Qazaxıstan Türkiyənin "TDT+" formatının yaradılması təklifini dəstəkləyib.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu formata qoşulmaq istəyən bütün ölkələr üçün aydın meyarlar olmalıdır.
K.Tokayev həmçinin TDT-nin hərbi alyans olduğu iddialarını rədd edib.