• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür

Gündəm / Cəmiyyət

13-02-2026, 10:15

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür

Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür.

Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvəffəqiyyətlər qazanan Dövlət Xidməti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılıb.

2025-ci il ərzində Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyi qarşısına məqsəd qoyan Dövlət Xidməti qanunla müəyyən edilən vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanıb.

Müvafiq qanunvericiliyə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Silahlı Qüvvələrin səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2025-ci ildə də uğurla davam etdirilib. Müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışı zamanı Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi təmin edilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə çağırışın gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2025-ci ildə Sabirabad, Şabran, Şəki, Astara, Lerik, Şəmkir, Göygöl, Ağstafa, Xaçmaz, İmişli və Kürdəmir rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib. Bundan başqa respublika üzrə çağırışaqədərki hazırlıq rəhbərləri ilə əlaqələndirilmiş şəkildə hərbi-vətənpərvərlik tədbirləri, hərbi-idman oyunları təşkil edilib. Təhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışan şəxslər tərəfindən gənclərə ilkin hərbi biliklərin aşılanması və çağırışaqədərki hazırlığın hərtərəfli qaydada aparılması istiqamətində tövsiyələrin verilməsi məqsədi ilə respublikanın bütün rayonlarında seminar və nümunəvi dərslər təşkil edilib.

Dövlət Xidmətinin qarşısında dayanan əsas prioritetlərdən biri vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsidir. Hazırda Dövlət Xidmətinin təqdim etdiyi 6 növ arayış "MyGov" platforması üzərindən vətəndaşlara təqdim olunur.

Müvafiq qanuna edilən dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi "MyGov" platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir. Həmçinin Dövlət Xidmətinin aparatında və struktur-bölmələrində olan bir sıra proseslər tam avtomatlaşdırılıb və rəqəmsal şəkildə həyata keçirilir. Xidmətin dövlət orqanları arasında sənəd dövriyyəsinin operativ təşkili, eyni zamanda kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla "kağızsız hökumət"ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi təmin edilib.

Ötən il ərzində Xidmət rəisi general-mayor Mürsəl İbrahimov tərəfindən Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şirvan, Lənkəran, Sabirabad, Tərtər, Tovuz, Göygöl, Qax, Ağsu, Naxçıvan, Mingəçevir və Xaçmaz şəhərlərində Xidmətin səlahiyyətinə aid müraciətlərin dinlənilməsi, müvafiq problemlərin həlli məqsədilə vətəndaş qəbulu keçirilib. 44 şəhid ailəsi, 72 müharibə veteranı olmaqla Xidmətin Aparatında 103, respublikanın bölgələrində 298 vətəndaş qəbul edilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılan "Çağrı Mərkəzi"nə ötən il ərzində 25 mindən artıq müraciət daxil olub.

Əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib. Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Beynəlxalq əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər təşkil edilib. 2025-ci ildə Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Dövlət Xidmətini ziyarət edib, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu ənənəni bu gün də davam etdirir, əlamətdar günlərdə onları ziyarət edərək daim diqqətdə saxlayır. Xidmət tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib.

Dövlət Xidməti hərbi qulluqçularının və əməkdaşlarının inkişafına da böyük önəm verib. Bu məqsədlə 2025-ci il ərzində Xidmətin şəxsi heyəti üçün bir sıra təlim və məşğələlər, o cümlədən imtahan və attestasiya proqramları həyata keçirilib. Bununla da əməkdaşların və hərbi qulluqçuların inkişafı məqsədilə müxtəlif rotasiya və vəzifə artımları həyata keçirilib. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti hərbi rütbələr və medallar, mülki işçilərə isə fəxri fərman və medallar təqdim edilib. Həmçinin ötən ildə də 44 günlük Vətən müharibəsində iştirak edən veteranlar həqiqi hərbi xidmətə və işə qəbul edilib.

2025-ci il ərzində Xidmətin maddi-texniki təminat bazasının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Belə ki, Xidmətin aparatında və yerli struktur bölmələrində işin səmərəliliyini artırmaq məqsədilə daha müasir kompüter və digər texniki avadanlıqlar alınıb. Həmçinin çağırışçıların və hərbi vəzifəlilərin daşınması məqsədilə Xidmətin avtoparkı yenilənərək avtobus və avtomobillər alınıb.

Əsas amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmət olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

18-08-2024, 10:20

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 12:00
    Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
  • Bu gün, 11:00
    Sloveniya Prezidenti qəzaya düşdü
  • Bu gün, 10:30
    İkram Kərimov vəfat etdi
  • Dünən, 17:43
    İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
  • Dünən, 17:36
    Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
  • Dünən, 16:33
    Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
  • Dünən, 15:21
    Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 12:36
    Bazar gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:27
    Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
  • Dünən, 11:56
    Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
  • Dünən, 11:30
    İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Dünən, 10:49
    Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
  • Dünən, 10:31
    Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • Dünən, 10:02
    Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
  • Dünən, 09:40
    İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 09:10
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • 31-07-2026, 18:33
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • 31-07-2026, 17:56
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • 31-07-2026, 17:11
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • 31-07-2026, 16:39
    Qazini cərəyan vurub öldürdü - Foto
  • 31-07-2026, 16:11
    Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb
  • 31-07-2026, 15:47
    Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib
  • 31-07-2026, 15:21
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • 31-07-2026, 15:09
    Türk dünyası QHT-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • 31-07-2026, 13:11
    Sabah 39 dərəcə isti olacaq
  • 31-07-2026, 12:23
    Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
  • 31-07-2026, 11:42
    ONDAN NÜMUNƏ GÖTÜRÜN
  • 31-07-2026, 11:39
    Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
  • 31-07-2026, 11:31
    Azərbaycan Dilinin Tarixi Zəfəri
  • 31-07-2026, 11:10
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • 31-07-2026, 10:32
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb
  • 31-07-2026, 10:09
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə