Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri TDT Katibliyinin institusional və rəqəmsal potensialının gücləndirilməsinə dair qərar imzalayıblar.
"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, sənəd qeyri-rəsmi sammit çərçivəsində imzalanıb.
Bundan əlavə, TDT ölkələri təşkilatın Baş katibinin müavininin təyin edilməsi barədə qərar qəbul ediblər.