• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Sağ Ol Deməyə Gecikmə

Gündəm / Mədəniyyət

12-02-2026, 15:07


O, heç vaxt “məni başa düş” demədi. Sadəcə susdu. Sükutla sevdiyini göstərdi. Sənin üçün danışmadı – yaşadı. Sənin üçün gülümsədi, halbuki içində fırtına vardı. Sənin üçün dik durdu, halbuki çiyinləri yorğunluqdan bükülmüşdü.

Ata – adını az çəkdiyimiz, amma varlığına söykəndiyimiz adam. Evin ən səssiz küncündə dayanır, amma hər şey onun üzərində dayanır. Heç vaxt “mənim üçün nə etdin?” deyə soruşmaz. Halbuki sən onun üçün hər şeyi etdin – unutdun, görmədin, susdun.

Sən böyüdükcə o kiçildi. Sən arzular qurarkən o öz arzularını bir-bir torpağa basdırdı. Sən rahat yat deyə o gecələri oyaq keçirdi. Sən gül deyə o içindəki göz yaşlarını uddu. Sən geyin deyə o köhnə paltarlarını bir daha yamadı. Amma heç nə demədi. Çünki ata olmaq – danışmadan sevməkdir.

Hər səhər səni oyatmamaq üçün səssizcə çıxar evdən. Qapını örtərkən nəfəsini belə tutar. Gözləri yolda, könlü səndə. Bəzən bir tikə çörəklə gün keçirər, amma sənə heç nə deməz. Çünki sən toxsan, o da toxdur.

Sən isə bəzən onun varlığını belə hiss etməzsən. Onun aldığı ayaqqabını geyinib, gətirdiyi yeməyi yeyib, üzünə bir təşəkkür belə etməzsən. Amma o, yenə də səni sevir. Sənin bir baxışın üçün bir ömrünü verər. Sənin bir gülüşün üçün bir ömrü susar.

Ata – bir dağ kimidir. Sən onun kölgəsində böyüyərsən, amma o kölgənin haradan gəldiyini çox zaman unutarsan. O, küləkdə əyilər, yağışda islanar, amma sənə bir damla toxunmasın deyə. O, içində fırtınalarla yaşayar, amma sənə sakit bir səma bəxş edər.

Bəzən bir “ata, səni sevirəm” demək üçün çox gec olur. Bəzən bir “sağ ol” – bir ömrün haqqıdır. Amma biz onu da çox görürük. Düşünürük ki, ata güclüdür, o hər şeyə dözər. Amma unuduruq ki, o da insandır. Qəlbi var, gözlədiyi bir “unutmadım səni”si var.

Əgər bu sətirləri oxuyarkən gözlərin dolursa, bil ki, içində bir uşaq hələ də atasını axtarır. Bəlkə də o uşaq çoxdan böyüyüb, amma atanın sevgisinə olan ehtiyac heç vaxt qocalmır. Atanı xatırlamaq üçün onu itirməyi gözləmə. Bəlkə də bu gün – onun varlığına minnətdarlıq bildirmək üçün son fürsətdir.

Unutma: Ata – səssiz bir dua kimidir. Hər zaman yanında, amma çox zaman fərqində olmadığın. Onun varlığı – sənin kölgəndəki günəşdir. Sənə görünməz, amma səni isidən.

Mövsümağa Ədalətoğlu
Yazıçı,publisist

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-12-2025, 12:11

Sağ Ol Deməyə Gecikmə

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:28
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
  • Bu gün, 17:04
    Milli Məclisin deputatı İranda səfərdədir
  • Bu gün, 16:38
    Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
  • Bu gün, 15:43
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Bu gün, 15:15
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • Bu gün, 15:00
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 14:53
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 14:29
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • Bu gün, 13:08
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • Bu gün, 12:40
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Bu gün, 12:15
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • Bu gün, 11:54
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • Bu gün, 11:04
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 16:17
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • Dünən, 15:55
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • Dünən, 15:15
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • Dünən, 14:56
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • Dünən, 13:03
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Dünən, 11:48
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • Dünən, 11:03
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • Dünən, 10:16
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
  • 22-07-2026, 18:44
    Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
  • 22-07-2026, 17:48
    Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib
  • 22-07-2026, 16:58
    Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH
  • 22-07-2026, 14:40
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • 22-07-2026, 14:11
    Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
  • 22-07-2026, 13:11
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
  • 22-07-2026, 12:32
    Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
  • 22-07-2026, 12:09
    Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026, 11:32
    İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
  • 22-07-2026, 10:38
    "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
  • 22-07-2026, 10:04
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
  • 22-07-2026, 09:39
    Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə