• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə bağlı birgə bəyanat yayıb

Gündəm / Cəmiyyət

25-02-2026, 12:22

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə bağlı birgə bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Bəyanat Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

Bəyanatı təqdim edirik:

"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qəddar ekstremistlər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin üzərində vəhşi həqarətlər ediblər. Sağ qalanlar içərisində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olub. Girov götürülən 1275 nəfər vətəndaşdan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərininin 20 faizi 30 ilə yaxın işğal altında saxlanılıb, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilib, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilib, onların insan hüquqları kobud şəkildə pozulub, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilib.

Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən müharibəsində Azərbaycan beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində separatçı rejimə son qoyuldu, Azərbaycanın suverenliyi tam bərpa olundu.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirib. Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbristanlıqlar erməni vandalizminə məruz qalıb, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilib. Erməni ekstremistləri tərəfindən bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb, məscidlər tövləyə çevrilib, orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir ediblər. İşğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri "Qafqazın Xirosiması", "ruhlar şəhəri" adlandırırlar. İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə "yandırılmış torpaq" siyasəti tətbiq edib, yüz minlərlə mina yerləşdiriblər. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistanla Azərbaycan arasında sülh prosesində müsbət dinamika artdığı zamanda erməni kilsəsinin başçıları beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.

Biz uzun illər ərzində bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənlərin mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırmışıq. Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi prosesdir. Qarabağ Zəfərinin ardınca Qarabağda erməni separatçı rejim rəhbərləri, əli Azərbaycan xalqının qanına bulaşmış terrorçular, o cümlədən Xocalı qatilləri Azərbaycan məhkəməsi və Azərbaycan xalqı qarşısında cavab verir, layiq olduqları cəzaya məhkum olunurlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması, Xocalı cinayətkarlarının layiqli cəza almaları Azərbaycan xalqının haqlı tələbidir. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ümumbəşəri ədalətin təntənəsidir və beynəlxalq ictimaiyyət bu prosesə dəstək nümayiş etdirməlidir.

Xocalı faciəsinin 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu gün Xocalı şəhəri yenidən inşa olunur, mənəvi adidələrimiz yenidən qurulur, Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar. Lakin Xatın, Gernika, Sonqmi və buna bəzər insanlıq faciələrinin günahsız qurbanları kimi Xocalı qurbanlarının da ah-naləsi qəlblərimizdən silinmir, günahsız uşaq, qadın, qocaların qırılmış taleləri unudulmur. Dünya bir daha belə faciələri yaşamasın deyə bu faciələr unudulmamalı, beynəlxalq səviyyədə qınanılmalı və günahkarlar layiqli şəkildə cəzalandırılmalıdırlar.

Azərbaycan hazırda bölgənin, o cümlədən Ermənistanın da rifahına xidmət edə biləcək iqtisadi layihələrlə çıxış edir. Azərbaycan və Ermənistan rəhbərliklərinin sülh istiqamətində real addımlar atdıqları bir zamanda dünya ictimaiyyəti Ermənistanın bəzi siyasi və dini dairələrinin erməni xalqını yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına göz yummamalıdır.

Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edirlər. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə dəvət edirik.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!".

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:44
    Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
  • Dünən, 18:04
    Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq
  • Dünən, 16:43
    Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir
  • Dünən, 15:28
    Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib
  • Dünən, 14:47
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
  • Dünən, 14:20
    Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib
  • Dünən, 14:17
    Prezident bir qrup sahibkarı təltif edib
  • Dünən, 12:14
    Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda geniş tərkibli konfrans keçirilib.
  • Dünən, 12:09
    Ukrayna dronları yenidən Tuapsedə neft emalı zavoduna zərbə endirib
  • Dünən, 11:20
    Aktau 2030-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı ola bilər
  • Dünən, 11:08
    Baş katib Azər Allahverənov Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə təhsil sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib
  • Dünən, 11:05
    Xalqın Sevgisi İlə Ucalan Ömür
  • Dünən, 11:00
    Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər ölüb
  • Dünən, 10:47
    AQTA sədri Lənkəranda vətəndaşları qəbul edəcək
  • Dünən, 10:00
    Kir Starmer: İranda müharibə britaniyalıların istehlakçı vərdişlərini dəyişdirə bilər
  • Dünən, 09:28
    Həqiqəti Yazan İnsan
  • Dünən, 09:00
    Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir
  • Dünən, 06:37
    Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
  • Dünən, 06:25
    Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • 27-04-2026, 18:50
    Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
  • 27-04-2026, 18:39
    Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • 27-04-2026, 17:35
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • 27-04-2026, 17:22
    İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • 27-04-2026, 16:46
    Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
  • 27-04-2026, 16:13
    "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
  • 27-04-2026, 15:44
    Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz
  • 27-04-2026, 14:59
    Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
  • 27-04-2026, 14:29
    Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
  • 27-04-2026, 13:20
    28 aprel işğalının fəlakətləri unudulmamalıdır
  • 27-04-2026, 12:51
    Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib
  • 27-04-2026, 12:25
    Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaşları qəbul edib
  • 27-04-2026, 12:16
    Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib
  • 27-04-2026, 11:36
    Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik edib
  • 27-04-2026, 11:00
    Bakıda maşın piyada qadını vurdu
  • 27-04-2026, 10:02
    Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə