• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Gündəm / Siyasət

18-04-2026, 14:40

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH


2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Azərbaycan da öz növbəsində bu platformaya ilk gündən siyasi və diplomatik dəstək verən ölkə olub. Təsadüfi deyil ki, məhz 2021-ci ildə baş tutan forum çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri postmüharibə dövründə ilk dəfə olaraq eyni müzakirə platformalarında çıxış ediblər və regional sülh prosesi açıq şəkildə müzakirə olunub. Son illər dünyada baş verən hadisələr, regional münaqişələr, bu münaqişələrin qlobal ticarətə və dünya ölkələrinə təsiri, Yaxın Şərq regionunda gedən proseslər fonunda artıq Antalya Diplomatiya Forumu sadəcə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyaların müzakirə edildiyi bir məkan deyil, eyni zamanda regional güc mərkəzlərinin strateji baxışlarının toqquşduğu və uzlaşdırıldığı mühüm diplomatik tribunaya çevrilib. Buna görə də forum Cənubi Qafqaz regionu və Azərbaycan üçün təkcə iştirak edilən diplomatik görüş məkanı deyil. Həm də dərin geosiyasi və strateji məzmuna malikdir.

Bu forum balanslaşdırılmış, çoxvektorlu və əsas hədəf milli maraqlar olan xarici siyasət kursunu prioritet seçən Azərbaycan üçün mövqeyini qlobal miqyasda sistemli şəkildə təqdim etmək üçün bir alət rolunu oynayır. Rəsmi Bakı bu görüşlər və müzakirələr vasitəsilə 2020-ci il müharibəsindən sonra regionda yaranmış yeni reallıqları, iqtisadi regional və qlobal layihələri, bölgənin təhlükəsizlik arxitekturası ilə bağlı baxışlarını, bir çox ölkələrlə əməkdaşlıq təşəbbüslərini çatdırmaq imkanı əldə edir. Forum çərçivəsində Azərbaycan rəsmilərinin keçirdiyi çoxsaylı və yüksəksəviyyəli görüşlər də ölkənin etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Buna görə də əminliklə söyləmək olar ki, Antalya Diplomatiya Forumu Azərbaycan üçün sadəcə iştirak edilən beynəlxalq tədbir deyil, həm də ölkənin artan diplomatik çəkisinin təsdiqləndiyi, regional təşəbbüslərinin irəli çəkildiyi və qlobal siyasi diskursda fəal, təşəbbüskar aktor kimi mövqeyinin daha da möhkəmləndirildiyi strateji əhəmiyyətli platforma kimi çıxış edir.

Forum çərçivəsində İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdə iki ölkə arasında strateji müttəfiqlik bütün istiqamətlər üzrə müzakirə olunub. Bu dialoq "bir millət-iki dövlət" prinsipinin real siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri üzərində qurulduğunu göstərir. Regiondakı son proseslər fonunda təhlükəsizlik, geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin logistika, nəqliyyat dəhlizləri və enerji ixracı əsas mövzular olub. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu bir daha vurğulanıb. Moldova prezidenti Maya Sandu ilə görüşdə isə Aİ ilə əməkdaşlıq, enerji təhlükəsizliyi və logistika marşrutları diqqət mərkəzində olub. Bu müzakirələr Azərbaycanın Avropanın enerji təminatında artan rolunu və qlobal səviyyədə mövqeyinin gücləndiyini göstərir. Prezidentin Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl Şaara ilə görüşü Azərbaycanın Yaxın Şərqdə proseslərə aktiv yanaşdığını nümayiş etdirir. Görüşdə bərpa prosesi, humanitar problemlər və infrastrukturun yenidən qurulması müzakirə olunub, Azərbaycanın postmünaqişə təcrübəsi ön plana çəkilib. Şimali Kipr prezidenti ilə görüş isə türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. İlham Əliyev siyasi və mənəvi dəstəyin davam edəcəyini vurğulayıb ki, bu da ortaq maraqlara əsaslanan əməkdaşlığın praktik xarakter aldığını göstərir.

Forum çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşünə iki ölkə münasibətlərinin normallaşma prosesində parlament diplomatiyasının artan rolu və dialoqun davamlılığının nümayişi prizmasından baxmaq lazımdır. Aparılan müzakirələr və danışıqlar isə göstərir ki, artıq gündəm sadəcə təhlükəsizlik deyil, həm də iqtisadi inteqrasiya da əsas prioritet olaraq seçilir. Nəticə etibarilə, Antalya Diplomatik Forumu həm də Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə dəstək verən bir mexanizm kimi də rol oynayır.

Bundan əlavə, Prezidentin köməkçisi Hikmət Hacıyevin Forum çərçivəsində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasını əks etdirən mühüm mesaj kimi qiymətləndirilir. O, regionda üç və çoxtərəfli əməkdaşlıq modelinin formalaşdığını vurğulayaraq Cənubi Qafqazda inteqrasiyanın yeni mərhələyə keçdiyini qeyd edib. Bu prosesdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin əsas dayaqlardan biri olduğu bildirilib. Eyni zamanda nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirərək onu regional iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevirir. H.Hacıyev postmünaqişə dövründə sülh gündəliyinin irəlilədiyini də vurğulayıb. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və əməkdaşlığa keçidin gücləndiyini göstərir. Azərbaycanın Zəngəzur dəhlizi və digər bağlantı layihələri isə regionda yeni iqtisadi xəritənin formalaşmasına, həm infrastrukturun inkişafına, həm də siyasi etimadın artmasına xidmət edən strateji amil kimi təqdim olunur.

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın da Forumda verdiyi mesajlar əslində həm region, həm də dünya dövlətlərinə yönəlib. Ərdoğanın Ermənistanla normallaşdırma prosesi ilə bağlı açıqlaması əslində Ankaranın regionda uzunmüddətli sabitlik strategiyasına əsaslandığını, Azərbaycanla daim koordinasiyalı addımlar atdığını bir daha təsdiqləyir. Bu sübut edir ki, Türkiyə regionda birtərəfli yox, rəsmi Bakı ilə sinxron və qarşılıqlı maraqlara əsaslanan siyasət aparır. Ərdoğanın münaqişəyə yanaşması təkcə ikitərəfli münasibətlərin bərpası deyil, daha geniş geosiyasi balansın qurulmasına hesablanıb. Bu da öz növbəsində sülh prosesinin legitimliyini artırır, Ermənistan üçün yeni reallıqları qəbul etməyə yardım edir. Qısacası, Ankara və Bakı koordinasiyalı fəaliyyətlə Cənubi Qafqazda davamlı sülh və regional inteqrasiyanın təminatçısı rolunda çıxış edirlər. Türkiyə liderinin qlobal istiqamətə böhranı ilə bağlı açıqlaması da beynəlxalq münasibətlər sisteminin dərin struktur problemlərindən xəbər verir. Onun qeyd etdiyi kimi, problemi təkcə güc balansının dəyişməsində axtarmaq lazım deyil. Burada əsas problem qaydalara əsaslanan sistemin selektiv yanaşması və institutların effektivliyini itrməsidir. Yəni, rəsmi Ankara qlobal düzənin legitimlik böhranı yaşadığını üzə çıxarır və beynəlxalq qurumların real təhlükə və münaqişələr zamanı adekvat davranmadığını bildirir. Forum platformasından istifadə edən Türkiyə daha ədalətli, inklüziv və funksional beynəlxalq sistemin formalaşmasına çağırış edir.

Forumdakı görüşlər və çıxışlar, açıqlamalar göstərir ki, artıq müasir dünya sürətlə dəyişən və çoxqütblü xarakter alan yeni düzənə daxil olur. Amma bu proseslə bərabər, mövcud qlobal sistem artıq çağırışlara cavab vermir, yeni əməkdaşlıq modellərinə ehtiyac yaranıb. Belə reallıq fonunda regional aktor olan Azərbaycanın rolu daha da artır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, sülh təşəbbüsləri kimi ciddi mövzularda rəsmi Bakı dünyanın yeni geosiyasi arxitekturasının formalaşmasına töhfə verir.

Qısacası, bu gün Antalya Diplomatiya Forumu Davos və Münxen Təhlükəsizlik Konfransı kimi qlobal platformalarla rəqabət apara biləcək səviyyəyə çatıb. Azərbaycanın bu prosesdə ilk gündən aktiv olması isə rəsmi Bakının uzaqgörən xarici siyasətinin nəticəsidir. Bu Forum çərçivəsində baş tutan görüşlər, diplomatik təmaslar, verilən açıqlamalar sübut edir ki, rəsmi Bakı bu gün beynəlxalq münasibətlər sistemində sadəcə bir izləyici deyil. Azərbaycan həm də strateji təşəbbüslər irəli sürən, qlobal siyasi diskursu formalaşdıran bir dövlətdir. Ermənistanla sülh prosesi, enerji və logistika sahəsindəki layihələr, Türk dünyası ilə bağlı atılan addımlar, Yaxın Şərqdəki sülh prosesinə töhfə vermək Azərbaycanı həm Şərq, həm də Qərb üçün əvəzolunmaz, etibarlı tərəfdaşa çevirir...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

3-07-2025, 16:24

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:26
    FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
  • Bu gün, 15:42
    İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
  • Bu gün, 13:15
    ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 12:54
    Bazar günü Bakıda 33 dərəcə isti olacaq
  • Bu gün, 12:16
    Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik
  • Bu gün, 11:48
    Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
  • Bu gün, 10:59
    HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
  • Bu gün, 10:39
    İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb
  • Bu gün, 09:49
    Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
  • Bu gün, 09:32
    BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
  • Bu gün, 09:16
    Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
  • Dünən, 18:48
    "Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH
  • Dünən, 17:35
    Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb
  • Dünən, 15:00
    Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub
  • Dünən, 14:01
    Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
  • Dünən, 13:27
    Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
  • Dünən, 13:14
    Tovuz döyüşlərinin qəhrəmanlarına həsr edilən tədbir keçirilib
  • Dünən, 12:59
    Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:38
    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:52
    İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:32
    Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir
  • Dünən, 09:25
    DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
  • Dünən, 09:11
    Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
  • Dünən, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 16-07-2026, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • 16-07-2026, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • 16-07-2026, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • 16-07-2026, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • 16-07-2026, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 16-07-2026, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • 16-07-2026, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • 16-07-2026, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • 16-07-2026, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • 16-07-2026, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • 16-07-2026, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə