• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH

Gündəm / Siyasət

21-04-2026, 16:25

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH


Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca daxili siyasi ab-hava getdikcə daha mürəkkəb hal almağa başlayıb. Bir tərəfdən müxalifət, digər tərəfdən kilsə və diaspor Baş nazirə Nikol Paşinyana qarşı müxtəlif kampaniyalar aparır, seçkidə qalib gəlmək üçün isə koalisiyalar qururlar. Bununla belə, Ermənistanda keçirilən sorğuların nəticələri də göstərir ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının reytinqi müxalifətin reytinqindən daha yüksəkdir və seçkilərdə qələbə qazanmaq şansı daha böyükdür. Bu seçkilərə Baş nazirin komandası daha real və region üçün faydalı şüarla, sülh və iqtisadi inteqrasiya şüarı ilə qoşulur. Bu da sadə erməni seçicisinin əslində ürəyindən xəbər verir.

Son günlər isə həm Baş nazirin, həm də digər rəsmilərin Azərbaycanla sülhə dair ardıcıl mesaj və açıqlamalar verməsi də təsadüfi deyil. Bu, həm regional reallıqların diktəsi, həm də daxili-siyasi balansın yenidən formalaşması ilə bağlıdır. Postmüharibə dövründə regionda yaranan reallıqlar fonunda hakim komanda dərk etdi ki, artıq əvvəlki maksimalist yanaşmalar işləmir, daha real, nəticəyönümlü siyasət yürütmək hava və su kimi vacibdir. Paralel olaraq isə iqtisadi faktorları da gözardı etmək olmaz. Uzun illər davam edən blokada elementləri, investisiya çatışmazlığı və regional layihələrdən kənarda qalma riski Ermənistan üçün kommunikasiyaların açılmasını və Azərbaycanla münasibətlərin normallaşmasını faktiki olaraq inkişaf strategiyasının əsas sütununa çevirib. Artıq rəsmi İrəvan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan heç bir inkişafdan söhbət belə gedə bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın daxili siyasətində də gərginlik və siyasi mübarizə müşahidə olunur. Rusiyanın təsir dairəsində qalmaq istəyən qüvvələrin əsas məqsədi sülh prosesini ləngitmək, İrəvanı yenidən Moskvanın orbitinə qaytarmaqdır. Bunun üçün isə müəyyən sabotaj fəaliyyətlərindən çəkinməyəcəklərinin siqnalı da verilib. Çünki onlar üçün gərginlik və xaos həm də öz mövcudluqlarını qorumağa xidmət edir.

Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarına sülh gündəliyi ilə yanaşı, bu prizmadan da yanaşmaq lazımdır. Erməni hökumət başçısının ritorikası həm rəsmi Bakıya sülhə sadiqliklə bağlı mesaj, həm də daxili auditoriyaya yönəlmiş mesajdır. Açıqlamada bir çox mesajlar var ki, onlardan ən vaciblərindən biri "Yeni konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir" fikridir. Paşinyanın bu tezisi səsləndirməsi əslində regionda formalaşmış yeni siyasi-hüquqi reallıqların gecikmiş, amma qaçılmaz etirafı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün haqlı tələblərindən də biri məhz bu maddənin çıxarılması idi. Azərbaycan ilə davamlı sülhün əldə olunması üçün Ermənistanın hüquqi bazasında ərazi iddialarına zəmin yaradan müddəaların aradan qaldırılmasını prinsipial şərt kimi irəli sürülmüşdü və bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı üçün kifayət qədər əsaslı idi. Xüsusilə Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan və dolayı şəkildə Azərbaycan ərazilərinə iddia kimi şərh oluna bilən müddəalar sülh müqaviləsinin imzalanması qarşısında ciddi hüquqi və siyasi maneə kimi çıxış edirdi. Bir müddət nala-mıxa vuran erməni hökuməti artıq regiondakı güc balansını, siyasi reallıqları, geosiyasi atmosferi düzgün dəyərləndirib və ölkənin maraqlarının və mövcudluğunun daha real prizmadan yanaşmaqla təmin edəcəyini dərk edib. Nəticə isə İrəvanın bu istiqamətdə atdığı addımlar təkcə iki ölkə arasında münasibətləri normallaşdırmır, eyni zamanda Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın təmininə töhfə verir.

Erməni siyasətçinin açıqlamalarındakı digər vacib məqam isə onun Qarabağ hərəkatı ilə bağlı fikridir: "Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, sülhün mümkün olmayacağı anlamına gələcək. Gəlin özümüzə sual verək - əziz Ermənistan Respublikasının vətəndaşları, bunu istəyirik, ya yox?!" İlk olaraq, qeyd edək ki, bu fikirlər Paşinyan tərəfindən son dövrlər bir neçə dəfə səsləndirilib və əslində Ermənistanın gələcək strateji kursunu müəyyənləşdirən siyasi doktrinadır. Çünki elə Konstitusiya dəyişikliyi məsələsinin də kökündə bu hərəkata qarşı bir sezgi var. Çünki Müstəqillik Bəyannaməsinə istinad etmək əslində Qarabağ hərəkatının ideoloji davamı deməkdir. Bu isə rəsmi Bakının qırmızı xəttidir, səbir kasasının daşması deməkdir. Paşinyan isə Bakının belə bir vəziyyətdə necə reaksiya verə biləcəyini gözəl anlayır, eyni zamanda bilir ki, belə bir vəziyyət Azərbaycanla qarşıdurma riskini yenidən gündəmə gətirir və sülh perspektivini sıfırlayır. Bunun üçün seçkidən öncə bütün aktorlara mesaj ötürərək, qəti surətdə bunun əleyhinə olduğunu nümayişkaranə şəkildə göstərir.

Paralel olaraq isə bu açıqlamanın digər siyasi mesajı daxili auditoriyaya yönəlib. Söhbət keçmiş hakimiyyətlə bağlı olan, revanşist ritorikanı qorumağa çalışan və xarici təsir mərkəzləri ilə əlaqələri olan fiqurlardan gedir. Onlardan biri Kreml ilə yaxınlığı ilə seçilən Robert Köçəryan, digər əsas fiqur isə Kremlin peyki olaraq iqtisadi rıçaqlara sahib Samvel Babayandır. Paşinyan bu şəxslərə və onların havadarlarına mesaj ötürür ki, köhnə model artıq iflasa uğrayıb və onu dirçəltmək cəhdləri Ermənistan üçün yeni risklərdən başqa heç nə vəd etmir. Bu qüvvələrin müxtəlif formalarda sülh prosesini ləngitmək, ictimai rəyi manipulyasiya etmək və ölkəni yenidən qarşıdurma müstəvisinə qaytarmaq cəhdləri fonunda Paşinyanın sərt ritorikası həm də siyasi iradə nümayişidir. Eyni zamanda isə Paşinyan seçicilərinə də mesaj ötürür ki, revanşistlərin dirçəlməsi, Qarabağ hərəkatının davam etməsi yeni müharibə ilə nəticələnə bilər. 2020-ci il müharibəsini unuda bilməyən sadə erməni vətəndaşı üçün isə bu açıq mesaj sayılır. Sandıq başında kimə səs verəcəyi onun gələcək taleyini həll edəcək.

Qeyd etdiyimiz kimi, Paşinyanın bu açıqlaması həm də xarici aktorlara ünvanlanmış mesajdır. İrəvan artıq əvvəlki kimi geosiyasi rəqabətin aləti olmaq istəmir və xüsusilə Kremllə bağlı təsir mexanizmlərinin daxili siyasət üzərində dominant rol oynamasına qarşı daha açıq mövqe sərgiləyir. Çünki 2020-ci il müharibəsi göstərdi ki, Qarabağ hərəkatı adı altında yürüdülən siyasət Ermənistanı nə hərbi, nə siyasi, nə də iqtisadi baxımdan dayanıqlı nəticəyə gətirməyib, əksinə, onu təcridə və asılılığa sürükləyib. Azərbaycan isə öz növbəsində sülh üçün hüquqi əsaslarda ərazi iddialarının qaldırılması ilə bağlı mövqeyinin dəyişməz olduğunu, prinsipal olduğunu göstərib. Eyni zamanda regionda iqtisadi inteqrasiya imkanları yaranıb və onu sülh gündəliyi ilə daha da irəli aparmaq olar. Məhz bu səbəblər bu gün Paşinyanı bu tip açıqlamalar verməyə vadar edir. Baş nazir gözəl dərk edir ki, ya destruktiv təsirlərdən və iflasa uğramış siyasi doktrinalardan imtina edərək sülh və inteqrasiya yolunu seçəcək, ya da həmin qüvvələrin təsiri altında qalaraq yeni qarşıdurma və itkilər riskini üzərinə götürəcək. Bu baxımdan, səsləndirilən fikirlər Paşinyanın sülhə baxışının realist, praqmatik və regionun dəyişmiş geosiyasi arxitekturasına uyğunlaşmağa hesablanmış konseptual yanaşmanın aydın ifadəsi kimi çıxış edir.

Ermənistanın Baş nazirinin açıqlamalarında Azərbaycan və Türkiyə ilə münasibətlərdə üçüncü tərəf vasitəçiliyi modelindən imtina edərək birbaşa dialoqa üstünlük verilməsi ilə bağlı fikri də sübut edir ki, rəsmi İrəvan xarici siyasət kursunda və fəlsəfəsində ciddi dəyişikliyə gedir. Bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev məhz birbaşa dialoqun vacibliyindən, üçüncü tərəflər olmadan daha konstruktiv danışıqlar və nəticələr əldə etməyin mümkünlüyünü bildirmişdi. Ermənistanın Baş naziri isə bu reallığı gec də olsa dərk edərək, qəbul edir ki, uzun illər vasitəçi modeli danışıqların effektivliyini zəiflədir, real nəticələr əldə etmək çətinləşir və sülh prosesi ləng irəliləyirdi. Çünki istər-istəməz üçüncü tərəflərin öz geosiyasi maraqları, regional təsəvvürləri və təsir imkanları bu prosesi obyektiv vasitəçilikdən daha çox rəqabət alətinə çevirirdi ki, bu da Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına mane olurdu. Rəsmi İrəvanın birbaşa dialoqa keçid qərarı həm də suveren qərarvermə iddiasının gücləndirilməsi, xarici təsir rıçaqlarının minimallaşdırılması və nəticəyönümlü diplomatiyaya keçid kimi qiymətləndirilə bilər.

Paralel olaraq isə Ermənistanın regional əməkdaşlıq platformaları, xüsusən də "3+3" platforması barədə açıqlaması da təsadüfi deyil. Bu format əslində problemlərin region daxilində region ölkələri vasitəsilə həlli, kənar müdaxilə təsirini azaltmağa yönəlib. Paşinyanın da məhz bu platforma barədə açıqlaması göstərir ki, Ermənistan artıq regiondaxili əməkdaşlığı alternativsiz inkişaf modeli kimi qəbul etməyə başlayır. Bu yanaşma eyni zamanda Azərbaycanın uzun müddətdir irəli sürdüyü kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri ilə üst-üstə düşür.

Beləliklə, İrəvanın yeni ritorikası və praktiki addımları onu göstərir ki, Ermənistan tədricən qarşıdurma siyasətindən imtina edərək regionda təqdim olunan bütün əsas layihə və platformalarda iştirak etməyə, tranzit imkanlarından yararlanmağa, iqtisadi dividendlər əldə etməyə və ən əsası, dayanıqlı sülh mühitində inkişaf etməyə yönəlmiş praqmatik kurs seçir. Bu isə bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşması üçün mühüm zəmin yaradır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

3-10-2025, 16:01

Paşinyana etimadsızlıq çağırışı - Köçəryan Moskvadan imdad istəyir - ŞƏRH

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

2-07-2024, 14:06

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Gündəm / Siyasət

6-06-2024, 16:21

Tərk-silah edilən diaspora, kilsə və lobbi: Ermənistanın əsas problemi - TƏHLİL

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:50
    Bayrağı Zirvəyə Qaldıran Gənclik
  • Dünən, 18:42
    Adın Qüruru
  • Dünən, 18:34
    Zəhmətin İşıqlı Yolu
  • Dünən, 18:18
    Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH
  • Dünən, 17:46
    Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib
  • Dünən, 17:06
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • Dünən, 16:12
    Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
  • Dünən, 15:39
    "Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib
  • Dünən, 14:43
    Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
  • Dünən, 14:21
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Dünən, 13:39
    Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
  • Dünən, 12:58
    Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib
  • Dünən, 11:57
    Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
  • Dünən, 11:40
    Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb
  • Dünən, 11:06
    MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək
  • Dünən, 10:39
    Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
  • Dünən, 09:59
    33 yaşlı kişi Qarabağ kanalında batıb
  • Dünən, 09:37
    KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib
  • Dünən, 09:16
    "Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb
  • Dünən, 09:00
    Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
  • 26-07-2026, 18:06
    Ruhun Bayraqla Yüksəlişi
  • 26-07-2026, 16:00
    Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb
  • 26-07-2026, 15:00
    Sabah 40° isti olacaq
  • 26-07-2026, 14:00
    “İran qonşularla münasibətləri bərpa etməyə çalışır”
  • 26-07-2026, 13:30
    Prezident həmkarını təbrik etdi
  • 26-07-2026, 13:00
    Dənizdə batan Ümid müstəntiq işləyirmiş
  • 26-07-2026, 11:00
    İranla bağlı həmin məsələdən narahatdır
  • 26-07-2026, 10:30
    Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
  • 26-07-2026, 10:00
    Xəzərdə zəlzələ oldu
  • 25-07-2026, 18:01
    Bəyaz Aslanın Qələbə Salnaməsi
  • 25-07-2026, 16:20
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 15:24
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 14:54
    Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib
  • 25-07-2026, 12:42
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • 25-07-2026, 12:20
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə