• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Rusiyanın Ukraynadakı uğursuzluğu – dörd yüz illik əsarətdən qurtulacaq ukraynalı - ŞƏRH

Gündəm / Siyasət

24-02-2026, 16:19

Rusiyanın Ukraynadakı uğursuzluğu – dörd yüz illik əsarətdən qurtulacaq ukraynalı - ŞƏRH


Rusiyanın Ukraynada apardığı açıq müharibənin başlamasından 4 il keçir. Bu savaş 2013-cü il noyabrın 21-də siyasi hakimiyyət uğrunda mübarizədə özünü göstərmişdi. Həmin tarixdə Kiyevdə Avromaydan hərəkatı başlamışdı. Etiraz aksiyası Ukrayna hökumətinin Avropa İttifaqı ilə Assosiasiya Sazişinin (Aİ ilə Aİ üzvü olmayan dövlət arasında əməkdaşlıq üçün çərçivə təmin edən saziş) imzalanmasına hazırlığı dayandırmasına cavab olaraq keçirilib. Onda Ukraynanın prezidenti rusiyayönlü Viktor Yanukoviç idi. Hakimiyyət Maydandakı aksiyanın qarşısını silahlı qüvvə və xüsusi təyinatlılar vasitəsilə almağa çalışsa da, buna nail ola bilməyib.

Aksiyalar 2014-cü il fevralın 23-dək davam edib. Bunun ardınca prezident və parlament seçkiləri keçirilib. Viktor Yuşşenko prezident seçilib. Elə həmin il fevralın 20-dən Rusiya Krım yarımadasının işğalına başlayıb, martın 26-da bu prosesi başa çatdırıb. Aprelin 7-də Donetski, mayın 11-də Luqanskı ələ keçirib. Daha sonra həmin ərazilər ilhaq edilərək "respublikalar" elan olunub.

Sonrakı prezident seçkisində moskvayönlü siyasilər qələbə qazanmadı. 2019-cu ilin mayında Volodimir Zelenski Ukraynanın 6-cı prezidenti oldu.

Bəhs etdiyimiz torpaqları tutduğuna görə Rusiya Ukraynanın içərilərində hərbi cəhətdən mövcud idi. Ona görə də rəsmi Kiyevə təzyiq etmək, ona öz iradəsini qəbul etdirmək, habelə Qərbə Şərqi Avropaya doğru genişlənməmək ismarışlarını verə bildirdi. Kreml bu təzyiqləri Krım, Donetsk, Luqansk vasitəsilə edirdi.

Rusiya 2022-ci il fevralın 21-də həmin "respublikalar"ın "müstəqil"liyini "tanıdı", ardınca "dostluq və yardımlaşma müqaviləsi imzaladı. Bundan sonra Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat" adı altında işğalı genişləndirməyə başladı. Moskva onda iddia edirdi ki, guya Ukrayna Rusiya ilə sərhədə hərbi qüvvə cəmləşdirir və hücuma hazırlaşır. Ancaq Ukrayna Rusiyanın təcavüzü və yeni torpaqlarının işğalının qarşısını almaq məqsədilə bir sıra hazırlıqlar gördüyünü gizlətmirdi.

Nəhayət, 2022-ci il fevralın 24-də RF-nin Ukraynaya qarşı hərbi təcavüzü başladı. 2014-cü ildən davam edən müharibə qoşunların Rusiyadan, Belarusdan və ilhaq edilmiş Krımdan Ukrayna ərazisinə daxil olması ilə genişləndi. Müharibəyə Rusiyanın nəzarətində olan Luqansk və Donetsktdəki hərbi qüvvə də qoşuldu. Qoşunlar dörd əsas istiqamətdə - şimaldan Kiyev, şimal-şərqdən Xarkov, cənub-şərqdən Donbas və cənubdan - hücuma keçdi. Ukrayna ərazisinə tanklar yeridildi, raket zərbələri endirildi.

Bu müharibə təkcə Ukraynanın Qərbdəki beynəlxalq institutlara, NATO və Avropa İttifaqına inteqrasiyasına qarşı deyildi. Bu, post-sovet məkanında keçmiş müttəfiq respublikaların tərəfdaş seçmək istəklərinə basqın, təhdid idi.

Bir çoxları hesab edirdilər ki, Rusiya Ukraynanı qısa müddətə - bir neçə günə, uzağı 3-4 aya ələ keçirəcək, Volodimir Zelenskini devirib öz adamını prezident seçdirəcək. Çünki 2008-ci ilin avqustunda belə bir taktikanı Gürcüstanda tətbiq etmişdi. Ona görə də ehtimal edilirdi ki, Kreml keçmiş SSRİ-ni diriltmək məqsədilə belə layihəni başqa keçmiş müttəfiq respublikalarda reallaşdırmağı nəzərdən keçirir.

2022-ci ilin martında Kiyev vilayətinin Buça şəhərində Rusiyanın törətdiyi qətliam Kremlin Ukraynadakı əməllərinə örnək sayılır. Həmin il fevralın 25-də Buçada Ukrayna qoşunları ilə Rusiya xüsusi təyinatlıları arasında ilk döyüşlər baş verdi. Döyüşlər fevralın 5-dən martın 31-dək bu şəhərdə davam etdi. Şəhər Rusiya qoşunlarından təmizlənəndən sonra Buça və Kiyev ətrafındakı başqa yaşayış məntəqələrində mindən çox cəsəd aşkar edilmişdi. Onların çoxu dinc sakinlər idi. Məlumatlara əsasən, Rusiya hərbçiləri Ukrayna sakinlərini kütləvi şəkildə qırıb və edam ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa siyasətçiləri baş verənləri Rusiya tərəfindən Ukrayna xalqına qarşı soyqırım adlandırıblar.

İşğalın ilk günlərində Donbas regionu və Krım yarımadası ilə birlikdə Rusiya Ukrayna ərazisinin təxminən 27%-ni işğal etmişdi. Ancaq elə 2022-ci ilin dekabrına qədər bu rəqəm 18%-ə düşdü.

2026-cı ilin əvvəlinə olan məlumata görə, 603 628 kv/km-lik Ukrayna ərazisinin təxminən 116 165 kv/km. ərazisi Rusiyanın işğalı altındadır. Bu da ölkənin ümumi ərazisinin təxminən 19,25%-ni təşkil edir. Bu göstəriciyə Krım, Donbasın bir hissəsi, həmçinin 2022-ci ildə tammiqyaslı işğaldan sonra ələ keçirilmiş ərazilər daxildir.

Ən çox zərər çəkmiş bölgələr Luqansk (ərazinin 99,6% işğal edilib), Donetsk (78,1%), Zaporojye (74,8%), Xersondur (72%).

Rusiya son illər irəliləyə bilmir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına əsasən, Rusiya son bir ildə Ukrayna ərazisinin 4 669 kv/km-ni, yaxud ümumi ərazisinin 0,77 %-nə nəzarəti ələ keçirib.

Rusiya nüvə silahları istisna olmaqla Ukraynada bütün silah, hərbi texnika arsenalından istifadə edir. Ancaq yeni əraziləri ələ keçirmək üçün canlı qüvvə çatışmır. Cənubi Qafqaz, Mərkəzi Asiyadan olan əmək miqrantları, Şimali Koreya, Vyetnamdan olan muzdlu hərbçilər sayəsində bu sahədə vəziyyəti düzəltməyə çalışsalar da, bu, kifayət etmir. Ona görə də Rusiya rəsmiləri ölkəyə canlı qüvvə cəlbi üçün Şimali Koreya, Vyetnam, Myanma, Hindistan, Əfqanıstan, Latın Amerikası, eləcə də Afrika ölkələrinə şirnikləndirici səfərlər edirlər.

Almaniya KİV-in məlumatına əsasən, Rusiyanın şirniklədirici təşviqat briqadası Keniyada da fəaliyyət göstərir. Onlar Ukraynaya göndərilməzdən əvvəl keniyalılara təxminən 2715 dollar aylıq əməkhaqqı və 9309 dollara qədər mükafat vəd ediblər. "Reuters"in məlumatına görə, bu ilin fevral ayında 89 keniyalı Ukrayna cəbhəsində olub. Onların 39-u cəbhədə yaralandığı üçün hospitallarda müalicə altındadır, 28-i isə itkin düşmüş sayılır.

Məlumata görə, ümumilikdə 1000-dən çox keniyalı Rusiya tərəfindən Ukraynada müharibədə iştirak üçün cəlb edilib.

Ukraynada hərbi əsirlər arasında Keniyadan olan peşəkar atlet (qaçış üzrə) Evans Kibet də var. Atlet bildirib ki, onu RF-yə yarışlarda iştirak üçün dəvət ediblər, sonra isə aldadaraq müqavilə imzalatdırıblar. Evans birinci tapşırıq zamanı qaçaraq Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə təslim olduğunu deyib.

Keniya parlamenti Aşağı Palatasının - Milli Assambleyasında çoxluğun lideri Kimani İçunqvanın fevralda təqdim etdiyi kəşfiyyat hesabatına görə, keniyalılar əvvəlcə turist vizaları ilə Türkiyə və ya Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə ölkəni tərk ediblər. Sonradan Nayrobi hava limanında nəzarət gücləndirildiyindən onlar Uqanda, Cənubi Afrika Respublikası və Kongo Demokratik Respublikası vasitəsilə çıxmağa başlayıblar. İşəgötürmə agentlikləri isə korrupsiyalı hava limanı işçiləri, immiqrasiya xidmətləri, həmçinin RF-nin Nayrobidəki səfirliyi və Keniyanın Moskvadakı diplomatik nümayəndəliyi ilə əməkdaşlıq ediblər.

Keniya XİN rəhbəri Musaliya Mudavadi bu ilin mart ayında vəziyyətlə bağlı danışıqlar üçün Rusiyanı ziyarət etməyi planlaşdırır.

Bu, əfsanəvi, məğlubedilməz Rusiya ordusunun vəziyyətidir. RF vətəndaşları başqa ölkənin torpaqlarında döyüşüb ölmək istəmirlər. Çünki vaxtilə sovet əsgərləri Əfqanıstan, Kuba, Anqola, Vyetnam və daha neçə-neçə ölkələrdə SSRİ-nin ideyaları uğurunda döyüşərək ölüblər. RF elə zənn edirdi ki, ruslar yenə döyüşəcək. Ancaq unudulan əsas məqam o idi ki, RF SSRİ deyil. Sovetlərin adını 15 müttəfiq respublikadan olan insanlar ucaldırdı. Odur ki, Kreml də heç əvvəlki siyasi gücdə görünmür. Sovetlər dünyanın iki qütbündən birinə təkbaşına liderlik edirdi. Rusiya isə ABŞ ilə ona güzəştlər etmək üçün danışıqlar aparır, Ştatlar üçün sərfəli şərtlər təklif edir.

Ukrayna müharibəsindən kim uddu? Əsas sual budur.

Ukraynada "beşinci kolon"un təmsilçiləri silahlı qüvvələrdən, təhlükəsizlik xidmətindən, dövlət qurumlarından təmizləndi. Bundan başqa, Rusiyaya casusluq edən iş adamları müəyyənləşdi. Başqa sözlə, bu ölkədə müstəqil dövlət quruculuğu reallaşdı. Ukrayna-ABŞ əlaqəsi gücləndi. Onun Avropa İttifaqına və NATO-ya üzvlük şans artdı. Ukraynanın təhlükəsizliyinə təminat verilməsi gündəliyin başlıca mövzusu oldu. Prezident Volodimir Zelenski örnək dövlət başçısı olduğunu isbatladı. Dünya Bankı, Avropa Komissiyası və BMT tərəfindən hazırlanmış hesabata əsasən, müharibədən sonra Ukraynanın bərpası üçün 10 il ərzində təxminən 588 milyard dollar lazım olacaq. Müqayisə üçün qeyd edək ki, ötənilki hesabatda Ukraynanın yaxın 10 il ərzində bərpası üçün 524 milyard dollar (təxminən 445 milyard avro) lazım olacağı vurğulanırdı.

ABŞ bu savaşda Ukraynanın yeraltı sərvətlərinin birgə istismarına nail olub. O bu ölkəni Rusiyadan xilas edərək öz nüfuz dairəsinə çəkə bilib. RF-Ukrayna danışıqlarında vasitəçilik etməklə Vaşinqton Moskvaya yerini göstərir. Ştatlar, həmçinin Avropa İttifaqı və NATO-ya üzv ölkələrə də güclü olmaq dərsi verdi.

Rusiya isə əldə etdiyi 19,25 faiz ərazini işğal və ilhaq etməklə siyasi, iqtisadi, maliyyə, hərbi və digər sahələrdə vəziyyətini ağırlaşdırdı. İş o yerə çatıb ki, ölkə rəsmiləri döyüşmək üçün dünya dövlətlərinin qapılarını döyüb canlı qüvvə istəyirlər.

Rusiya 2000-ci ilədək əldə etdiyi nüfuzu itirdi. O, keçmişdənqalma etibarsız, təcavüzkar imicini bərpa etdi.

Ukraynanın milyonlarla vətəndaşı qaçqın düşsə də, onminlərlə hərbçisi, əsgəri həlak olsa da, uşaqlı-böyüklü, gəncli-qocalı, qadınlı-kişili minlərlə dinc sakini Rusiyanın hava zərbələri nəticəsində ölsə də, o, qalibdir.

Ukrayna Rusiyanın istismarından, 372 illik müstəmləkəsindən xilas olmaq uğurunda haqlı davasını aparır. Çar Rusiyası əsrlər boyu mərhələli şəkildə Ukrayna torpaqlarını işğal edib. Bu proses 1654-cü ildə Pereyaslav radası, sonradan Solsahil Ukraynanın daxil edilməsi ilə başlayır. Odur ki, savaşın ən böyük qalibi də dörd əsrə yaxın əsarətdən qurtulacaq azad Ukrayna vətəndaşı olacaq.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

13-05-2025, 14:37

Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 12:14
    Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda geniş tərkibli konfrans keçirilib.
  • Bu gün, 12:09
    Ukrayna dronları yenidən Tuapsedə neft emalı zavoduna zərbə endirib
  • Bu gün, 11:20
    Aktau 2030-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı ola bilər
  • Bu gün, 11:08
    Bsş katib Azər Allahverənov Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə təhsil sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib
  • Bu gün, 11:05
    Xalqın Sevgisi İlə Ucalan Ömür
  • Bu gün, 11:00
    Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər ölüb
  • Bu gün, 10:47
    AQTA sədri Lənkəranda vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:00
    Kir Starmer: İranda müharibə britaniyalıların istehlakçı vərdişlərini dəyişdirə bilər
  • Bu gün, 09:28
    Həqiqəti Yazan İnsan
  • Bu gün, 09:00
    Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir
  • Bu gün, 06:37
    Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
  • Bu gün, 06:25
    Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • Dünən, 18:50
    Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
  • Dünən, 18:39
    Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 17:35
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:22
    İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dünən, 16:46
    Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
  • Dünən, 16:13
    "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
  • Dünən, 15:44
    Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz
  • Dünən, 14:59
    Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
  • Dünən, 14:29
    Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
  • Dünən, 13:20
    28 aprel işğalının fəlakətləri unudulmamalıdır
  • Dünən, 12:51
    Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib
  • Dünən, 12:25
    Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaşları qəbul edib
  • Dünən, 12:16
    Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib
  • Dünən, 11:36
    Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik edib
  • Dünən, 11:00
    Bakıda maşın piyada qadını vurdu
  • Dünən, 10:02
    Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı
  • Dünən, 09:34
    Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq
  • Dünən, 08:59
    Həftənin ilk günü Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 26-04-2026, 16:00
    Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
  • 26-04-2026, 15:30
    Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
  • 26-04-2026, 15:00
    İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
  • 26-04-2026, 14:00
    Salyanda ağır qəza: Ölən var
  • 26-04-2026, 13:00
    Superliqada çempionluq derbisi: "Qalatasaray" "Fənərbağça"nı qəbul edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə