururlar - media kommunikasiyalarından tutmuş kibertəhlükəsizliyə qədər. Rusiyanın regionda təsirinin azalması fonunda bu proseslər türk alyansının Mərkəzi Asiyanın informasiya və texnoloji məkanında öz qaydalarını müəyyən etməyə başlaması deməkdir.

Bütün bunlar deməyə əsas verir ki, artıq türk dünyası demək olar ki, bütün sahələrdə sıx əməkdaşlığa start verib. Prezidentin Qazaxıstan səfəri isə TDT ölkələrinin texnoloji formatda da əməkdaşlığa başladığı məlum olub. Prezident İlham Əliyevin xüsusi səyi və xidmətləri isə TDT-nin geosiyasi subyektə çevrilməsi ilə nəticələnir. Türk dilli ölkələr artıq təkcə regionda yox, dünyada söz sahibi olma yolunda inamlı addımlar atırlar...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

3-10-2025, 16:56

Tokayev gələn həftə Azərbaycana səfər edəcək - RƏSMİ

Gündəm / Siyasət

14-01-2025, 15:59

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı

Gündəm / Siyasət

9-08-2024, 18:09

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Gündəm / Siyasət

12-07-2024, 14:00

İlham Əliyevin Pakistana dövlət səfəri başa çatdı

Gündəm / Cəmiyyət

6-07-2024, 18:32

Tokayevin səfəri başa çatdı

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • Dünən, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Dünən, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Dünən, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dünən, 15:37
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • Dünən, 15:08
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • Dünən, 14:51
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 13:05
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • Dünən, 12:13
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • Dünən, 11:38
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • Dünən, 10:17
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • Dünən, 09:43
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • Dünən, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:56
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 19:00
    SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
  • 28-07-2026, 18:30
    Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
  • 28-07-2026, 18:02
    Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib
  • 28-07-2026, 17:47
    Tramp İranın Pikaks dağındakı nüvə obyektinin məhv ediləcəyini vəd edir
  • 28-07-2026, 17:13
    Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
  • 28-07-2026, 16:55
    Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir
  • 28-07-2026, 16:23
    Sahibə Qafarova Efiopiyada səfərdədir
  • 28-07-2026, 15:40
    Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH
  • 28-07-2026, 15:06
    Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır
  • 28-07-2026, 14:46
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:18
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 13:58
    Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
  • 28-07-2026, 13:09
    Deputat Azər Allahverənovla ASAN könüllülərinin görüşü təşkil olunub
  • 28-07-2026, 12:10
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
  • 28-07-2026, 11:05
    Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
  • 28-07-2026, 10:24
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:01
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:47
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:27
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • 28-07-2026, 08:59
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 18:50
    Bayrağı Zirvəyə Qaldıran Gənclik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə