• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Dadaşpur Eldar Yefrim oğlu

Gündəm / Cəmiyyət

1-03-2026, 14:09



8 may 1976-cı ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.

1982-1993-cü illərdə Xudat şəhəri, Telman Fərzəliyev adına 1 saylı tam orta məktəbində on bir illik təhsil alıb.
1993-1997-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq məktəbində kursant olub, yüksək təhsil göstəriciləri ilə oxuyub və leytenant rütbəsində bitirib.

1997-ci il iyul ayının 31-də Sumqayıt şəhərindəki “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün, kəşfiyyat taqımının komandiri vəzifəsində xidmətə başlayıb. 2000-2010-cu illərdə AR SQ-nin Beyləqan, Şəmkir, Qazax rayonlarındakı “N” saylı hərbi hissələrində kəşfiyyat bölüyünün komandiri, kəşfiyyat rəisinin köməkçisi, kəşfiyyat rəisi vəzifələrində nümunəvi xidmətini davam etdirib. 2010-2016-cı illərdə Xocavənd rayonundakı və H.Z.Tağıyev qəsəbəsindəki “N” saylı hərbi hissələrdə kəşfiyyat bölməsinin rəisi-qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi, kəşfiyyat bölməsinin rəisi-kəşfiyyat rəisi vəzəfələrində xidmət edib. 2016-2020-ci illərdə Müdafiə Nazirliyinin Döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin motoatıcı qoşunların hazırlığı şöbəsinin kəşfiyyat üzrə baş zabiti, kəşfiyyat şöbəsi rəisinin məlumatların toplanması və təhlili üzrə baş köməkçisi vəzifələrini icra edib. 2020-2021-ci illərdə Müdafiə Nazirliyinin Döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin motoatıcı qoşunların hazırlığı şöbəsinin kəşfiyyat üzrə baş zabiti, Döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin quru qoşunların hazırlığı şöbəsinin kəşfiyyat üzrə (xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə) baş zabiti vəzifələrində peşəkarcasına, qüsursuz xidmət edib.
O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi illərdə baş leytenant (1999-cu il), kapitan (2002-ci il), mayor (2006-cı il), polkovnik-leytenant (2016-cı il) hərbi rütbələri ilə mükafatlandırılıb. Peşəkar kəşfiyyatçı, Vətəninə qüsursuz və nümunəvi xidmət edən intizamlı hərbçi kimi xidmət etdiyi 28 ildə hamıya örnək olası bir həyat və döyüş yolu keçib.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyalardan (iki həftə sonra düşmən tərəf dinc yaşayış məntəqələri-mizə ballistik raketlərdən atəş açmağa başlayıb) istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribatını və Silahlı Qüvvələrimizin əks hücum əməliyyatlarına başladığını nəzərə alaraq o da xidmət etdiyi hərbi hissənin heyəti ilə birlikdə döyüş bölgəsinə ezam olunub. Sentyabrın 18-də Gəncə şəhərində səfərbərlik üzrə yaradılan Ordu Korpusunun kəşfiyyat rəisinin məlumatların toplanması və təhlili üzrə köməkçisi vəzifəsində hərbi tapşırıqların icrasına başlayıb. Cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları və kəndləri, Hadrut qəsəbəsi istiqamətlərində döyüş taktikasına uyğun manevrlərin edilməsi, döyüşə hazırlıqla bağlı vəziyyətin öyrənilməsi, məlumatların toplanması və s. hərbi sirr sayılacaq hərəkətlərin icrası ilə əlaqədar 10 gün əvvəl həmin ərazilərdə olaraq komandanlığın tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Cəbhə bölgəsinin bütün rayonlarında ön xətdə hərbi xidmətini şərəflə yerinə yetirib.
Hücum istiqamətində yaradılmış qruplaşmanın komandanlıq heyətinin tərkibində döyüşüblər. Bu komandanlıq heyəti isə Azərbaycanın hərb tarixində peşəkarlığı və hərbi bilikləri, döyüş taktikaları və təcrübələri ilə sayılıb seçilən yüksək rütbəli hərbçilərdən ibarət idi. Milli Qəhrəman polkovnik Şükür Həmidov (İkinci Qarabağ müharibəsinin şəhidi. Nur icində yatsın igidlərimiz), general-leytenant (sonradan polkovnik) Ənvər Əfəndiyev, general-mayor Bilal Cumpozov, general-leytenant Mais Barxudarov, polkovnik-leytenant Rahib Canbaxışov qruplaşmanın heyətində idilər. Əlaqəli şəkildə döyüşü idarəetmədə birgə çalışıblar və nəticə də göz qabağındadır. Zəfərimiz beləcə qazanıldı.
Təcrübəli və peşəkar kəşfiyyatçı olaraq ona həvalə olunmuş bütün tapşırıqları can-başla yerinə yetirib. Hələ bircə onu qeyd etsək ki, döyüş taktikasına uyğun üç tankla qarşı tərəfdəki ermənilərin arxa hissəsinə keçərək onlara hücum etmək, düşmən tərəfdə vahimə yaratmaq, onları qorxudaraq mövqelərini qoyub qaçmalarına nail olmaq. Bu cür kəşfiyyat tapşırıqları çox olub. Eldar çevik və cəsarətli olması, cəsur və qorxmazlığı ilə komandanlığın və silahdaşlarının yaddaşında beləcə qalıb.
Oktyabrın 19-da Həkəri istiqamətində, Dağtumas kəndi yaxınlığında düşmən tərəfindən atılan tank əleyhinə karnit markalı raketin yaxınlıqda partlaması nəticəsində göz, sağ çiyin, qarın, ayaq nahiyələrindən çoxsaylı mərmi qəlpələri alaraq yaralanıb. 20 gün Salyan rayon mərkəzi xəstəxanasında müalicə olunduqdan sonra Beyləqana gedərək yenidən döyüş yoldaşlarına qoşulmaq istəyib. Elə həmin gün ordumuzun Zəfər çaldığını eşidib və sevincini xidmət etdiyi hərbi hissənin heyət üzvləri ilə bölüşüb. Bu qədər ağır və dəhşətli savaşın ordumuzun qələbəsi ilə bitməsi, haqq işimizin, ədalətin qalib gəlməsi olduqca qürurverici haldır.
Müharibə zəfərimizlə başa çatandan sonra xidmət etdiyi hərbi hissənin heyəti ilə birlikdə dekabrın 30-dək sülh şəraitinin qorunması, düşməndən geri alınmış torpaqların müdafiəsi və mühafizəsi məqsədilə bir müddət işğaldan azad edilmiş ərazilərdə yerləşiblər. Sonra mənsubu olduğu hərbi hissədə xidmətini davam etdirib.
2023-cü il iyul ayının 4-də döyüşlər zamanı aldığı xəsarətlərə görə orduya yararsız kimi tərxis olunub.
28 illik qüsursuz hərbi xidmət illəri 11 medalla qiymətləndirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamına əsasən döyüşlərdə göstərdiyi şücaətlərə görə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətlə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə mükafatlandırılıb.
Hal-hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə taqım komandiri-tərbiyəçi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.
Evlidir, övladları Elşən 22, Elşad 20 yaşlarındadır.
PS: Eldarın böyük qardaşı, 1970-ci il təvəllüdlü Elxan Dadaşpur 1992-ci ildə birinci Qarabağ savaşına könüllü qoşularaq Qubadlıyacan şərəfli döyüş yolu keçmiş igidlərimizdən olub. Qubadlının könüllülərdən ibarət idmançılar taborunun komandiri, Milli Qəhrəman Əliyar Əliyevin döyüşçüsü idi. (Yeri gəlmişkən deyim ki, əfsanəvi qəhrəmanımız Əliyar Əliyevlə sağlığında bir neçə dəfə görüşüb ondan və silahdaşlarından müsahibələr almışdım. Sonra qəzetdə, daha sonra isə kitabda çap etdirmişdim. Qubadlının bütün döyüş bölgələrini onunla bərabər gəzmişdik, vəziyyətlə yaxından tanış olmuşduq. Nur içində yatsın şəhidlərimiz amin.) Qubadlını müdafiə edən igidlərimizlə birgə son dəqiqəyədək erməni vəhşilərinə qarşı vuruşmuş qəhrəman oğullarımızdan olub. Döyüş mövqeyini sonadək tərk etməyib. Təəssüflər olsun ki, 1993-cü ildə Qubadlı erməni quldurları tərəfindən işğal edilərkən Elxan da bir neçə döyüşçü yoldaşı ilə birlikdə itkin düşür. Üstündən 30 ilədək bir müddət keçəndən sonra şəhid Elxanın kiçik qardaşı, polkovnik-leytenant Eldar Dadaşpur həm qardaşının, həm də onun şəhid olmuş silahdaşlarının qisasını alaraq Zəfərimizin qazanılmasına öz payını verir. Var olsun Ordumuz və onun Eldar kimi peşəkar, vətənpərvər hərbçiləri.

Respublikanın Əməkdar jurnalisti, müharibə veteranı Əntiqə Qonağın "44 günlük savaşın 444 cəngavəri" adlı üçcildliyindən

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

17-08-2024, 11:57

Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Gündəm / Cəmiyyət

17-07-2024, 14:38

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:31
    Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
  • Dünən, 17:56
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • Dünən, 17:28
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
  • Dünən, 17:04
    Milli Məclisin deputatı İranda səfərdədir
  • Dünən, 16:38
    Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
  • Dünən, 15:43
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Dünən, 15:15
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • Dünən, 15:00
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 14:53
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 14:29
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • Dünən, 13:08
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • Dünən, 12:40
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Dünən, 12:15
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • Dünən, 11:54
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • Dünən, 11:04
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 23-07-2026, 16:17
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 15:55
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:15
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:56
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:03
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:48
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:03
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:16
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:51
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
  • 22-07-2026, 18:44
    Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
  • 22-07-2026, 17:48
    Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib
  • 22-07-2026, 16:58
    Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH
  • 22-07-2026, 14:40
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • 22-07-2026, 14:11
    Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
  • 22-07-2026, 13:11
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
  • 22-07-2026, 12:32
    Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
  • 22-07-2026, 12:09
    Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026, 11:32
    İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
  • 22-07-2026, 10:38
    "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
  • 22-07-2026, 10:04
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə