Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edilib ki, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.
Xatırladaq ki, Hikmət Məmmədov (Babaoğlu) Milli Məclisin deputatıdır.