• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Referenduma hazırlaşan Kiyev – yeni münasibətlər quracaq ABŞ və Rusiya - ŞƏRH

Gündəm / Siyasət

13-02-2026, 16:46


Ukraynanın ərazisi məsələsi referenduma çıxarıla bilər. Bu barədə ölkə Prezidenti Volodimir Zelenski "Şoumen" kitabının müəllifi, "The Atlantic" jurnalının əməkdaşı Saymon Şusterə müsahibəsində qeyd edib. O, Rusiya ilə sülhün bərqərar olması üçün Ukraynada prezident seçkisi ilə eyni vaxtda ərazilər barədə referendum keçirilməsinə də etiraz etmədiyini bildirib: "Bu zaman səsverməyə çıxarılan razılaşma Ukraynaya uyğun olmalıdır. Düşünmürəm ki, biz pis razılaşmanı referenduma çıxarmalıyıq".

Onun sözlərinə görə, prezident seçkisinin keçirilməsi ideyası Rusiyadan gəlir: "Çünki onlar məndən qurtulmaq istəyirlər".

Rusiya Ukraynadan qoşunlarını bütün Donbas ərazisindən, o cümlədən Rusiyanın Donbasın işğal etmədiyi ətraf bölgələrindən çıxarmasını tələb edir. Rəsmi Kiyev isə son vaxtlara qədər Ukrayna ərazisi ilə bağlı belə şərt və tələbləri "qəbuledilməz" adlandırırdı.

Saymon Şuster yazıb ki, iki müşaviri Volodimir Zelenskiyə Ukraynanın "ən ağır güzəştlərə, Donetsk vilayətindəki ərazilərdən imtina etməyə hazır olmalıdır" xəbərdarlığını ediblər. O, həmsöhbətlərinin dediklərinə əsasən bildirib ki, bu yaxınlarda Ukrayna Prezident Ofisinin rəhbəri təyin olunmuş Kirill Budanov dövlət başçısı müşavirləri ilə Rusiyanın başqa əraziləri ələ keçirməməsini, qoşunların mümkün çıxarılmasının hüquqi və praktiki aspektləri barədə məsləhətləşir. Junalist həmsöhbətlərindən birindən sitat gətirib: "Onlar (Ukrayna rəhbərliyi - red.) həqiqətən kreativ yanaşma nümayiş etdirirlər, insanların razılaşması üçün atacaqları addımı, imkanları öyrənirlər".

"The Atlatic"in jurnalisti Kiyev rəsmiləri ilə danışıqlara əsasən onu da qeyd edib ki, Ukrayna Donetsk vilayətinin şərq hissəsindəki ərazilər üzərində nəzarətdən RF-nin xeyrinə imtina etməyə hazırdır. Elə Ukrayna rəhbərliyi də bunu "ən ağır güzəşt" sayır.

Bu müsahibə Ukraynanın ərazi məsələsi ilə bağlı referenduma və növbəti prezident seçkisi keçirməsinə hazırlığın anonsu da sayıla bilər.
Referenduma hazırlaşan Kiyev – yeni münasibətlər quracaq ABŞ və Rusiya - ŞƏRH

Bu həftə "Financial Times" öz mənbələrinə istinadən yazıb ki, ABŞ seçkinin və referendumun bu ilin mayında keçirilməsini tələb edib. Ancaq Volodimir Zelenski müsahibəsində bildirib ki, istənilən səsvermənin keçirilməsi üçün əvvəlcə təhlükəsizliyi təmin etmək lazımdır.

Belə qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsində bəhs etdiyimiz siyasi kampaniyaların reallaşdırılması üçün müəyyən müddətə atəşkəs elan oluna bilər. Ona görə bu tədbirlərin nəticələrinə əsasən, onun müddətində dəyişikliyin olacağı da mümkündür.

ABŞ-nin "The Atlantic" kimi nüfuzlu jurnalının Volodimir Zelenskidən bu istiqamətdə müsahibəsinin yerli və beynəlxalq ictimai rəyin formalaşmasına hesablandığı da istisna edilmir.

Yeri gəlmişkən, əvvəllər "The Atlantic Monthly" adlanan "The Atlantic" dərgisi ABŞ-nin ən qədim və ən nüfuzlu nəşrlərindəndir. 1857-ci ildə Bostonda təsis edilib. Əvvllər aylıq olub, hazırda ildə 10 dəfə çıxır. Orada siyasət, xarici işlər, biznes və iqtisadiyyat, mədəniyyət və incəsənət, texnologiya, elm sahələrində məqalələr təqdim olunur.

Jurnalın əməkdaşı bildirib ki, rəsmi Kiyev Rusiya Prezidenti Vladimir Putini və RF hərbi rəhbərliyini Ukraynada hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək barədə əvvəlki tələblərindən faktiki olaraq imtina edib. Bunu tərəflərin danışıqlara, atəşkəsə doğru addım atmaları, eləcə də yeni yüksək səviyyədə görüşün keçirilməsi üçün şəraitin yaradılması kimi də qiymətləndirmək mümkündür.

Bu il yanvarın 23-24-də Rusiya və Ukrayna nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ-nin müharibəni dayandırmaq üçün təklif etdiyi plan üzrə ilk dəfə birbaşa danışıqlar aparıblar. Bildirilib ki, tərəflər bir neçə bənd üzrə razılıq əldə ediblər. Ancaq ərazilər məsələsində razılığa gəlməyiblər. ABŞ-nin dövlət katibi Marko Rubio birinci raundun yekunundan danışarkən bunu təsdiq edərək bildirib ki, Donbas həll olunmamış qalan yeganə məsələdir: "Rusiya Ukraynadan qoşunlarını Donbasdan çıxarmasını tələb, Kiyev isə bunu rədd edir".

Volodimir Zelenski jurnala müsahibəsində "xalqı pis variantı qəbul etməyə məcbur etməyəcəyəm", - deyib. O, Ukrayna üçün əlverişsiz sazişlə razılaşmayacağını da vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflər arasında növbəti raund danışıqların yaxın zamanda keçiriləcəyini gözlədiklərini bildirib. O, növbəti raund danışıqların fevralın 17 və ya 18-də Cenevrədə planlaşdırıldığını, ancaq Moskvanın buna hələ razılıq vermədiyini deyib.

Fevralın 4-5-də Əbu-Dabidə keçirilmiş üçtərəfli danışıqların yekunlarına dair kommünikeyə əsasən, ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri atəşkəsin tətbiqi metodlarını və hərbi əməliyyatların dayandırılmasının monitorinqini müzakirə ediblər. Həmin görüşün yekunlarına görə ABŞ və Rusiya yüksək səviyyəli hərbi dialoqun bərpası barədə razılığa gəliblər.

Ukrayna rəhbərliyinin ərazi bütövlüyü ilə bağlı referendum keçirmək planı, onun nəticəsinə uyğun olaraq, torpaq itkisi tərəflər arasında problemi birdəfəlik həll edəcək? Yaxud Rusiya Donbasla kifayətlənəcək?

Rusiya hələ 2014-cü ildə bəyan edirdi ki, Kiyev Qərbə inteqrasiya edərsə, o zaman Ukraynanın Şərq ərazilərini "geri alacaq". Bura, ilk növbədə, Donbas (Donetsk kömür hövzəsi) daxildir - Donetsk vilayətinin şimalı, Luqanskın cənubu, Ukraynanın Dnepropetrovsk vilayətinin şərq hissəsini (Qərbi Donbas), həmçinin RF-nin Rostov vilayətinin qərb hissəsi.

2025-ci ildəki vəziyyətə görə, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini işğal edərək öz ərazisi elan edib.

2025-ci ilə qədər faktiki olaraq RF tərəfindən nəzarət edilən əsas ərazilər bunlardır:

-Donetsk vilayəti: Mariupol, Donetsk, Qorlovka, Makeyevka;

-Luqansk vilayəti: Luqansk, Severodonetsk, Lisıçansk;

- Zaporojye vilayəti: Melitopol, Berdyansk, Enerqodar;

-Xerson vilayəti: Skadovsk, Geniçesk (Xerson şəhərinə RF nəzarət etmir).

Adlarını qeyd etdiyimiz və başqa torpaqlar, Ukrayna suverenliyinə görə, RF tərəfindən işğal olunub. Danışıqlar və referendum həmin ərazilərin Rusiya ilə Ukrayna arasında müəyyənləşməsini əhatə edir. Moskva Kiyevdən adlarını qeyd etdiyimiz vilayətlərdən silahlı qüvvələrinin çıxarılmasını tələb etməklə yanaşı, işğal etdiyi torpaqların Rusiya ərazisi olaraq tanımasını da istəyir.

Ukrayna seçim qarşındadır: Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün torpaqlarının bir hissəsini Rusiyaya güzəştə getmək, ya da ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün müharibəni davam etdirmək.

Ukrayna müharibəni Qərb blokunun hərbi texnika və avadanlıqları hesabına aparır. Başqa sözlə, Avropa İttifaqı, NATO, ABŞ və onların tərəfdaşları Ukraynaya yardım edirlər. Ona görə də bu savaşın yalnız Ukraynanın Qərbə inteqrasiya uğurunda apardığı müharibə sayılması sadəlövhlük sayılar. Bu, iki düşüncə, idarəetmə, sosial, iqtisadi, mədəni, hərbi, siyasi sistemin, maraqların toqquşmasından yaranmış müharibədir.

Odur ki, yaranmış vəziyyətə görə Qərb də bu savaşın başa çatmasında maraqlı görünür. Məsələn, bu günlərdə keçirilən sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 58%-i kansler Fridrix Mertsin Prezident Vladimir Putinlə Ukraynada müharibənin dayandırılması barədə birbaşa danışıqlar aparması ideyasını dəstəkləyib. Almaniyanın hökumət başçısı isə bu ideyaya tərəddüdlə yanaşır. Moskva ilə Berlin arasında birbaşa dialoqu dəstəkləyənlər daha çox mühafizəkar Xristian Demokratlar İttifaqı/Xristian Sosialist İttifaqı blokunun tərəfdarlarıdır. Sorğuda iştirak edənlərin 26%-i isə bu əlaqəyə qarşı çıxdıqlarını bildiriblər.

Bir müddət əvvəl isə Fransa Prezidenti Emmauel Makron Kremllə birbaşa dialoqun bərpasını dəstəkləmişdi. O, Avropanın bir neçə aparıcı qəzetinə müsahibəsində Ukraynada sülhə nail olunduqdan sonra avropalıların Rusiya ilə Avropada yeni təhlükəsizlik arxitekturası qurmağa məcbur olacaqlarını bildirmişdi. Onun qənaətincə, bu səbəbdən ABŞ Avropa adından Kremllə danışıqlar aparmamalıdır.

Bununla yanaşı, Avropa İttifaqı iqtisadiyyatın dirçəlməsi yollarını da müzakirə edir. Belə ehtimal etmək olar ki, onlar bu məsələdə də RF ilə əlaqələri bərpa etməyə üstünlük verəcəklər. Təbii ki, söhbət RF-nin istehsal etdiyi məhsullardan getmir. Çünki RF üstün texnologiyaya malik olmadığından bu məsələdə Qərbə uduzur. Bu halda onlar Rusiyanın təbii sərvətləri, ilk növbədə, enerji daşıyıcılarına ehtiyac duya bilərlər.

"Bloomberg"in məlumatına əsasən, Kreml ABŞ ilə iqtisadi yaxınlaşma proqramı hazırlayır. Donald Trampa yeddi bənddən ibarət "Dmitriyev planı" ötürüldüyü də bildirilib. Bu, Ukraynaya qarşı müharibənin mümkün başa çatmasından sonra genişmiqyaslı sazişin layihəsi sayılır.

Kremlin təkliflərinə aşağıdakılar daxildir: ABŞ şirkətlərinin iştirakı ilə Rusiya təyyarə parkının modernləşdirilməsi üçün uzunmüddətli aviasiya müqavilələri, neft və LNG sahəsində birgə layihələr, o cümlədən şelf və çətin əlçatan yataqların işlənməsi, ABŞ biznesinin əvvəlki itkilərinin kompensasiyası, ABŞ şirkətlərinin RF bazarına qayıtması üçün güzəştli şərtlər, nüvə energetikası və süni intellekt sahəsində layihələrdə əməkdaşlıq, dollarla hesablaşmalara, o cümlədən enerji sektorunda qayıdış (ümumiyyətlə, Rusiyanın dollar sisteminə qayıdışı), strateji xammalın - litium, mis, nikel, platinin birgə hasilatı, "yaşıl" iqlim gündəliyinə alternativ kimi qazıntı yanacağının təşviqi...

Rəsmi Vaşinqton bu təkliflərə hələ münasibət bildirməyib. Onun reallaşması isə Ağ Evin mövqeyindən asılıdır. Bir müddət əvvəl Volodimir Zelenski plan barədə məlumat verərək qeyd etmişdi ki, söhbət 12 trilyon dollarlıq sazişlərdən gedə bilər.


Belə düşünmək olar ki, bu, Rusiyanın Ştatlara sadəcə iqtisadi təklifləri deyil, ABŞ ilə münasibətləri yenidən qurmağa cəhddir.

Deməli, güclərin Ukraynada təzahür edən qarşıdurması yekunlaşa bilər. Bunun üçün Rusiya ABŞ ilə əlaqələri bərpa edib, onun strateji tərəfdaşına çevrilir. Ukrayna ərazisinin şərq bölgələri və Krım yarımadası referendum vasitəsilə Rusiyanın ərazisi sayılır. Bunun ardınca ABŞ başqa olmaqla müttəfiqləri Moskva ilə əlaqələri bərpa edirlər. Belə ehtimal etmək olar ki, bu yolla Rusiya Qərb dünyasına təhlükə mənbəyi rolunu başa çatdırır. 2002-ci ildən 2014-cü ilədək NATO-Rusiya Şurasının fəaliyyət göstərdiyini bu yerdə xatırlamaq yerinə düşər.

Vladimir Putinin Mətbuat katibi Dmitri Peskov brifinq zamanı təkliflərə RF-nin Birbaşa Sərmayələr üzrə qrupun başçısı Kirill Dmitriyev tərəfindən rəhbərlik edildiyini təsdiqləyib. O, bu təkliflərlə bağlı müzakirələrin davam etdiriləcəyinə ümidvar olduqlarını bildirib.

Lakin bütün bu layihələr Ukraynadakı müharibə başa çatandan sonra reallaşa bilər. O isə keçiriləcək mümkün referendumun nəticələrindən asılıdır. Odur ki, Moskvanın ABŞ ilə yaxınlaşmasının yolu Ukraynanın ərazisindən keçir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

25-04-2025, 15:17

Ukraynada yubanan atəşkəs – torpaqlardan çıxmayan Rusiya - ŞƏRH

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:48
    Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
  • Bu gün, 16:52
    ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
  • Bu gün, 15:57
    Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır
  • Bu gün, 15:47
    Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi
  • Bu gün, 15:27
    Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
  • Bu gün, 15:21
    Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb
  • Bu gün, 15:05
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Bu gün, 14:44
    Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
  • Bu gün, 12:20
    Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr
  • Dünən, 17:45
    Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
  • Dünən, 17:44
    Qarabağ Zəfərinin Ədəbiyyatdakı Salnaməsi
  • Dünən, 14:14
    Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
  • Dünən, 13:26
    Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ
  • Dünən, 12:32
    Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video
  • Dünən, 11:47
    KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq
  • Dünən, 11:22
    Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
  • Dünən, 10:39
    UNEC-in qazi tələbəsi vəfat etdi
  • Dünən, 10:18
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • Dünən, 09:58
    Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb
  • Dünən, 09:14
    Çempionlar Liqasının yarımfinalına son iki vəsiqə bu gün sahibini tapacaq
  • Dünən, 08:51
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 14-04-2026, 18:39
    Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq
  • 14-04-2026, 18:17
    Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
  • 14-04-2026, 17:36
    Sahibə Qafarova Türkiyəyə səfər edib, PAİ Assambleyasında iştirak edəcək
  • 14-04-2026, 17:00
    Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO
  • 14-04-2026, 16:22
    Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
  • 14-04-2026, 15:50
    Zelenski: Kiyev Berlinə müdafiə sahəsində bir sıra layihələr təklif edib
  • 14-04-2026, 14:59
    Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib
  • 14-04-2026, 14:09
    Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
  • 14-04-2026, 13:08
    Sabah yağış yağacaq
  • 14-04-2026, 12:22
    Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır
  • 14-04-2026, 11:37
    Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib
  • 14-04-2026, 10:59
    Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 14-04-2026, 10:30
    Ombudsman monitorinqi: Bakıda əlillər üçün olan pandusların bir hissəsi standartlara uyğun deyil
  • 14-04-2026, 10:01
    Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə